Məhkəmə qərarları › İş №2(005)-4175/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4175/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4175/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.03.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, 170 (vüz yetmiş) manat dəbbə, 26.02.2020-ci il tarixli müqavilə üzrə SONY PLAYSTATİON-4, İMEİ kodu **********09473 olan X4 81 markalı telefon üçün 931 (doqquz yüz otuz bir) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə, 317.09.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********7469 olan Samsung Galaxy A6 markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə, ümumilikdə 2811 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə bətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan 16.03.2020-ci il, 26.02.2020-ci il və 17.09.2018-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN LED TV, SONY PLAYSTATİON-4, İMEİ kodu **********09473 olan X4 8T markalı telefon, İMEİ kodu **********7469 olan Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 2811 (iki min səkkiz yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.525 manat (24 ay x 63 manat + 13 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 1304 (min üç yüz dörd) manat olmaqla ondan 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, 170 (yüz yetmiş) manat dəbbə; 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1377 (min üç yüz yetmiş yeddi) manat (12 ay x 110 manat + 57 manat ilkin ödəniş) olan SONY PLAYSTATİON-4, İMEİ kodu **********09473 olan X4 8T markalı telefon üçün ümumilikdə, 1195 (min yüz doxsan beş) manat olmaqla ondan, 931 (doqquz yüz otuz bir) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə; 17.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********7469 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə, 312 (üç yüz on iki) manat olmaqla ondan, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə; cəmi ödədiyi məbləg 1557 manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnaməyə əsasən nümayəndəsi X2 iddia tələbini müdafiə edib müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan 16.03.2020-ci il, 26.02.2020-ci il və 17.09.2018-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN LED TV, SONY PLAYSTATİON-4, İMEİ kodu **********09473 olan X4 8T markalı telefon, İMEİ kodu **********7469 olan Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 2811 (iki min səkkiz yüz on bir) manat borc yaranmışdır. İşdə olan maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh 16.03.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, 170 (vüz yetmiş) manat dəbbə, 26.02.2020-ci il tarixli müqavilə üzrə SONY PLAYSTATİON-4, İMEİ kodu **********09473 olan X4 81 markalı telefon üçün 931 (doqquz yüz otuz bir) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə, 317.09.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********7469 olan Samsung Galaxy A6 markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə, ümumilikdə 2811 manat borcu yaranmışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 28 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, müvafiq müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan 16.03.2020-ci il, 26.02.2020-ci il və 17.09.2018-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN LED TV, SONY PLAYSTATİON-4, İMEİ kodu **********09473 olan X4 8T markalı telefon, İMEİ kodu **********7469 olan Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 2811 (iki min səkkiz yüz on bir) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hər üç müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və 16.03.2020-ci il tarixli müqavilə üzrə 30 manat, 26 fevral 2020-ci il tarixli müqavilə üzrə 30 manat, 17.09.2018-ci il tarixli müqavilə üzrə 40 manat müəyyən edilərək, cavabdeh şəxslərdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.03.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, 30 manat dəbbə, 26.02.2020-ci il tarixli müqavilə üzrə SONY PLAYSTATİON-4, İMEİ kodu **********09473 olan X4 81 markalı telefon üçün 931 (doqquz yüz otuz bir) manat ödənilməmiş hissə, 30 manat dəbbə, 17.09.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********7469 olan Samsung Galaxy A6 markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 40 manat dəbbə, cəmi 2.405 (iki min dörd yüz beş) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar