Məhkəmə qərarları › İş №2(005)-4198/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4198/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4198/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 4000 (dörd min) manat kirayə haqqı, eləcə də kirayə haqqı vaxtında ödənilmədiyi üçün əsas məbləğin iki il üçün 5% məbləği 400 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının bina 1 -in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 m2 olan mənzildə təmir işləri aparılarkən yol verilmiş nöqsanların ekspertizası keçirilərək yenidən yüksək keyfiyyətlə təmir edilməsi üçün xərclənəcək pul dəyəri müəyyən edilərək Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi,Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1 -in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 m2 mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsinin təmin edilməsi və mənzilə çıxarışın alınması üçün 205 manat dövlət rüsumu və iddia verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 64 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə “müqavilənin etibarsız hesab edilməsi və pay hüququnun tanınması” tələbinə dair iddia ərizələrinin verilməsi zamanı ərazi aidiyyəti barədə hər hansı norma birbaşa öz əksini tapmamışdır.Qanunla başqa hal nəzərdə tutulmadığından qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh hüquqi ünvanı ünvan 1 m.2B-dir. Lakin iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar