Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-42/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X1rşı (açar sözlər: işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı, mənəvi ziyan; ekspert rəyləri arasında ziddiyyət,) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X1rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti ərzində işə bərpa olunacağı günə qədər almadığı əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X1rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti ərzində işə bərpa olunacağı günə qədər almadığı əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmrin ləğv edilməsi, əvvəlki BŞİH-nin X3 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiribaş iqtisadçı vəzifəsinə bərpa olunmağı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin 02 noyabr tarixində BŞİH-nin X3 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri-baş iqtisadçı vəzifəsinə qəbul edilmişdir və onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. 2022-ci ilin 01 aprel tarixində bütün günü işdə olmuşdur. 2-3 aprel tarixləri istirahət günləri olub. Səhhətində olan problemlə əlaqədar 04 aprel 2022-ci il tarixində Məlikov adına 6 saylı xəstəxanada müayinələrdən keçib, 05 apreldə təxirə-salınmadan əməliyyat olmuşdur. Səhhətindəki problemlə əlaqədar və əməliyyatı ilə bağlı baş direktor Həsrət Əmrahova və kadırlar şöbəsinin müdiri Kamil Talıbova məlumat vermişdir. Ona 21 aprel 2022-ci il tarixə qədər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi verilmişdir. Xəstəlik tarixinin vaxtı bitdikdən sonra işə qayıtmalı olduğu üçün 19 aprel tarixində iş yeri ilə əlaqə saxlamış və bu zaman ona artıq işdən azad olunduğunu demişlər. Xəstəliyilə əlaqədar evdə olduğu vaxtı işdən azad olunmağının səbəblərini soruşanda, ona bildirmişlər ki, 01 aprel 2022-ci il tarixindən Əmək Məcəlləsnin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) onu işdən azad ediblər. Əmrin surətini istəsə də iş yerindən əmrin surəti verilməmiş və işə gəlməməyini bildirmişlər. Bundan sonra 21 aprel 2022-ci tarixdə X11 müraciət etmişdir. X12 tərəfindən həqiqətən də 01 aprel 2022-ci il tarixindən Əmək Məcəlləsnin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunduğu bildirilmişdir. İşdən azad olunmağı barədə xəbərdarlıq edilməmiş, əmrin surəti ona təqdim olunmayıb, əmək kitabçası verilməyib və əmrin surətini istəsə də, ona təqdim olunmamışdır. Ona ödənilməli olan son haqq-hesab aprel ayının son günü ödənilmişdir. Bu günə qədər işdən azad olunmağı haqqında əmr ona rəsmi olaraq təqdim olunmamışdır. Əmək məcəlləsi işəgötürən və işçi tərəfindən müqaviləni ləğv etmək üçün əsaslarını ciddi şəkildə tənzimləyir. İşəgötürən tərəfindən xitam prosedurlarına və tələblərinə əməl edilməmişdir. Qanununauyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir və ona xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış verilmişdir. Mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırılması hüquqları müdafiə olunmalı və barəsində verilmiş əmr məhkəmə tərəfindən qanunsuz hesab olunmalıdır. Cavabdeh tərəfindən bağlanmış əmək müqaviləsinə istinad olunan əsasla xitam verilməsi qanunsuzdur, həmin əmr ləğv olunmalı və əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmrin ləğv edilməsi, əvvəlki BŞİH-nin X3 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri-baş iqtisadçı vəzifəsinə bərpa olunmağı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində təzminatın və 70 (yetmiş) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatının baş direktoru Həsrət Əmrahova ünvanladığı 01 aprel 2022-ci il tarixli ərizəsi əsasında tutduğu vəzifəsindən azad olunmuşdur. Daha əvvəl Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatının 02 oktyabr 2021-ci il tarixli “İnzibati tənbehin verilməsi haqqında” 12 saylı Əmrə əsasən Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il 09 sentyabr tarixli kollegiya iclasında “X5 və tabeliyindəki hüquqi şəxslər üzrə dövlət vəsaitinin idarə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi üzrə uyğunluq auditinin nəticələrinə dair Audit Hesabatı və AHO/4-3.2-2021-78” saylı 09 oktyabr 2021-ci il tarixli qərara əsasən yol verilmiş səhlənkarlıq və nöqsanlara görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 186-cı maddəsinin 3-cü hissəsini rəhbər tutaraq maliyyə və büdcə proqnozlaşdırlması şöbəsinin müdiri – baş iqtisadçı İddiaçı “xəbərdarlıq” intizam tənbehi elan edilmişdir. İddiaçının guya işdən azad olma barədə ərizəsini özü tərəfindən imzalanmaması işin faktiki halları ilə təkzib edilir və məntiqsizdir. Belə ki, rəhbərliyin onun işindən narazı olması iddiaçıya bəlli idi və onun öz ərizəsi əsasında işdən çıxacağı barədə fikirləri, sözləri barədə idarə rəhbərliyinin məlumatı var idi. İş materiallarında olan iddiaçının müraciət etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin cavab məktubundan (iş materialları səh.34) da görünür ki, İddiaçı şikayəti öz təsdiqini tapmamışdır. Daha sonra, məhkəmə hazırlığı dövründə iddia tələbi üzrə iddiaçı tərəfin vəsatətləri əsasında dörd xəttşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəylərindən: 4/1198 saylı 18 oktyabr 2022-ci il tarixli ekspert rəyi ilə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi” ərizəsində olan “İddiaçı” yazısının qarşısındakı imza və xx.xx.2020-ci il tarixli “baş iqtisadçı vəzifəsinə qəbul” ərizəsində olan “İddiaçı” yazısının qarşısındakı imza – İddiaçı tərəfindən icra olunması müəyyən edilmişdir. İkinci sual üzrə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi” ərizəsində olan yazılar,...xx.xx.2020-ci il tarixli “baş iqtisadçı vəzifəsinə qəbul” ərizəsində olan yazılar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur (ekspert Famil Əliyev). İlk növbədə birinci rəyin ikinci sualına cavabla əlaqədar bildirir ki, ərizədəki yazıların iddiaçı Paşayevə məxsus olmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh hüquqi şəxs üçün işə qəbul və işdən azad olma barədə ərizələrdə əhəmiyyət kəsb edən hal ərizədəki imzadır. Rəydən də göründüyü kimi, “İddiaçı” yazısının qarşısındakı imzanın İddiaçı tərəfindən icra olunması müəyyən edilmişdir. 4/1838 saylı 16 yanvar 2022-ci il tarixli ikinci ekspert rəyi ilə 89-90-cı vərəqlərində olan 02.11.202-ci il tarixli “işə qəbul edilməsi”, xx.xx.2022-ci il tarixli isə “işdən azad olunması” məzmunlu ərizələrin əsllərində “İddiaçı yazıları önündəki imzalar,...İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş ...yazılar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur (ekspert Famil Əliyev). 4/360-5/322-5/331 saylı 13 mart 2023cü il tarixli üçüncü ekspert rəyi ilə məhkəmə xətşünaslıq ekspertizası üzrə İddiaçı adından Birliyin Maliyyə büdcə proqnoznaşdırılması şöbəsinə şöbə müdiri – baş iqtisadçı vəzifəsinə qəbul edilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədəki əlyazmalar və “İddiaçı” soyadından əvvəl yerləşən imza;...İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədəki əlyazmalar və “İddiaçı” soyadından əvvəl yerləşən imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (ekspert Mətanət Muradova). 4/1047 saylı 26 iyul 2023-cü il tarixli dördüncü ekspert rəyi ilə məhkəmə xətşünaslıq ekspertizası üzrə mülki işin 33-cü vərəqində olan İddiaçı adından Birliyin Maliyyə büdcə proqnoznaşdırılması şöbəsinə şöbə müdiri – baş iqtisadçı vəzifəsinə qəbul edilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən icra olunması müəyyən olunmuşdur. Daha sonra ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən yox, başqa şəxs (səxslər) tərəfindən icra olunması müəyyən edilmişdir (ekspert Mətanət Muradova). Birinci iki ekspert rəyində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsindəki imzanın İddiaçı tərəfindən imza edilməsi müəyyən edilmişdir. Yalnız üçüncü ekspert rəyində əmək müqaviləsinə xitam verilməsi barədə ərizədəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərfindən icra edilməsi müəyyən edilmişdir. Göründüyü kimi keçirilmiş ekspertizaların nəticələri bir-biri ilə ziddiyət təşkil edir. İkinci və üçüncü ekspertizalarda tədqiqat aparmaq üçün götürülmüş nümunələrdən beşi eyni sənəddir, digər iki sənəd fərqlidirlər. Tədqiq olunmuş beş eyni sənəd üzrə birinci iki ekspert rəyində bildirilir ki, imza İddiaçı məxsusdur, üçüncü ekspert rəyində isə imzanın İddiaçı məxsus olmaması müəyyən edilib. Bu rəylərdə təqdim olunan imzalar, şəxsiyyət vəsiqəsindəki imzadan başqa, iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra götürülmüş nümunələrdir. Bu isə iddiaçı tərəfindən imzanın məhkəmə proseslərində fərqli imzalanması ilə əlaqədar əsaslı şübhələr yaratmışdır. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin X2 02 oktyabr 2021-ci il tarixli 12 sayı İnzibati tənbehin verilməsi haqqında Əmri ilə AR Hesablama Palatasının 2021-ci il 09 sentyabr tarixli kollegiya iclasında “X5 və tabeliyindəki hüquqi şəxslər üzrə dövlət vəsaitinin idarə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi üzrə uyğunluq auditinin nəticələrinə dair Audit Hesabatı və AHO/4-3/2-2021-78 saylı 09 oktyabr 2021-ci il tarixli qərara əsasən qeyd olunmuş səhlənkarlıq və nöqsanlara görə “xəbərdarlıq” intizam tənbehi elan olunmuşdur. Sonradan da yol verdiyi nöqsanlara görə edilən şifahi xəbədarlıqların nəticəsi olaraq vəzifə uyğunsuzluğu maddəsi ilə işdən azad olunacağı ehtimalını bilə-bilə öz xahişi ilə işdən çıxmışdır. Bu hallar onun məhkəmə gedişatında bilərəkdən öz imzasını dəyişmək ehtimalını yaradır. Bu səbəblərdən göstərilən əsaslarla yeni ekspertizanın keçirilməsi üçün Məhkəməyə İddiaçı davamiyyət kitabında (“X5 Aparat işçilərinin işə dəvamiyyətinin qeydiyyat kitabı”) və icraatında olan sənədlərin təhvil -təslim jurnalında (“Daxil olmuş sənədlərin təhvil-təslim jurnalı”) olan gündəlik çəkdiyi (50-dən çox imza nümunəsi) məhkəməyə ekspertiza keçirilməsi üçün təqdim edilmişdir. Cavabdeh tərəfindən verilən vəsatət iki ekspert rəyində imzaların B.Paşayerə malik olmasının təsdiqi, bir ekspert rəyində isə imzaların İddiaçı malik olmaması rəyləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa yönəlmişdir. Məhkəmə prosesi gedişində çəkilən imzaların İddiaçı tərəfindən öz xəttini işdə xitam ərizəsindəki imzaya münasibətdə dəyişdirilmə ehtimalı yüksəkdir. Məhkəməyə təqdim olunan davamiyyət kitabında və sənədlərin təhvil təslim kitabında olan imzalar məhkəmə çəkişməsi başlayan dövrə qədər İddiaçı tərəfindən edilən imzalardır və bu imzalar da tədqiq edilməklə ekspertizanın aparılması ekspert rəylərindəki işə xitam ərizəsindəki imzanın İddiaçı tərfindən imzalanmasının təsdiq olunması üçün kifayət etməlidir. Bu imzalar İddiaçı gündəlik işə gələrkən davamiyyət kitabına çəkdiyi imzalarıdır və iş prosesində sənədləri təhvil-təslim edərkən iddiaçının çəkdiyi imzalardır. Bu imzaların qəsdən dəyişdirilmə ehtimalı demək olar ki yoxdur. Bu səbəblərdən məhkəmə təkrar ekspertizasının keçirilməsi imzalarla bağlı qeyri-müəyyənliyin aradan qaldıracaqdır. Məhkəmə qarşısında birinci iki ekspert rəyi ilə üçüncü ekspert rəyindəki fərqləri aydınlaşdılmaq üçün iş üzrə təkrar ekspertiza keçirilməsi barədə Vəsatət qaldırılmışdır. Əsaslandırılmış vəsatət Məhkəmə tərəfindən təmin edilməmişdir. Kserosurətlərdəki imzaların kimin tərəfindən imza edilib-edilməməsi iş üçün əhəmiyyət kəsb etmir. İşdən azad olunma ərizəsinin əslinin tədqiqi yalnız iş üzrə əhəmiyyət kəsb edir. Və sənədlərin əsllərinin ekspertizası zamanı iki ekspert rəyi imzaların İddiaçı olması nəticəsinə gəlmişdir. Yalnız bir rəydə imzaların İddiaçı olmaması göstərilmişdir. Digər ekspertizalar üzrə bildirir ki, ərizənin hansı kağızda və qələmlə icra olunmasının heç bir əhəmiyyəti yoxdur, o səbəbdən ki, kağız və qələmlər idarəyə böyük həcmdə birdən alınır və eyni alınmış kağız (A4) və qələm olma ehtimalı yüksəkdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı İdarəsində cəmi il yarım işləmişdir. Direktorun sənədləri imza etdiyi qələmin də bu müddət ərzində bitməsi azehtimallıdır. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı işə qəbul və işdən çıxma ərizələrinin əslləri sonradan cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinə təqdim olunmuş ərizələrin (işə qəbul və işdən çıxma) əsllərindən təmamilə fərqlənir əsası ilə vəsatət verilmiş və iddiaçı tərəfindən sübutların təqdim edilməsi barədə vəsatətdə “həmin ərizələrin əslləri sonradan cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinə təqdim olunmuş ərizələrin (işə qəbul və işdən çıxma) əsllərindən təmamilə fərqlənir” göstərilmiş və məhkəmə iclasında iş materilllarında olan ərizə nümunələrindən tam fərqli bir ərizə nümayiş etdirildi. Məhkəmə tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış sorğuya əsasən İddiaçı işdən azad olunması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinin surəti tələb olunmuşdur. Müraciətə cavab olaraq Əmək Müfəttişliyi tərəfindən cavab məktubuna həmin işdən azad olunma ərizəsinin surəti təqdim olunmuşdur. X12 Xidmətinin cavab məktubundan görünür ki, Əmək Müfəttişliyi tərəfindən Məhkəməyə göndərilən nümunə iş materiallarında olan nümunələrlə eynilik təşkil edir. Məhkəmə araşdırması zamanı İddiaçı iddiasının əsassız olduğu öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində göstərilənləri sübut edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - X7 üzrə 96 №-li 02 noyabr 2020-ci il tarixli əmrdən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən etibarən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə AR ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay sınaq müddəti tətbiq edilməklə Birliyin maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinə 17-ci dərəcəli şöbə müdiri-baş iqtisadçı vəzifəsinə qəbul olunmuşdur. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Bakı şəhəri X4 baş iqtisadçı vəzifəsində işləyir. Əmək haqqının məbləği 1500 manatdır. - 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionarda olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədən işdən azad edilmişdir. İşə 22 aprel 2022-ci il tarixdən başlanmalıdır. - Bakı şəhər İcra Hakimiyyətinin X7nin 48 №-li 01 aprel 2022-ci il tarixli işdən azad olunması barəsində əmrdən görünür ki, Birliyin Maliyyə və büdcə proqnazlaşdırılması şöbəsinin 17-ci dərəcəli şöbə müdiri-baş iqtisadçısı xx.xx.2022-ci il tarixindən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Ona istifadə etmədiyi əmək məzuniyyəti gününün əvəzinə 12 təqvim günü müavinət ödənilsin. Əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. - Əmək müqaviləsi bildirişinin reyestrindən çıxarışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən 48 nömrəli əmr ilə tərəflərdən birinin təşəbbüsü səbəbi ilə xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən 48 nömrəli əmr ilə tərəflərdən birinin təşəbbüsü səbəbi ilə xitam verilmişdir. - İddiaçı tərəfindən X11 ünvanlanmış 21 aprel 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı işə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 saylı məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, müəssisə rəhbərliyinin Bakı şəhər İdarəsinə ünvanladığı məktubda və əlavə olunmuş sənədlərdə, xx.xx.2020-ci il tarixdən baş iqtisadçı vəzifəsində çalışdığı, həmçinin onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə (xx.xx.2022-ci il tarixdə imzanızla təsdiq olunmuş işdən çıxma ərizənizə dair) xitam verildiyi məlum və son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Nəzərinə çatdırılmışdır ki, izahatda iddia etdiyi xx.xx.2022-ci il tarixdə əlavə işlərin görülməsinə cəlb olunmağına dair sənəd müəssisənin rəhbərliyi tərəfindən təqdim olunan 2022-ci ilin mart ayına dair iş vaxtının uçotu tabelində öz təsdiqini tapmamışdır. Bildirilmişdir ki, müraciətdə və izahatda bildirdiyi Abadlaşdırma və X6 Departamentinin X5ndə işlə təmin olunmağı ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə əsasən işçi ilə əmək müqaviləsi bağlamaq onun şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqları olduğundan işlə təmin olunmağı ilə əlaqədar aidiyyəti üzrə müəssisənin rəhbərliyinə və ya yaşadığı yer üzrə X9 müraciət etməyi tövsiyə olunmuş, razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 4/1198 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi" ərizəsində olan “İddiaçı" yazısının qarşısındaki imza, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2020-ci il tarixli "baş iqtisadçı vəzifəsinə qəbul" ərizəsində olan “İddiaçı" yazısının qarşısındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli "əmək müqaviləsinə xitam verilməsi" ərizəsində olan yazılar, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2020-ci il tarixli "baş iqtisadçı vəzifəsinə qəbul" ərizəsində olan yazılar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli 4/1838 №-li ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 89-90-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi”, xx.xx.2022-ci il tarixli isə "işdən azad olunması” məzmunlu ərizələrin əsillərində “İddiaçı" yazıları önündəki imzalar, i/v 33-də olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi”, i/v 36-da olan xx.xx.2022-ci il tarixli isə “işdən azad olunması" məzmunlu ərizələrin kserosurətlərində (məhkəməyə təqdim olunmuş) “İddiaçı” yazıları önündə əks olunan imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 89-90-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi” xx.xx.2022-ci il tarixli isə “işdən azad olunması” məzmunlu ərizələrin əslilərində olan dərkənarlar ilə i/v 33də olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi", i/v 36-da olan xx.xx.2022-ci il tarixli isə “işdən azad olunması” məzmunlu ərizələrin kserosurətlərində əks olunan dərkənarlar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, mülki işin 89-90-cı vərəqələrində olan xx.xx.2020- ci il tarixli “işə qəbul edilməsi”, 01 04.2022-ci il tarixli isə "işdən azad olunması” məzmunlu ərizələrin əsillərində olan yazılar ilə i/v 33-də olan xx.xx.2020-ci il tarixli "işə qəbul edilməsi, i/v 36-da olan xx.xx.2022-ci il tarixli isə "işdən azad olunması" məzmunlu ərizələrin kserosurətlərində əks olunan yazılar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan xx.xx.2020-ci il tarixli "işə qəbul edilməsi" (i.v.89), xx.xx.2022-ci il tarixli isə "işdən azad olunması" (i.v.90) məzmunlu ərizələrin məzmununda olan əlyazmaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; həmin ərizələrdəki "İddiaçı" yazılarından əvvəlki imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; həmin ərizələrdəki yuxarı sol küncündəki dərkənarların (yazı, imza va tarix göstəricisi) icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; Beləliklə, tədqiqata təqdim olunmuş xx.xx.2020-ci il tarixli "işə qəbul edilməsi" (i.v.89), xx.xx.2022-ci il tarixli isə "işdən azad olunması" (i.v.90) məzmunlu ərizələrin məzmununda olan əlyazmaların, həmin ərizələrdəki "İddiaçı" yazılarından əvvəlki imzaların və yuxarı sol küncündəki dərkənarların (yazı, imza va tarix göstəricisi) icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 4/1047 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 33-cü vərəqində olan İddiaçı adından Birliyin Maliyyə büdcə proqnozlaşdırılması şöbəsinə şöbə müdiri - baş iqtisadçı vəzifəsinə qəbul edilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış 01.04,.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunnuş imza – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyətinin X7 tərəfindən məhkəməyə ünvanlanmış 13 dekabr 2023-cü il tarixli 3-52-6/2-796/2023 saylı sorğuya cavab məktubundan görünür ki, halhazırda qüvvədə olan yeni ştat cədvəlinə əsasən, Maliyyə və büdcə proqnozlaşdırılması şöbəsi və həmin şöbənin müdiri-baş iqtisadçı vəzifəsi mövcud deyil. 01 iyun 2022-ci il tarixindən həmin vəzifənin icrası iş həcminə uyğun olaraq və Azərbaycan Respublikası Hesablama Palatası tərəfində aparılan yoxlamanın nəticələrinə əsasən Mühasibat uçotu və iqtisadiyyat şöbəsinin tərkibində aparıcı iqtisadçı vəzifəsinə verilmişdir. Ştat cədvəlinə uyğun olaraq aparıcı iqtisadçı vəzifəsinin vəzifə maaşı 1366.00 (bir min üç yüz altmış altı manat) AZN təyin olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyətinin X7 tərəfindən məhkəməyə ünvanlanmış 12 yanvar 2024-cü il tarixli 3-52-6/2-07/2024 saylı sorğuya cavab məktubundan görünür ki, halhazırda qüvvədə olan ştat cədvəli üzrə 17-ci dərəcənin icra etdiyi vəzifələr, baş direktorun müavini, baş mühəndis, baş mütəxəssis, baş aqronom, baş mühasib vəzifələridir, ştat üzrə 17-ci dərəcənin aylıq vəzifə maaşı 1898 AZN təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh şirkətdə 17-ci dərəcəli şöbə müdiri – baş iqtisadçı vəzifəsində işə qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin X7nin 48 №-li 01 aprel 2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 01 aprel 2022-ci il tarixdən xitam verilmişdir. Əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə onun məlumatı olmadan xitam verildiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. -69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. -69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. -74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. -290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. -300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə qeyd edir ki, əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən 48 №-li 01 aprel 2022-ci il tarixli əmr Azərbaycan Respublikası Əmək Məcələsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) verilmişdir. Həmin əmrdən görünür ki, əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İşəgötürən tərəfindən əmrin verilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli ərizənin əsli məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə məhkəmə-xətşünaslıq, xx.xx.2023-cü il tarixdə kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası, xx.xx.2023-cü il tarixdə isə əlavə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Müvafiq olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli 4/1198 saylı, 16 yanvar 2023-cü il tarixli 4/1838 saylı, 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 saylı, 26 iyul 2023-cü il tarixli 4/1047 saylı ekspert rəyləri məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi (ekspert F.Əliyev) tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 4/1198 №-li və 16 yanvar 2023-cü il tarixli 4/1838 №-li ekspert rəyləri ilə İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi" ərizəsində olan “İddiaçı" yazısının qarşısındaki imza, İddiaçı adından yazılmış xx.xx.2020-ci il tarixli "baş iqtisadçı vəzifəsinə qəbul" ərizəsində olan “İddiaçı" yazısının qarşısındakı imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert M.Muradova) 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 saylı ekspert rəyi ilə mülki işin 89-cu vərəqində olan xx.xx.2020-ci il tarixli işə qəbulla bağlı ərizədəki əlyazmalar və “İddiaçı” soyadından əvvəl yerləşən imzanın və 90-cı vərəqində olan İddiaçı oğlunun adından işdən azad edilmə və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizədəki əlyazmaların və İddiaçı” soyadından əvvəl yerləşən imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 4/1047 saylı ekspert rəyi ilə (ekspert: M.Muradova) görünür ki, mülki işin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış 01.04,.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyləri arasında ziddiyyət yaranmışdır. Bununla belə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Famil Əliyev tərəfindən verilmiş ekspert rəylərindən görünür ki, rəy verilərkən İddiaçı i/v 6-da olan AZE seriyalı 0******* nömrəli xx.xx.2012-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində sərbəst, i/v 1-3-də olan xx.xx.2022-ci il tarixli iddia ərizəsində, i/v 24-də olan xəbərnamədə, i/v 29-da olan AR-İİ seriyalı 615660 nömrəli etibarnamədə, i/v 49-da olan xx.xx.2022-ci il tarixli vəsatətdə, i/v 93-96-da olab xx.xx.2022-ci il tarixli vəsatətdə şərti-sərbəst, i/v 37-48-də eksperimental xətt və imza nümunələri ilə müqayisəedici tədqiqat aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti Mətanət Muradova tərəfindən verilmiş ekspert rəylərindən isə görünür ki, yuxarıda göstərilənlərdən əlavə olaraq mülki işin 119-123-cü vərəqlərində olan sənədlərdəki imzalar, 118-ci vərəqində olan Nərimanov rayon Məhkəməsinin hakimi Səbinə Nuriyevaya ünvanlanmış ərizəsindəki xətt və imzalar ilə müqayisəedici tədqiqat aparılmışdır. Həmçinin ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış, İddiaçı xətt və imza nümunələrinin şəkilləri göstərilməklə, imzaların əsas xətlərinin formaları, quruluşuna görə mürəkkəblik dərəcəsi, bütövlükdə konstruksiyası, icra olunma forması, hərəkətin üfuqi və şaquli istiqamətdə nisbi ölçüsü, başlanğıc nöqtəsinin yeri ətraflı tədqiq olunmaqla göstərilən nəticəyə gəlinmişdir. Bununla yanaşı, məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini - F.Əliyevin xətt və imzaların tədqiqi ixtisası üzrə 2011-ci ildən iş stajı olmaqla ali hüquq təhsilli əlyazmalar və səslərin ekspertizaları şöbəsinin aparıcı eksperti olmasını, M.Muradovanın isə 1997-ci ildən iş stajına malik olmaqla əlyazmalar və səslərin ekspertizaları şöbəsinin baş eksperti, yüksək dərəcəli ekspert, ali hüquq və ali filologiya təhsilli olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert M.Muradova) 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 s və 26 iyul 2023-cü il tarixli 4/1047 saylı rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Frespublikasının Əmək Məcəlləsinin 68 və 19-cü maddələri, işçinin öz təşəbbüsü (yazılı şəkildə ifadə olunmuş iradəsi) əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Lakin cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizənin iddiaçı tərəfindən imzalanmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bu səbəbdən qeyd olunan ərizə iddiaçının öz təşəbbüsü ilə işdən azad olunmasına əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması barədə 48 №-li 01 aprel 2022-ci il tarixli əmri ilə qanunvericiliyin tələblərin pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdir. Qeyd olunan hal isə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin ləğv olunması kimi hüquqi nəticəyə səbəb olur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı işəgötürən – cavabdeh tərəfindən İddiaçı işə qəbul və işdən çıxma barədə ərizələrinin əsilləri (mülki iş v. 89-90), həmçinin işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə təqdim edilmiş işə qəbul və işdən çıxma ərizələrinin surətləri iş materiallarına əlavə olunmuşdur. Qeyd olunan ərizələrə baxış keçirilərkən işəgötürən tərəfindən məhkəməyə və Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmiş işə qəbul və işdən çıxma ərizələrinin açıqaşkar bir-birindən fərqli olduğu müəyyən olunur. İddiaçı həmçinin işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsi əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyir. Həmin maddəyə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yəni, əmək müqaviləsinin ləğv edilməsi əsasları və qaydalarının pozulması aşkar edildikdə əmək mübahisəsini həll edən məhkəmə tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi imperativ norma olaraq təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda iddiaçının işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi üçün qanuni əsaslar yaradır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən işəgötürənlə işçi arasındakı əmək münasibətləri hüquqi müstəvidə davam edən olmuşdur və iddiaçının tələb etdiyi əmək haqqı onun hüququ olmuşdur. Buna görə də məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin iddia tələbində cavabdehdən 5.000 manat məbləğində mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri sayır. Həmin Qərarda göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir....Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq qeyd edir ki, iddiaçının qanunsuz və əsassız şəkildə vəzifəsindən azad edilməsi, işsiz qalması, hüquqlarının bərpa edilməsi üçün müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq çıxarılmasını, bunun nəticəsində onun 1 ildən çox müddət ərzində maddi sıxıntıya məruz qalmasını, cavabdehin məhkəməyə qədər (mediasiya prosesində) və məhkəmə araşdırması zamanı qeyd edilən pozuntunu aradan qaldırmağa çalışmamasını, mübahisənin davam etmə müddətini, iddiaçının yaşını və digər diqqətəlayiq halların olmasını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin vurulmasına görə iddiaçıya cavabdeh tərəfindən 500 (beş yüz) manat məbləğində mənəvi zərərin ödənilməsi işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğundur. Bununla yanaşı məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddiadan imtina olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -379.1 və 379.1.6-ci maddələrinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır; -379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. -296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. -296-cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Qanunun: -35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. - 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. - 32.4 və 32.4.2-ci maddələrinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür. Məhkəmə qeyd edir ki, iddia müddəti cavabdehin ərizəsində əsaslandırdığı kimi 48 №-li əmrin çıxarıldığı 01 aprel 2022-ci il tarixindən deyil, həmin əmrin, əmək kitabçasının, haqq hesab sənədlərinin işəgötürən tərəfindən işçiyə rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Belə ki, məhz əmrdə iddiaçının hansı əsasla işdən çıxarıldığı barədə məlumat öz əksini tapır. Cavabdehin nümayəndəsi iddia müddətinin keçməsini sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı əmrin surətinin və əmək kitabçasını ona təqdim edilmədiyini bildirmiş, işəgötürən həmin halların əksini (qeyd olunan sənədlərin işçiyə təhvil verilməsi, ünvanına göndərilməsi və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı 22 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, müraciətə cavab olaraq onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə (xx.xx.2022-ci il tarixdə imzanızla təsdiq olunmuş işdən çıxma ərizənizə dair) xitam verildiyi bildirilmişdir. Bundan sonra iddiaçı mübahisənin məhkəməyə qədər həlli məqsədilə mediasiya təşkilatına müraciət etmiş, 21 may 2022-ci il tarixdə mediasiya prosesinə görə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı 50 manat ödəmişdir. Qanunvericiliyin tələblərinə əsasən (AR ƏM-nin 296-cı, “Mediasiya haqqında” Qanunun 35-ci maddəsi) mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayanmışdır. Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. Bundan sonra iddiaçı 13 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda məhkəmə hesab edir ki, ekspertiza tədqiqatları işəgötürən tərəfindən verilmiş əmrin əsası kimi göstərilmiş işdən çıxma barədə ərizənin iddiaçı tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsi məqsədilə keçirildiyindən və iddia tələbi əmrin ləğv edilməsi hissəsində tam təmin edildiyindən aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri kimi cəmi 608 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 İddiaçı barəsində 01 aprel 2022ci il tarixli 48 nömrəli əmri ləğv edilməli. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri - baş iqtisadçı vəzifəsinə bərpa olunmalı. 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmr verildiyi tarixdən işə bərpa olunduğu tarixədək İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməli. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X5ndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 (yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X5ndən 608 (altı yüz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X8 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 İddiaçı barəsində 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmri ləğv edilsin. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri - baş iqtisadçı vəzifəsinə bərpa olunsun. 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmr verildiyi tarixdən işə bərpa olunduğu tarixədək İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X5ndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 (yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X5ndən 608 (altı yüz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X8 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-42/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-42/2024
17.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver