Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-421/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı,onun nümayəndəsi və vəkili X9 oglunun Cavabdeh MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsızlığı, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsızlığı, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də işdən azad olunması barədə əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətilə bağlı 2020-ci ilin fevral ayından ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC-də adminstrator vəzifəsində çalımış və əmək haqqısı 500 manat olmuşdur. İşlədiyi müddət ərzində nümunəvi işçi olmuş, işi şirkətə müraciətlərə cavab vermək və telefon əlaqələrini yönləndirməkdən ibarət olmuşdur. Müəssisənin pul vəsaitləri və maliyyə işləri ilə heç bir əlaqəsi olmamış və aidiyyatı belə söz mövzusu deyildir. 06.04.2021-ci il tarixdə şirkətin rəhbəri Əhməd Məhərrəmov heç bir əsaslı səbəb olmadan onunla münaqişə etmiş və şiddət tətbiq edərək xəsarətləndirmişdir. Münaqişə ilə əlaqədar polis orqanında araşdırılma başlanılmış, xəsarətlənməyi və araşdırılma aparılması səbəbindən də işçi olaraq müəyyən müddət iş yerində olmamışdır. Bu hadisə ilə əlaqədar işəgötürən özünün müəyyən etdiyi əsaslarla işin həqiqi və faktiki hallarına uyğun olmayan mövqe nümayiş etdirərək onu tutduğu vəzifədən azad etmişdir. Bu günədək əmrin surəti rəsmən təqdim olunmamışdır. Dəfələrlə ünvanına göndərdiyi poçt məktubları işəgötürən tərəfindən geri qaytarılmışdır. Odur ki, əmrin məzmunu və rekvizitləri barədə məlumatlandırılmamışdır. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və Əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 21.05.2021-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X6 Xidmətinə ünvanladığınız müraciətlərə Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı “Azterminal“ MMC-nin rəhbərliyinin X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi sənədlərdən və Sizin verdiyiniz izahatdan müəyyən olmuşdur ki, müəssisə rəhbərliyi tərəfindən tərtib edilmiş əmək müqaviləsi qanunvericiliyin tələbi pozularaq birtərəfli qaydada imzalanmışdır. Aşkar olunmuş inzibati pozuntu ilə əlaqədar hüquqi şəxs olaraq Cavabdeh MMC barəsində tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəasi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda bildiririk ki, Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır.” Hazırkı vəziyyətdə verilmiş əmrin qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaması və işçinin işə bərpa olunması əsasları mövcuddur və tərəf olaraq bu pozuntunun qanuni aradan qaldırılmasını istəyir. Qanunvericiliyin tələblərinə əsasən mediasiya proseduruna tərəfindən baş vurulmuş, lakin heç bir nəticə əldə olunmamışdır. Borclu təşkilatişəgötürən əmək müfəttişliyinin göstərişini icra etmir və qərəzli mövqe nümayiş etdirir. Bu səbəbdən də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Barəsində verilmiş əmrdən narazıdır və işinə bərpa olunmaq istəyir. Bundan əlavə almalı olduğu pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh ona 2020-ci ilin aprel ayından - noyabr ayına qədər olan 7 aylıq (təxmini) müddəti üçün 2500 manat məbləğində ödənilməmiş əmək haqqı ödənilməlidir. Əlavə olaraq həmin borcu da vaxtında ödəmədiyi üçün Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən günə 1% olmaqla ona ödəməlidir. Mövcud mübahisəli işdə cavabdehin imzaladığı mübahisəli əmr Əmək qanunvericiliyinin tələblərinə uyğun olmadan və tamamilə qanunsuz verilmişdir. İşəgötürənin qanunazidd hərəkətləri üzündən işiləri polisə düşmüş və Nərimanov rayon Polis İdarəsində araşdırılma aparılmışdır. Xəsarətləri ilə əlaqədar müalicə olunduğu və polisdə araşdırılma aparıldığı vaxtda Cavabdeh MMC-nin vəzifəli şəxsinin əmri ilə işdən azad olunmuşdur. Hazırda əmrin surətini də almadığından onun dəqiq rekvizitlərindən məlumatsızdır. Cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan əmr rəsmiləşdirməklə hüquqlarını pozmuş və qanunsuz işdən azad etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil 15.12.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, iddiaçının Cavabdeh MMC-də işdən azad olunması barədə 04.05.2021-ci il tarixli, 1 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək, Cavabdeh MMC-nin adminstratoru ilə bağlanılan əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç bəndinə əsasən 04.05.2021-ci il tarixdən xitam verilməsi, işdən azad edilmiş İddiaçı Mirağa qızına son haqq hesab kəsilsin “məzmunlu Cavabdeh MMC-də işdən azad olunması barədə 1 saylı əmrin etibarsız hesab olunmaqla ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, 300 manat hüquqi yardım xərci, 3000 manat məbləğində maddi ziyana və 2000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh MMC-nin direktoru X5 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20.09.2021-ci il tarixli 2021- 001665 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. İşdə olan Nərimanov RPİ-nin tŞ-nin baş müstəntiqi, Polis mayoru Pərviz Məmmədovun 12.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cavabdeh MMC-nin 03 aprel 2020-ci il tarixli 03 nömrəli əmrindən görünür ki, İddiaçı 03 aprel 2020-ci il tarixdən sınaq müddəti 3 ay olmaqla kompüter operatoru vəzifəsinə təyin edilmişdir. Əmək haqqı ştat cədvəli ilə müəyyən edilmişdir. İşdə olan Cavabdeh MMC-nin 04 may 2021-ci il tarixli 02 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin adminstratoru ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə 15.04.2021-ci il tarixdən xitam verilməsi, işdən azad edilmiş İddiaçı son haqq hesab hesablanıb ödənilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-119/2021 saylı, 21.10.2021-ci il tarixli qərarının surətindən görünür ki, şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2021-ci il tarixli qərar qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, “İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 tərəfindən verilmiş 12.07.2021-ci il tarixli, 13/222 nömrəli rəyindən görünür ki, vət. İddiaçı aşkar edilmiş xəsarətlər - sol sarğı nahiyəsinin küt travması lll-İV bel fəqərələrinin travmatik radikulopatiyası, asteno-nevrotik vəziyyəti ilə müşayiət olunan sol sarğı nahiyəsinin yumuşaq toxumaların şişkinlik halında əzilməsi - qançırı, sol yanağın sol saidin. sol əlin V barmağının sıyrıqları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir qərarın təsviri hissəsində qeyd olunan 14.04.2021-ci il tarixdə zərərçəkmişin qeyd etdiyi şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər sol sarğı nahiyəsinin küt travması, lll-İV bel fəqərələrinin travmatik radikulopatiyası. asteno-nevrotik vəziyyəti ilə müşayiət olunan sol-sarğı nahiyəsinin yumuşaq toxumaların şişkinlik halında əzilməsi-qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol yanağın, sol saidin. sol əlin V barmağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur”. İşdə olan 16.04.2021-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər Cavabdeh MMC-nin direktoru X5, Cavabdeh MMC-nin işçisi texnik-inkassator X7, Cavabdeh MMC-nin işçisi texnikinkassator X3 bu aktı ondan ötrü tərtib etmişlər ki, Cavabdeh MMC-nin adminstratoru İddiaçı 15.04.2021-ci il tarixindən heç bir üzrlü səbəb göstərmədən işə çıxmamışdır. Aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir. İşdə olan qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsinə görə vəkilə 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında İddiaçı Mirzaga qızının bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh işəgötürən Cavabdeh MMC İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan və iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən mülki iş üzrə hallar araşdırılarkən İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş pozuntulara yol verməsi aşkar edilməmişdir. Eyni zamanda İddiaçı ilə işəgötürən arasında qərəzli müsasibətlərin olması müəyyən edilmiş, İddiaçı şirkətin rəhbəri tərəfindən xəsatər yetirilmişdir. Bu hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-119/2021 saylı, 21.10.2021-ci il tarixli qərarının məzmunundan da müəyyən edilmişdir. Belə ki, ekspert rəyi ilə İddiaçı sağlamlığına yüngül zərər vurulması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçı iddia ərizəsinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı işdən azad olunması ilə bağlı ərizə yazaraq könüllü razılğını, habelə fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən sübutlar təqdim etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı deyildir və təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası işə bərpa hissəsində əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 may 2021-ci il tarixli 02 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa edilməli, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək əmək haqqı ödənilməli, Hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödəniməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin 04 may 2021-ci il tarixli 02 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə əvvəlki işinə bərpa olunsun və məcburi işburaxmaya görə əmək haqqı fərqi iddiaçı şəxsə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-421/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-421/2022
24.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver