Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4214/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı mənzil növbəsinin bərpası tələbinə dair iddia ərizəsinin sənədlərinə baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı mənzil növbəsinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı mənzil hüquqlarının, əvvəlki mənzil növbəsinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində mənzil hüquqlarının, əvvəlki mənzil növbəsinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hüquqi faktın müəyyən edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, MPM-nin 152.2.1-ci maddəsinin tələbinə əsasən ərizəçi hazırkı ərizə ilə məhkəməyə deyil, müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı mənzil növbəsinin bərpası tələbinə dair ərizənin qəbulundan imtina edilsin. İddiaçıya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4214/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4214/2021
17.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver