Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4219/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetrilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “sair öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kondisionerin dəyişdirilməsi, başqa kondisionerlə əvəz edilməsi və ya ödənilmiş 200 manatın geri qaytarılması və dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 24.06.2021-ci il tarixdə Nizami rayonu ərazisində “İrşad” mağazasından kredit yolu ilə 40 kv-lıq sahəyə, 70-90 kv-lıq adı altında kondisioner almışdır. İyunun 27-də mağazaya və qaynar xəttə məlumat vermişdir ki, kondisionerin soyutması zəifdir. Baş ofisə dəfələrlə müraciət etmişdir ki, kondisionerin dəyişdirilməsini təmin etsinlər, lakin 1 ay müddətində onu aldatdılar. Nəticədə 1 ay sonunda 20% ödəməklə kondisioneri dəyişə biləcəklərini demişdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianın əsassız olduğunu qeyd edərək, rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; “AZEMİS” elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh MMC-nin 24.06.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı ********* saylı müqavilə üzrə 200 manat ödəniş etmişdir. Cavabdeh MMC-nin sənədindən görünür ki, İddiaçı 18 ay müddətinə GREE GWH24AAD-K3NN4A/İ Bora R410 MK Gree(İRK66194) markalı kondisioner satılmışdır. Cavabdeh MMC-nin X4 görünür ki, İddiaçı aldığı GREE GWH24AAD-K3NN4A/İ Bora R410 MK Gree(İRK66194) markalı kondisioner 12 ay müddətinə zəmanət verilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 18.08.2021-ci il tarixli məktubundan görünür ki, kondisioneri quraşdıran usta ünvana yaxınlaşmış və istifadə qaydalarını izah etmişdir. Kondisioner mətbəxt ərazisində quraşdırıldığına görə funksiyanı tam şəkildə icra edə bilmir. Kondisioner quraşdırma seçim edilərkən mətbəx ərazisində işləməsi nəzərə alınmamışdır. Kondisionerin yeri dəyişdirilsə məqsədə uyğun olması qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC-nin 19.11.2021-ci il tarixli, 000454 nömrəli texniki rəyindən görünür ki, elektrik gərginliyinin 201 Volt olması müşahidə olunub və bu kondisionerin tam gücü ilə işləməsi üçün yetərli deyildir. Bundan əlavə otaqda böyük şüşə pəncərə, elektrik və qaz plitəsi yanır.Yekun olaraq ümumilikdə bütün bu itkilər kondisionerin tam güclə işləməməsinə səbəb amillərdir. Kondisionerin parametrləri normaldır. Ehtimal edilir kki, yay aylarında gərginlik daha da aşağı olmuşdur. "xxxx" MMC-nin 01.10.2021-ci il tarixli, 422 nömrəli aktından görünür ki, İddiaçı aldığı GREE GWH24AAD-K3NN4A/İ Bora R410 MK Gree(İRK66194) markalı kondisionerdə qüsur yoxdur. Cihaz yoxlanılmış və heç bir problem aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı İrşad Electronics» MMC-dən 24.06.2021-ci il tarixdə GREE GWH24AAD-K3NN4A/İ Bora R410 MK Gree(İRK66194) markalı kondisioneri 1 il zəmanətlə almışdır. İddiaçı kondisionerin zəif işləməsi səbəbindən İrşad Electronics» MMC-yə müraciət etmiş, cavabdeh isə kondisionerin mətbəx ərazisində quraşdırıldığından zəif işləməsini bildirmiş və cihazı dəyişməkdən imtina edilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC-nin 19.11.2021-ci il tarixli, 000454 nömrəli texniki rəyindən görünür ki, elektrik gərginliyinin 201 Volt olması müşahidə olunub və bu kondisionerin tam gücü ilə işləməsi üçün yetərli deyildir. Bundan əlavə otaqda böyük şüşə pəncərə, elektrik və qaz plitəsi yanır.Yekun olaraq ümumilikdə bütün bu itkilər kondisionerin tam güclə işləməməsinə səbəb amillərdir. Kondisionerin parametrləri normaldır. Ehtimal edilir ki, yay aylarında gərginlik daha da aşağı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1.2-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəlləninin 587.3-cü maddəsinə əsasən bu məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbinin alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamədək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Göründüyü kimi əşyanın keyfiyyətinə aid tələblər aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək, əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək, habelə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yaranır. Bununla belə iddiaçı aldığı malda yaranan qüsurun istehsal qüsuru olduğu sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC-nin 19.11.2021-ci il tarixli, 000454 nömrəli texniki rəyindən görünür ki, cihazda yaranan qüsur cavabdeh tərəfindən yaranmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “sair öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4219/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4219/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver