Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4223/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı dəymiş maddi ziyan ödənilməklə mənzildən məcburi çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ona dəymiş maddi ziyanı ödəməklə zəbt olunmuş mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətçisi olduğu ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış evinin 1 otağını maddi durumunun aşağı olması səbəbi ilə 1 aylıq (100 manata) müvəqqəti olaraq Cavabdeh kirayə vermişdir. Cavabdeh onun mərhəmətindən və hüquqlarını bilməməyindən sui istifadə edərək bu günə kimi həm aylıq kirayə pulunu verməməklə həm də otağı boşaltmamaqla Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq pozmuşdur. Sözügedən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin ünvandakı evin 1 otağını Cavabdeh qanunsuz zəbt edərək, ələ keçirib onun ünvana gediş-gəlişinə mane olur, giriş qapılarının kilidini, qıfılı dəyişdirib içəri daxil olmağa və xüsusi mülkiyyətinə baxmağa qoymur, hətta bir neçə dəfə ora getmək istəyərkən kobudluq da etmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq mülkiyyətində olan mənzildən məhrum olunmuşdur. Evini zəbt etmiş cavabdehin qanunsuz istifadəsi əsası ilə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarına istinad edərək hazırki mübahisəni başlamaq qərarına gəlmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək kirayə haqqına görə 750 manat, ev telefonun pulunu ödədiyinə görə 14,25 manat, qıfılı dəyişməyə görə 15 manat, dövlət rüsumuna görə 100 manat, vəkilə ödənilmiş xərclərə görə 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin 22 noyabr 2022-ci il tarixli qərardadı ilə X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, sözügedən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin ünvandakı evin 1 otağını Cavabdeh qanunsuz zəbt edərək, ələ keçirib ünvana gediş-gəlişinə mane olur, giriş qapılarının kilidini, qıfılı dəyişdirib içəri daxil olmağa və xüsusi mülkiyyətinə baxmağa qoymur, hətta bir neçə dəfə ora getmək istəyərkən kobudluq da etmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan mənzildən məhrum olunmuşdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirmişdir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, belə ki, iddiaçının həmin evə dair heç bir sənədi yoxdur, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun mənzilə köçürülməsi qət edilmiş, qətnamə icra edilərək Cavabdeh mənzildən çıxarılmış, o isə mənzilə köçürülmüşdür. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2017-ci il tarixli 59 nömrəli Sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin N.Ə.Rzayevanın adına sənədləşdirilməsinə icazə verilmişdir; X7 tərəfindən X3 verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, sonuncuya ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi, satılması, dəyişdirilməsi, ipoteka qoyulması, bağışlanması və s. səlahiyyətləri nəzərdə tutan 50 il müddətinə etibarnamə verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-543/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı ünvan 3 ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət fərdi yaşayış sahəsindən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7618/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 543/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7618/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı evə köçürülmə və cavabdehin mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmış, apellyasiya zamanı X6 məhkəməyə ərizə göndərərək və ərizəsini müdafiə edərək iş üzrə iddiasından imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; Nərimanov Rayon Məhkəməsinin 2(005)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X4 ünvan 3 ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət, fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir; xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aparılmış icra tədbirləri nəticəsində tələbkar X1 mənzilə köçürülmüş, həmin mənzilin giriş çıxış açarları tələbkara təhvil verilmiş və bu barədə müvafiiq akt tərtib edilmişdir. Həmin akta əsasən, icra yerində olan Cavabdeh mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadı ilə X4 cavabdeh İddiaçı qarşı mübahisələndirilən evə köçürülmə və cavabdehin mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi səbəbindən xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə X4 Cavabdeh qarşı Nürəddin Süleyman küçəsi 1 saylı ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilmiş və qətnamə icra olunmuşdur. Hazırda İddiaçı ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu iddia edərək, Cavabdeh həmin evdən çıxarılması və dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd olunmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Əhmədovanın Azərbaycana qarşı iş üzrə Qərarında qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Lakin hazırki işdə iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin ona məxsus olduğunu və bu səbəbdən həmin mənzildə qanunsuz qalan cavabdehin oradan çıxarılmalı olduğunu bildirsə də, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənədi, eləcə də “gözlənti” hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi, iş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, mübahisələndirilən mənzilə dair iddiaçının qızı Emiliya Bayramovaya 50 il müddətinə ümumi etibarnamə verilmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına istinad edərək fərdi yaşayış evinə dair hüquqlarının tanındığını bildirsə də, həmin qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli araşdırılmaması, işin hallarına düzgün qiymət verilməməsi əsası ilə ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 həmin mənzilə köçürülməsi qət edilmiş, qətnamə icra edilərək hazırki iş üzrə Cavabdeh mənzildən çıxarılmış, X6 isə həmin mənzilə köçürülmüşdür. İddianın dəymiş ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin qeyd edilən hissəsi üzrə sübutetmə yükü bilavasitə iddianı irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və tələbin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia dəymiş zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Vəkilə ödənilmiş xərclərlə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 115.0.6 və 119.1-ci maddələrinə uyğun olaraq vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xəclərinə aiddir. Məhkəmə xərcləri isə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi rədd edildiyindən iddia çəkilmiş məhkəmə xərclərinin ödənilməsi hissəsində də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4223/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4223/2022
22.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver