Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4241/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizələrinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 19/3 mənzil 23-dən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı yazılı vəsatət təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4067/2022 saylı və 2(005)-4241/2022 saylı mülki işlərin birləşdirilərək bir icraatda baxılaraq icraata xitam verilməsini xahiş etmişlər. Göstərilən iddia tələbi əsasında mülki iş 2(005)-4241/2022 sayda icraata daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh1 hazırki iş üzrə iddiaçı Mahmudova (Zamanova) Mərziyyə Ləman qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə artıq məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia tələbi əsasında mülki iş 2(005)-4067/2022 sayda icraata daxil olmuşdur. Məhkəmə mülki işləri araşdıraraq hesab edir ki, mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Buna görə də göstərilən mülki işlər birləşdirilərək, bir icraatda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(005)- 4241/2022 saylı mülki işlə; iddiaçı Cavabdeh1 cavabdeh Mahmudova (Zamanova) Mərziyyə Valeh qızına qarşı “mənzilə köçürülmə” iddiası əsasında olan 2(005)-4067/2022 mülki iş birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169.3 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(005)-4241/2022 saylı mülki işlə; iddiaçı Cavabdeh1 cavabdeh Mahmudova (Zamanova) Mərziyyə Valeh qızına qarşı “mənzilə köçürülmə” iddiası əsasında olan 2(005)-4067/2022 saylı mülki iş birləşdirilsinlər, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(005)-4067/2022 nömrəsi verilsin. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4241/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4241/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver