Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4244/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ilk; iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün xeyrinə ümumilikdə 240.000 (iki yüz qırx min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı vasitəçiliyi ilə anası X7 ilə Cavabdeh1 MMC arasında imzalanmış 17 fevral 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 240 000 (iki yüz qırx min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 8000 (səkkiz min) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə Sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Lakin MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Bundan sonra X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMCdən iddiaçı X2 xeyrinə ümumilikdə 560000 (beş yüz altmış min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və iddiaçının xeyrinə ümumilikdə 560000 (beş yüz altmış min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-172/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İşə baxan məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, “İlk iddiaya münasibətdə məhkəmə qeyd edir ki, X7 özü müqaviləni tərəf olaraq imzalamış, müqavilə şərtləri qarşı tərəflə onun tərəfindən razılaşdırılmış, müqavilənin bağlanması üçün pulun verilməsini o öz şəxsi vəsaiti hesabına etmişdir. Digər tərəf kimi göstərilmiş Cavabdeh1 MMC-nin təsisçisi müqaviləni imzalamışdır. ...Bundan başqa, müqavilə üzrə tərəf olmayan ilkin iddia üzrə iddiaçı tərəfin müqavilə ödəliklərinin yerinə yetirilməsini və pulun ödənilməsini ilkin iddia üzrə cavabdehdən tələb etməyə də subyektiv hüququnun olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb elmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M. Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İlkin iddiaya münasibətdə məhkəmə belə nəticəyə nəlir ki, ilkin iddia üzrə iddiaçı X7 tərəfindən müqavilənin imzalanması onun iradə ifadəsi olmadığından və belə müqavilə üzrə iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququ olmadığından ilkin iddia rədd edilməlidir. İ.Quliyeva tərəfindən Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq apelyasiya şikayətinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-172/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə 2(103)-4520/2020 saylı, 05.08.2020-ci il tarixli (sədrlik edən hakim Xəyalə Cəmilova) qətnamə qəbul edilmişdir. Şikayətə baxan apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinin qismən təmin edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, “tik iddiaya münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə verilmiş 240000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən ona qaytarılmadığına istinad edərək həmin pulun və buna görə ona aylıq ödənilməli olan gəlirlərin qaytarılmasını tələb edir. ... O ki qaldı ilk iddianın əsaslılığına, bu barədə qeyd olunmalıdır ki, iş üzrə iddiaçı İradə Quliyeva və cavabdeh MMC arasında bağlanmış 17.02.2016-cı il tarixli müqaviləni MMC-nin adından onun təsisçisi, iş üzrə Cavabdeh3 imzalamış və müqavilə MMC-nin möhürü ilə təsdiq edilmişdir. ...Belə ki, əvvəla qeyd olunmalıdır ki, 17.02.2016-cı il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən sərmayə “sərmayəçi” tərəfindən 17.02.2016-cı il tarixində tam olaraq 240000 ABŞ dolları məbləğində ödənilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, tərəflər 240000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi barədə müddəanı müqaviləyə daxil etdiklərinə görə həmin pulun həqiqətən verilib-verilməməsi məsələsi müzakirə predmeti ola bilməz. Odur ki, iddiaçı tərəf müqavilədə qeyd olunan 240000 ABŞ dolları məbləğində pul vəsaitini verməsini sübutetmə vəzifəsindən azaddır. İkincisi, iddiaçı tərəfindən həqiqətən müqavilədə qeyd olunan məbləğin ödənilməsi faktı həmçinin işdə olan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 24.04.2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilənlərlə də təsdiq olunur. Belə ki, həmin qərarda ifadəsi alınmış Cavabdeh2 iddiaçının oğlu İddiaçı tərəfindən ona 2016-cı ilin mart ayından başlayaraq 2018-ci ilin iyul ayının 15-dək ona hissə-hissə olmaqla ümumilikdə 226.000 ABŞ dolları məbləğində pulun verildiyini etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh2 istintaqda ona iddiaçı tərəfindən verilmiş məbləğin 240000 ABŞ dolları deyil, 226000 ABŞ dolları olduğunu bildirmişdir. Bu faktın özü də onu deməyə əsas verir ki, iddiaçı tərəfindən həqiqətən pul məbləği verilmişdi. Lakin həmin məbləğin 226.000 ABŞ dolları olmasını Cavabdeh2 bildirsə də, müqavilənin 3.2-ci bəndində 240000 ABŞ dollarının göstərilməsi (tərəflərin bununla razılaşaraq müqaviləni imzalamaları) verilən məbləğin məhz 226.000 ABŞ dolları olduğunu sübutetmə vəzifəsini cavabdehin üzərinə qoyur. Buna baxmayaraq cavabdeh tərəf qeyd olunan halı sübuta yetirə bilməmiş və bu barədə hər hansı sənədi məhkəmə araşdırmaları zamanı təqdim edə bilməmişdir. ...İddiaçı İradə Quliyevanın iddia tələbində qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 240.000 ABŞ dolları təşkil edir. Cavabdeh2 isə Yasamal Rayon Polis idarəsində verdiyi izahatında bildirmişdir ki, alınmış 226000 ABŞ dolları məbləğində pulu iki il ərzində İddiaçı hissə-hissə olmaqla ümumilikdə 226.825 ABŞ dolları miqdarında qaytarmışdır. Lakin Cavabdeh2 istintaqda verdiyi bu ifadəsi ilə bağlı hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. ...Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıma apellyasiya şikayəti qismən tamin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir". Cavabdehlər Cavabdeh3 vo Cavabdeh2 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.08.2020-ci il tarixli, 2(103)-4520/2020 saylı qətnaməsindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə AR Ali Məhkəməsində baxılmış və ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kasasiya şikayətlərinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4520/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi kasasiya şikayətləri ilə mübahisələndirilən hissədə, yəni ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 179.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilməsi və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması barədə 2(102)-588/2021 saylı, 09.02.2021-ci il tarixli Qərar (sədrlik edən İlqar Dəmirov) qəbul edilmişdir. Şikayətə baxan ali məhkəmə tərəfindən kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4520/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması ilə bağlı qəbul edilmiş qərar əsaslandırılarkən qeyd edilmişdir ki, "...isin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi borc münasibətləri İddiaçı Nazim oğlu ilə Cavabdeh2 oülu arasında mövcud olmuşdur. 17 fevral 2016-cı il tarixdə X7 ilə “Mobisky" MMC arasındakı müqavilə İddiaçı Nazim oğlu ilə X5 arasındakı mövcud borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”. İddia tələbinin dəlillərindən, həmin dəlillərə etirazlardan, iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunmasına dair qərardan, eləcə də, kasasiya şikayətinin dəlillərindən də göründüyü kimi borcun hansı məblə&də verilməsi və qaytarılması məhz İddiaçı Nazim o&lu ilə X5 arasındakı borc münasibətləri ilə bağlıdır. ...Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia tələbinin əsl olmayan iddiaçı tərəfindən verilib-verilməməsinə tam düzgün hüquqi qiymət verməmiş, bununla əlaqədar İddiaçı Nazim oğlunu maraqlarına toxunan şəxs kimi işə cəlb etməmiş, verilmiş ilkin iddia tələbinə onun münasibətini aydınlaşdırmamışdır ”. İ.Quliyeva tərəfindən Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində təkrarən baxılaraq apelyasiya şikayətinin təmin edilməməsi, Nərimanov rayon Məhkəməsinin 2(005)- 172/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 2(103)-4294/2021 saylı, 17.06.2021-ci il tarixli (sədrlik edən hakim Xumar Mərdanova) qətnamə qəbul edilmişdir. Şikayətə baxan apelyasiya məhkəmasi tərəfindən apelyasiya şikayətinin təmin edilməməsi, Nərimanov rayon Məhkəməsinin 2(005)-172/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehlərin vəkil-nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanlmalıdır. ...Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, borc münasibətləri İddiaçı Nazim oğlu ilə Cavabdeh2 arasında mövcud olmuşdur. 17 fevral 2016-cı il tarixdə iddiaçı İ.Quliyeva ilə MMC arasındakı müqavilə İddiaçı ilə Z.İsmayılov arasındakı mövcud borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmışdır. İddia tələbinin dəlillərindən, həmin dəlillərə etirazlardan, iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunmasına dair qərardan, eləcə də, kasasiya şikayətinin dəlillərindən də göründüyü kimi borcun hansı məbləğdə verilməsi və qaytarılması məhz İddiaçı Nazim oğlu ilə X5 arasındakı borc münasibətləri ilə bağlıdır. ...Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ olmadığından, onun müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. ...İş materialları və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə mübahisəli pu! vəsaitinin Cavabdeh2 İddiaçı tərəfindən verilməsi təsdiq edilmişdir. Eyni zamanda İ. Quliyeva ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin isə Cavabdeh2 ilə İddiaçı arasında olan borc münasibətlərini pərdələmək niyyəti daşıması müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının cavabdehlərdən pul vəsaitini tələb etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Bildirmişdir ki, İ.Quliyeva ilə cavabdehlər arasında münasibətlərin qurulmasında İ.Quliyevanın oğlu, İddiaçı vasitəçi olmuşdur. Bu da iddiaçının Nərimanov Rayon Məhkəməsində verdiyi izahatında öz təsdiqini tapmışdır. İ.Quliyevanın iddia tələbi üzrə Nərimanov rayon Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin araşdırmalarından göründüyü kimi cavabdehlərə verilmiş vəsait İddiaçı məxsusdur. Bu faktın özü də cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Belə ki, Yasamal Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, Cavabdeh1 MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin MMC 2005-ci ildə dövlət qeydiyyatından keçirərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X6 adına rəsmiləşdirilmişdir... Bundan sonra isə 2008-ci ildə o həmin MMC R.Xəlilovun adından rəsmi qaydada öz anası Cavabdeh3 adına keçirmiş və bununla bağlı MMC Vergi orqanlarından yenidən qeydiyyatdan keçirərək MMC-nin 100%-i anası Cavabdeh2 anın adına rəsmiləşdirilmiş və həmçinin MMC-nin direktoru kimi Kərimova Lalə ('avanşir qızı təyin olunmuşdur... Rəsmi sənədlərə uyğun olaraq onun həmin MMC-yə hüquqi əsaslarla isə heç bir aidiyyəti yoxdur. 17.02.2016-cı il tarixli müqaviləni Cavabdeh1 MMC-nin qurucusu olan anası Cavabdeh3 ilə İddiaçı anası X2 aralarında...bağlatdırmışdır. Nağd pulların təhvil-təsliminə aid bütün danışıq və prosesləri bilavasitə İddiaçı özü ilə apararaq icra etmiş, lakin o, həmin pulları verdiyi ərəfədə bu barədə hər hansı bir yazışma aparmağını tələb edib və buna görə də o± forma! olsa da, belə təklif etmişdir ki. öz aralarında həmin pullara aid müqavilə bağlasınlar. Belə ki, Z.Qulivevin verdiyi pulları o, yalnız Cavabdeh1 MMC-nin fəaliyyətinin və göstərdiyi xidmətlərin genişləndirilməsi məqsədi ilə götürüb məqsədyönlü olaraq bu istiqamətdə sərmayə kimi sərf etdiyindən həmin müqaviləni də məhz “Mobisky" MMC-nin adından tərtib etmişdir. ...həmin pulların hesabına 14 ədəd server kompüter bazaları və dinər texniki avadanlıqları almaqla, eləcə də proqram təminatlarının hazırlanmasına ödənişlər etməklə tamlıqla İddiaçı verdiyi həmin pulları xərcləmişdir”. Cavabdeh3 əvvəlki məhkəmələrdə verdiyi izahatında bildirmişdir ki, "Müqavilə bazlandığı tarixlərdə xəstə olduğu üçün möhürü müvəqqəti olaraq oğlu Cavabdeh2 versə də belə müqavilənin bağlanmasını Yasamal Rayon Polis idarəsinə şikayət verən zaman onlara məlum olmuşdur". Cavabdeh2 məhkəmədə verdiyi izahatında bildirmişdir ki. "Anası xəstə olduzu ucun Cəmiyyətin isləri ilə müvəqqəti olaraq özü məşğul olurdu". Yuxarıda qeyd edilən səbəblərdən müqavilə əsasında Cavabdeh1 MMC-yə həmin MMC-nin faktiki sahibi, hazırki iş üzrə Cavabdeh2 vasitəsilə verilmiş 240.000 (iki yüz qırx min) ABŞ dolları məbləğindəki vəsait cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 həm məhkəmədə, həm də Yasamal rayon Polis İdarəsində verdiyi izahatından da göründüyü kimi Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış və möhür vurmuş və MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə etdiyindən 240.000 (iki yüz qırx min) ABŞ dolları məbləğindəki vəsaiti də İddiaçı şəxsən alaraq cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən 240.000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar pretenziya qaydasında həll etməyə çalışsaq da, lakin bu da heç bir nəticə verməmişdir. Beləliklə də, bugünki gündə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumilikdə 240.000 (iki yüz qırx min) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı “Ministerium” adlı restoranın təmirinə xərclənmiş 38.100 manat, 81.492 ABŞ dolları və 58.056 ABŞ dolları ümumlikdə 38.100 manat və 139.548 ABŞ dolları məbləğində pul vəsaitinin tutulub mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 21.09.2021-ci il tarixdə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdeh İddiaçı “Ministerium” adlı restoranın təmirinə xərclənmiş 38.100 manat, 18000 ABŞ dolları, 81.492 ABŞ dolları və 58.056 ABŞ dolları ümumlikdə 56.100 manat və 139.548 ABŞ dolları məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 2015-ci il tarixdə əldə edilmiş razılığa əsasən o, cavabdehdən 226.000 ABŞ dolları məbləğində borcun alınması ilə bağlı borc müqaviləsi bağlamışdır. Lakin, bu münasibətləri borc müqaviləsi kimi rəsmiləşdirmək əvəzinə sərmayə layihəsinin reallaşdırılması üçün birgə əməkdaşlıq barədə başqa şəxslər arasında formal olaraq üç müqavilə bağlanılaraq, yalnız iki müqavilə üzrə ödənişlər olmuşdur. Həmin razılığa əsasən cavabdeh tərəfindən ona hissə-hissə cəmi 226.000 ABŞ dolları məbləğində pul ödənilmişdir və o, bunun müqabilində 226.825 ABŞ dolları vəsaitini hissə-hissə cavabdehə qaytarmışdır. Halbuki, cavabdeh 61.000 ABŞ dollarından savayı bu halı qəbul etmir (istintaqda verdiyi izahatında, 24 aprel 2019-cu il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarın 4-cü səhifənin yuxarı hissəsində qeyd etmişdir ki, .... "Cavabdeh2 da onun bu kimi tələb və hədələri əsasında sonrakı 15 ay ərzində, L.Rəhimovaya aid 200 ABŞ dollarını, ona aid olan pullardan isə hər ay üçün 1000, 1500, 2000, 25000 və 3000 ABŞ dolları miqdarda olan pulları ona verməklə cəmi 61.000 dolları ona vermişdir. O da, Cavabdeh2 yuxarıda qeyd etdiyi məzmunda olan növbəti vədlərinə inanaraq dinməz oturub onu, yəni 2018-ci ilin fevral və mart aylarında qazanca aid olan pulların qalan hissəsini ilkin özünə və L.Rəhimovaya aid vermiş olduğu, cəmi 270.000 ABŞ dollarını ona ödəməsini gözləmişdir...”) və hesab edir ki, onun Zaura 17 fevral 2016-cı il tarixli müqavilə əsasında 240.000 ABŞ dolları, 16 mart 2016-cı il tarixli müqavilə əsasında 20000 ABŞ dolları və 01 iyun 2017-ci il tarixli müqavilə əsasında isə 10.000 ABŞ dolları, ümumlikdə 270.000 ABŞ dolları məbləğində pul vəsaiti borcu var. Lakin, 17 fevral 2016-cı il tarixli müqavilə əsasında 240.000 ABŞ dolları əvəzinə cavabdeh hissə-hissə ona 210000 ABŞ dolları və 16 mart 2016-cı il tarixli müqavilə əsasında isə 20.000 ABŞ dolları əvəzinə 16.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. 01 iyun 2017-ci il tarixli müqavilə əsasında isə cavabdeh ona 10.000 ABŞ dolları ödəməmiş və həmin pul vəsaitini icarəyə götürdüyü restoranın təmirinə xərcləmişdir. Onun cavabdehlə aralarında yuxarıda qeyd olunan pul münasibətləri dövründə olduğu zaman 2017-ci ilin təxminən mart-aprel aylarında iş üzrə cavabdeh Bakı şəhəri, H.Cavid prospektində “Ministerium” adlı restoranı icarəyə götürmüşdür. Həmin restoranın təmirinə görə cavabdeh ondan ilkin olaraq borc qismində 2017-ci mart ayında 35.000 manat məbləğində pul istəmiş və o, həmin pulu ona vermişdir. Daha sonra, cavabdeh təxminən 2017-ci ilin may ayında ona bildirmişdir ki, həmin restoranın təmiri üçün əlavə olaraq 70.000 ABŞ dolları məbləğində pul lazımdır və o, cavabdehə bildirmişdir ki, onun özündə bu məbləğdə pul yoxdur. Cavabdeh xahiş etmişdir ki, faizlə olsa belə ona bu pulu tapsın, pulun həm onun əsas məbləğini həm də faizini özü ödəyəcək. O, cavabdehin xahişini nəzərə alaraq, başqa şəxsdən faiz ödəmək şərti ilə borca götüdüyü 70.000 ABŞ dolları məbləğində pul vəsaitini ona vermişdir. Həmin pulun faizi isə 58056 ABŞ dolları məbləğində pul təşkil etmişdir. Daha sonra, cavabdehin xahişi ilə həmin restoranın havalandırma sistemi üçün 19 yanvar 2018-ci il tarixdə 700 ABŞ dollar, 30 yanvar 2018-ci il tarixdə 800 ABŞ dollar və 23 fevral 2018-ci il tarixdə isə 700 ABŞ dollar cəmi 2200 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra, cavabdehin xahişi ilə həmin restoranın döşəməsinin təmiri üçün 2019cu il tarixdə 3100 manat pul ödəmişdir. Daha sonra, cavabdehin xahişi ilə həmin restoranın mətbəx avadanlığına görə “Caspian cousine” şirkətinə 29 yanvar 2018-ci il tarixdə 4000 ABŞ dolları, 12 fevral 2018-ci il tarixdə 1192 ABŞ dolları və 23 fevral 2018-ci il tarixdə isə 4100 ABŞ dolları, cəmi 9292 ABŞ dolları məbləğində pul ödəmişdir. Ümimlikdə 38.100 manat, 81.492 ABŞ dolları və 58.056 ABŞ dolları məbləğində pulu o, həm borc vermiş həm də cavabdehin əvəzinə fazilə birlikdə ödənişlər etmişdir. Həmin dövrdə cavabdehlə belə razılıq olmuşdur ki, yuxarıda qeyd olunan iki müqavilə üzrə onun cavabdehə borclu olduğu puldan həmin restoran üçün ona borc verdiyi və onun əvəzinə ödədiyi pul çıxılmayacaqdır və cavabdeh ona borclu olduğu pul vəsaitinin həmin restoranı işlətməklə aybaay ödəyəcəkdir və əgər restorandan qazanc əldə edə bilməsə, onda cavabdehin ona borclu olduğu pul vəsaiti iki müqavilə üzrə götürdüyü pul vəsaitindən çıxılacaqdır. O, cavabdehə borclu olduğu 226.000 ABŞ dolları pul vəsaitindən qalan 4000 ABŞ dolları məbləğində pul vəsaitini ona 02 aprel 2018-ci İl tarixdə ödəmişdir. Həmin pul vəsaitini cavabdehə nağd şəkildə ödəyən zaman, o, həmin restoranın təmiri üçün ona borclu olduğu pulun nə vaxt ona qaytarılmasını cavabdehdən soruşmuş, o da xahiş etmişdir ki, 2019-cu ilin dekabr ayına kimi ona möhlət vermişdir ki, cavabdeh borclu olduğu pul vəsaitini ona ödəsin. O, cavabdehə inanıb 2018-ci ilin dekabr ayına kimi onun tərəfindən həmin borcun qaytarılmasını gözləmişdir. Lakin, cavabdehin həmin restoranın təmiri üçün ondan götürdüyü pul vəsaitini nə buğünə kimi qaytarmayıb nə də iki müqavilə üzrə tərəfimdən götürdüyüm pul vəsaiti həmin məbləğlə əvəzləşdirməyib. Əksinə, cavabdeh məndən borcun qaytarılmaması ilə bağlı polisə şikayət etmişdir, baxmayaraq ki, mən həmin müqavilələr üzrə ona tam şəkildə borcunu qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, cavabdehdən həmin restoranın təmiri üçün borc verdiyi və onun əvəzinə ödədiyi pul vəsaitindən başqa, cavabdeh həmin restoranın təmirinin tamamlamaq üçün Natik Sadıqov adlı şəxsdən 120.000 ABŞ dollarını borc götürülməsi barədə ondan xahiş etmişdir. Bu səbəbdən cavabdeh ondan xahiş etmişdir ki, “gəl səni dostum Natiqlə tanış edim və sən güya həmin pul vəsaitini Mobisky MMC-nin fəaliyyəti üçün istəyirsən və mən 3000 ABŞ dolları məbləğində pul vəsaitini Natiq Sadıqova ödəyəcəyəm. Cavabdeh ondan dönə-dönə xahiş etmişdir ki, “Ministerium” adlı restoran və onun təmiri barədə Natiq Sadıqova heçnə deməsin. O, cavabdehin təklifinə və sözünə inanaraq onunla razılaşmış və sonra cavabdeh onu Natik Sadıqovla tanış etmişdir. Natik Sadıqov cavabdehin başqa işi görməklə qazanc əldə etmək üçün təklifini qəbul etmişdir. Natiq Sadıqovun 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin olmadığı üçün 100.000 ABŞ dolları əvəzinə ona məxsus Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən yeni tikili binada 2 otaqlı mənzili və əlavə olaraq 20.000 ABŞ dollarını verə biləcəyini cavabdehə təklif etmişdir. Cavabdeh həmin təklifi qəbul edərək həmin mənzilin satışından əldə edilmiş 135.000 manatı və Natik Sadıqovdan götürdüyü 20.000 ABŞ dollarını Bakı şəhəri, Hüseyn Cavid prospektində olan “Ministerium” adlı restoranın təmirinə xərcləmişdir. Halbuki, bu halı da cavabdeh qəbul etmir və Natiq Sadıqov məhkəmə qaydasında həmin pulu ondan tələb edir. Cavabdeh 2017-ci ilin noyabr ayının 18-dən həmin restoranın açılışı həyata keçirtməklə 2018-ci ilin aprel ayı daxil olmaqla həmin restoranı işlətmişdir. Yuxarıda qeyd olunan hallardan görünür ki, cavabdeh həmin restoranın təmiri üçün ondan borc qismində aldığı pul vəsaitini qaytarmayıb və ümumiyyətlə qaytarmaq niyyətində deyil. Hesab edir ki, onun tərəfindən həmin restorana görə cavabdehə verilmiş və xərclənmiş pul vəsaiti İddiaçı məhkəmə qaydasında tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə əsassız olduğunu bildirəərk rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbi ilə razı olmadığını, əsassız olduğu üçün rədd olunimasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə iclasında Şahid qismində ifadə verərək bildirmişdir ki, o, hər iki tərəfi tanıyır,həm iddiaçı, həm də cavabdelə döstluq münasibətləri vardır. Tərəfləri bir neçə dəfə barışdırmağa cəhd etsə də, bu mümkün olmamışdır. Tərəflər arasına işgüzar münasibətlər olmuşdur. Zaur Samirə borca pul vermişdi. Verilən pulun məbləği ilə bağlı məlumatı yoxdur. Bir neçə dəfə Samirin əvəzindən pulu aparıb Zaura vermişdir. Zaur, 18000 manat Samirin yanında işləyən işçiyə borclu idi. X7 ilə Cavabdeh1 MMC arasında imzalanmış 17 fevral 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 240000 (iki yüz qırx min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 8000 (səkkiz min) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə Sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-172/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər ‘‘Mobisky" MMC, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, iddiaçı “Mobisky" MMC-nin cavabdeh X3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilmiş, “Mobisky’ MMC ilə X7 arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmişdir. Həmin qətnamədən ilk iddia tələbi üzrə iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş və Bakı Apellasiya Məhkəməsinin 2(103)-4520/2020 saylı, 05.08.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-172/2020 saylı 10 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ik iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 179000 ABŞ dolları məbləğində pul (qətnamənin icra edildiyi tarixdə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) tutularaq iddiaçı X3 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 09.02.2021-ci il tarixli, 2(102)-588/2021 saylı qərarından görünür ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kasasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4520/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi kasasiya şikayətləri ilə mübahisələndirilən hissədə, yəni ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 179.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellasiya Məhkəməsinin 2(103)-4294/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı X2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-172/2020 saylı 10 yanvar 2020-ci il tarixli qətnaməsinin pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, borc münasibətləri İddiaçı ilə Cavabdeh2 arasında mövcud olmuşdur. 17 fevral 2016-cı il tarixdə iddiaçı İ.Quliyev ilə MMC arasındakı müqavilə İddiaçılə Cavabdeh2 arasındakı mövcud borc münasibətlərini pərdələmək məqsədilə bağlanmışdır. İddia tələbinin dəlillərindən, həmin dəlillərə etirazlardan, iş materiallarında ola cinayət işinin başlanmasının rədd olunmasına dair qərardan, eləcə də kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi borcun hansı məbləğdə verilməsi və qaytarılması məhz İddiaçı ilə Cavabdeh2 arasındakı borc münasibətləri ilə bağlıdır. 24 aprel 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİnni İŞ-nin qərarından görünür ki, Cavabdeh2 barəsində AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Həmin cinayət işi üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, «Mobisky” MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin MMC 2005-ci ildə dövlət qeydiyyatından keçirərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X6 adına rəsmiləşdirilmişdir... Bundan sonra isə 2008-ci ildə o həmin MMC R.Xəlilovun adından rəsmi qaydada öz anası Cavabdeh3 adına keçirmiş və bununla bağlı MMC Vergi orqanlarından yenidən qeydiyyatdan keçirərək MMC-nin 100%-i anası Cavabdeh2nm adına rəsmiləşdirilmiş və həmçinin MMC-nin direktoru kimi X4 təyin olunmuşdur... Rəsmi sənədlərə uyğun olaraq onun həmin MMC-yə hüquqi əsaslarla isə heç bir aidiyyəti yoxdur. ...Lakin həmin vaxt İddiaçı 240000 ABŞ dollarına aid olan müqaviləni onun anası İradə Quliyevanın adından tərtib olunmasını xahiş etmişdir. Həmçinin İddiaçı özünü bu prosesdən kənarda qoymamaq şərti ilə ondan həmin müqavilədə onun anasının təmsilçisi kimi öz adını da qeyd etdirməyi xahiş etmişdir. Buna görə də 17.02.2016-cı il tarixli müqavilə anası Cavabdeh2 ilə İddiaçı anası İ.Quliyevanın aralarında bağlansa da həmin müqavilənin 3.8 nömrəli bəndində İddiaçı xahiş və təklifinə uyğun olaraq qeyd etmişdir ki, “Səmayəçi” olan İradə Quliyevanın sağlamlı durumu ilə əlaqədar baş verən hər hansı bir xoşagəlməz hadisə zamanı sərmayənin tamamı və onun qarşısında “Sərmayəçi” tərəfindən əldə etdiyi vəsait “Sərmayəni qəbul edən” tərəf tamamən İddiaçı ödənişini təmin edir. İddiaçı anası İ.Quliyeva 240000 ABŞ dollarına aid olan müqaviləni formal olaraq imzalamışdır. Qanuni qüvvəyə minmiş Bakı Apellasiya Məhkəməsinin 2(103)-4294/2021 saylı, 17.06.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, borc münasibətləri İddiaçı ilə Cavabdeh2 arasında mövcud olmuşdur. 17 fevral 2016-cı il tarixdə iddiaçı İ.Quliyev ilə MMC arasındakı müqavilə İddiaçılə Z.İsmayılov arasındakı mövcud borc münasibətlərini pərdələmək məqsədilə bağlanmışdır. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Qeyd olunan hallar kontekstdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, belə ki, cavabdehlərdən Cavabdeh2 tərəflər arasında olan başqa məhkəmə işləri verdiyi izahatından da göründüyü kimi Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış, möhür vurmuş «Mobisky” MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə eldiyindən 240000 ABŞ dolları məbləğindəki vəsaiti də İddiaçı şəxsən alaraq digər cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarlarında nümayiş etdirilən hüquqi mövqey baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı Apellasiya Məhkəməsinin 2(103)-4294/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə olan halda, cavabdehlər «MOBİSKY” MMC və Cavabdeh2 hər hansı hüquqi əsas olmadan əldə etdiyi 240000 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə ilk iddia tələbinin rədd olunmalı hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh3 pulun tələb edilməsi hissəsində iddia əsassızdır. Belə ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3dır. Bu hal müvafiq iş materiallarında olan məhkəmə qətnaməsil ilə də təsdiqini tapmışdır. Məhdud məsuliyyətli cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımadığı üçün iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olaraq da Cavabdeh3 hazırki mübahisə üzrə məsuliyyət daşıya bilməz. Məhz ona görə ki, məhkəmə araşdırması zamanı, bundan əlavə cinayət işinin araşdırması zamanı verilən izahatlardan müəyyən edilmişdir ki, pul danışıqları, müqavilənin bağlanması ilə bağlı tərəflərin iştirakı və s. iddiaçı ilə Cavabdeh2 arasında baş vermişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizəsində göstərmişdir ki, ona cavabdeh İddiaçı ilə bağladığı 17 fevral 2016-cı il tarixli müqavilə əsasında 240.000 ABŞ dolları, 16 mart 2016-cı il tarixli müqavilə əsasında 20000 ABŞ dolları və 01 iyun 2017-ci il tarixli müqavilə əsasında isə 10.000 ABŞ dolları, ümumlikdə 270.000 ABŞ dolları məbləğində pul vəsaiti borca verilməli idi. Lakin, 17 fevral 2016-cı il tarixli müqavilə əsasında 240.000 ABŞ dolları əvəzinə cavabdeh hissə-hissə ona 210000 ABŞ dolları və 16 mart 2016-cı il tarixli müqavilə əsasında isə 20.000 ABŞ dolları əvəzinə 16.000 ABŞ dolları məbləğində pul vəsaiti ödənmişdir. 01 iyun 2017-ci il tarixli müqavilə əsasında isə cavabdeh ona 10.000 ABŞ dolları ödəməmiş və həmin pul vəsaitini icarəyə götürdüyü restoranın təmirinə xərcləmişdir. Bundan əlavə İddiaçı Cavabdeh2 ayrı-ayrı vaxtlarda “Ministerium” adlı restoranının təmiri üçün qarşılıqlı iddia ərizəsində göstərilən məbləğlərdə borc almışdır. Göstərilənlərə əsasən hazırda qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2, cavabdeh İddiaçı “Ministerium” adlı restoranın təmirinə xərclənmiş 38.100 manat, 18000 ABŞ dolları, 81.492 ABŞ dolları və 58.056 ABŞ dolları ümumlikdə 56.100 manat və 139.548 ABŞ dolları məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilənləri əsaasız hesab edərək bildirir ki, ilk növbədə Cavabdeh2, cavabdeh İddiaçı göstərilən məbləğlərdə borca pul verməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, sübutetmə yüklülüyünə uyğun olaraq iddia ərizəsini əsaslı edəcək halları məhkəmə qarşısında sübuta yetirməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, ilk iddia ərizəsindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh2 24000 manat məbləğində borca pul vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı pula ehtiyacı olacağı təqdirdə Cavabdeh2 borca vermiş olduğu pulu geri qaytarmağı tələb etmək əvəzinə, ondan borca pul istəməsini ağlabatan hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia qismən təmin edilərək cavabdehlər «MOBİSKY” MMC və Cavabdeh2 240000 ABŞ dolları (iki yüz qırx min) ABŞ dolları məbləğində pul (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdehlər «MOBİSKY” MMC və Cavabdeh2 240000 ABŞ dolları (iki yüz qırx min) məbləğində pul (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qalan hissədə ilk iddia təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4244/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4244/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver