Məhkəmə qərarları › İş №2(005)-4244/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4244/2025

20.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4244/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək,ərizənin təmin edilməsi, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Yexeqnadzor rayonunda anadan oması faktının müəyyən edilməsi ilə doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata adı qrafasında X9, ana adı qrafasında X5 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Yexeqnadzor rayonun, Ağkənd kəndində anadan olmuşdur. X1 xx.xx.2015-ci il tarixdə, atası X9 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. 01 aprel 1985-ci il tarixdə həyat yoldaşı X6 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.1989-cu il təvəllüdlüdlü X8 və xx.xx.1993-cü il təvəllüdlü X12 anadan olmuşdur. Valideynləri vəfat etdikdən sonra vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı onun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Yaranmış zərurətlə əlaqədar doğum haqqında akt qeydinin bərpası ilə bağlı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN XİDMƏT” X4 ərizə ilə müraciət edilmişdir.Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN XİDMƏT”X2 xx.xx.2024-cü il tarixli 3-16/5-8- 3174/15/24 №-li cavab məktubu ilə bildirilmişdir ki, doğum yeri qeyd olunan ərizə Dağlıq Qarabağ ərazisi hesab olunduğundan Ermənistan Keşişkənd vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair arxiv vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Nəticə etibarilə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Ona görə də, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X13 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Ermənistan Yexeqnadzor rayonda doğulublar. Altı bacı,bir qardaş olublar. X1, atası X7r. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE № ******** seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda doğulmuşdur. -İ-ЗЖ № 706682 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X10 xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Ağkənd kəndində doğulmuşdur. Atası- X9, anası- X3r. - AZ-İ № 903506 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə kəskin ürək damar çatışmazlığı səbəbi ilə vəfat etmişdir. - AZ-İ № 903541 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ürəyin xroniki işemiyası səbəbi ilə vəfat etmişdir. - 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi xx.xx.2024cü il tarixdə göndərilmiş məktuba əsasən bildirilmişdir ki, ”Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətindən Sizin doğum yerinizin Ermenistan Keşişkend (Yexeqnadzor) olduğu müəyyən olunmuşdur. Qeyd olunan ərazi Dağlıq Qarabağ ərazisi hesab olunduğundan Ermənistan Keşişkənd vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair arxiv vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılmır. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş“Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddeaları,,-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənizin təmin edilməsi tərəfimizdən mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Mülki iş materiallarından və şahid ifadəsindən müəyyən olunur ki, Ərizəçi özünə dair doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Ərizəçi doğum yeri Ermenistan Keşişkend (Yexeqnadzor) olduğu müəyyən olunmuşdur. Qeyd olunan ərazi Dağlıq Qarabağ ərazisi hesab olunduğundan Ermənistan Keşişkənd vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair arxiv vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılmır. Bu səbəbdən,hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. Belə olan halda Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşın - Ərizəçi qohumları-bacılarının və qardaşının doğum haqqında şəhadətnamələrindən də görünür ki, Ermənistan SSR,Yexeqnadzor rayonu,Ağkənd kəndində anadan olduqları,atası - X9,anası - X5 olduğu təsdiqini tapır. Həmçinin Ərizəçi şəxsiyyət vəsiqəsindən də görünür ki, xx.xx.1962-ci il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda doğulmuşdur. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, ata qrafasında - X9, milliyəti qrafasında - Azərbaycanlı, ana qrafasında -X5, milliyəti-qrafasıda Azəraycanlı, doğum tarixi qrafasında xx.xx.1962-ci il, doğum yeri qrafasında Ermənistan Yexeqnadzor rayonu qeyd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməyə ərizə vermək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunda doğulması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında -X9, milliyəti qrafasında azərbaycanlı, ana qrafasında X5, milliyəti qrafasında azərbaycanlı qeyd edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar