Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4250/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddia iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3954.67 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3984.67 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26.11.2014-cü il tarixli 185526/2014 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4000 manat məbləğində Yapı Kredit Bank Azərbaycan QSC-dən kredit götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.04.2016-cı il tarixli, 2(005)-3238/2016 saylı məhkəmə əmri üzrə Cavabdeh ilə İddiaçı 3763.74 manat məbləğində borcun "xxxx" QSC-nin xeyrinə tutulması əmr edilmişdir."xxxx" QSC tərəfindən verilmiş “İcraata xitam verilməsi barədə” Qəbələ və Nərimanov İcra və Probasiya Şöbələrinə ünvanlanmış ərizələrdən görünür ki, borclu Cavabdeh və İddiaçı məhkəmə əmri (qətnaməsi) üzrə borcu "xxxx" QSC-nin xeyrinə tam bağlanmışdır. Paşa Bankın ödəniş qəbzlərindən görünür ki, İddiaçı "xxxx" QSC-nin hesabına 2(005)-3238/2016 saylı məhkəmə qərearına əsasən, 2020-ci ilin sentyabr ayı üçün 190.47 manat, 2020-ci ilin noyabr ayı üçün 190.47 manat, 2020-ci ilin dekabr ayı üçün 161.75 manat, 2021-ci ilin iyun ayı üçün 553.51 manat pul köçürmüşdür. "xxxx" QSC-nin qəbzindən görünür ki, İddiaçı tərəfindən 2668 manat pul nağd qaydada ödənilmişdir və imza İddiaçı tərəfindən atılmışdır. "xxxx" QSC tərəfindən İddiaçı zamin olduğu və bütün borc məbləğini əsas borclunun əvəzindən ödədiyi üçün bütün sənədlərin surətlərini İddiaçı göndərmişlər. Bank çıxarışlarından görünür ki, İddiaçı əmək haqqısından vaxtaşırı tutulmalar olmuşdur. Bu tutulmaları İddiaçı iş yerinin mühasibatlığı tutaraq "xxxx" QSC-nin hesabına köçürmüşdür. İddiaçı hazırda ödədiyi pulları geri tələb edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 26.11.2014-cü il tarixli 185526/2014 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4000 manat məbləğində Yapı Kredit Bank Azərbaycan QSC-dən kredit götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.04.2016-cı il tarixli, 2(005)-3238/2016 saylı məhkəmə əmri üzrə Cavabdeh ilə İddiaçı 3763.74 manat məbləğində borcun "xxxx" QSC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş “İcraata xitam verilməsi barədə” Qəbələ və Nərimanov İcra və Probasiya Şöbələrinə ünvanlanmış ərizələrdən görünür ki, borclu Cavabdeh və İddiaçı məhkəmə əmri (qətnaməsi) üzrə borcu "xxxx" QSC-nin xeyrinə tam bağlanmışdır. İş materiallarında olan Paşa Bankın #006XOH********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı "xxxx" QSC-nin hesabına 2(005)-3238/2016 saylı məhkəmə qərearına əsasən, 2021-ci ilin iyun ayı üçün 553.51 manat pul köçürmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin 12.07.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 2668 manat pul nağd qaydada ödənilmişdir və imza İddiaçı tərəfindən atılmışdır. İş materiallarında olan bank çıxarışlarından görünür ki, İddiaçı əmək haqqısından vaxtaşırı tutulmalar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki Məcəllənin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh müqavilə əsasında bankdan borc pul götürüş, lakin müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. İddiaçı Cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən əsas borclunu ödəməli olduğu məbləğdən 3954.67 manat pulu banka ödəmişdir. İddiaçı hazırda ödədiyi məbləği reqres hüququ qaydasında müqavilə üzrə əsas borcludan geri tələb edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3954.67 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3984.67 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3954.67 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3984.67 (üç min doqquz yüz səksən dörd manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4250/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4250/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver