Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4252/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Şirinzadə Elbrus Şirin oğluna və Abdusalamov Elsevər Ağasalam oğluna qarşı pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Şirinzadə Elbrus Şirin oğlundan 196400 ABŞ dolları məbləğində borc, cavabdeh Abdusalamov Elsevər Ağasalam oğlundan isə 384000 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, bu iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 4 manatı İddiaçı aid edilməsi, 26 manatı isə cavabdehlər Şirinzadə Elbrus Şirin oğlundan və Abdusalamov Elsevər Ağasalam oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddiaçılar Şirinzadə Elbrus Şirin oğlu və Abdusalamov Elsevər Ağasalam oğlunun cavabdeh İddiaçı qarşı "qəbzlərin etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbinin təmin edilməməsi, bu iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılar Şirinzadə Elbrus Şirin oğluna və Abdusalamov Elsevər Ağasalam oğluna aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 240 manatın 8 manatı İddiaçı, 232 manatı Şirinzadə Elbrus Şirin oğlundan və Abdusalamov Elsevər Ağasalam oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Şirinzadə Elbrus Şirin oğlu və Abdusalamov Elsevər Ağasalam oğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1586/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsi, Binəqədi rayon məhkəməsinin 2(001)-9/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh Abdusalamov Elsevər Ağasalam oğlundan 15000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənə ilə), cavabdeh Şirinzadə Elbrus Şirin oğlundan 15000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) alınaraq İddiaçı verilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərinin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsindən İddiaçı və cavabdehlər Abdusalamov Elsevər Ağasalam oğlu və Şirinzadə Elbrus Şirin oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5492/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2('103)-1586/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilməyən hissəsində ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, cavabdehlər Şirinzadə Elbrus Şirin oğlunun və Abdusalamov Elsevər Ağasalam oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1586/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-l646/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)-9/2020 saylı qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş 403000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sonradan apellyasiya instansiya məhkəməsinin qətnaməsindən tərəflər birləşdirilmiş 2(103)- 1646/2022 nömrəli xx.xx.2022-ci il tarixli mülki işdən kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmiş və məhkəmə kollegiyasının 2(102)-32/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı, cavabdehlər Şirinzadə Elbrus Şirin oğlu və Abdusalamov Elsevər Ağasalam oğlu tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1646/2022 nömrəli iş üzrə 12 aprel 2022-ci tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Binəqədi rayon məhkəməsinin 2(001 )-9/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra momuru X1 icraatına qəbul edilmiş və borclu Şirinzadə Elbrus Şirin oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Xovlu iplik fakrikinin cənub hissəsində 1.250 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. Qiymətləndirici qismində "xxxx" MMC çıxış etmişdir. Qiymətləndiricinin 202 nömrəli xx.xx.2023-cü il tarixli "Əmlakın qiymətləndirilməsi barədə" hesabatında Sumqayıt şəhəri, Xovlu iplik fakrikinin cənub hissəsində 1.250 ha torpaq sahəsinə dair tələblə təkliflərinin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan 1.25 ha torpaq sahəsinin dəyəri 450000 manat məbləğində olduğu müəyyən edilmişdir. Sözügedən qiymətləndiricinin borcun müqabilində təklif edilməsi ağlabatan olmadığı və likvid dəyərinin həddən artıq qiymətləndirilməsi icra məmurunun nəzərinə çatdırılmışdır. İddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi qeyd olunan rəyinin etibarsız hesab edilməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Bu baxımdan, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4252/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4252/2023
20.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver