Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4252/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Cavabdeh MMC-nə qarşı "işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Cavabdeh MMC-nə qarşı "işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yenidən işə bərpa edilməsini və buraxılmış iş günlərinə görə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildən baş zootexnik vəzifəsinə işə təyin olunaraq iddiaçıya əmək kitabçası açılmışdır. 2011-ci ildə Bakı Nəqliyyat AİSE-yə sürücü təyin olunmu və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Cavabdeh MMC-də sürücü işləmişdir. Bu müddət ərzində heç bir nöqsana yol verməmişdir. 28 fevral 2025-ci il tarixdə buzlu yolda müəssisənin göstərişinə uyğun olaraq işə çıxmışdır. Yol sürüşkən olduğundan və nəqliyyat vasitəsində idarəetməni itirərdiyindən yol nəqliyyat hadisəsi baş vermişdir. O, bu barədə rəhbərliyi xəbərdar etmişdir. Hadisə yerinə köməyə gələnlər hadisədə onun günahı olmağını görmüşlər. Bu hadisədən sonra o heç bir işə təhkim olunmamışdır. Təxminən 3-4 gün bundan öncə müəssisə tərəfindən işdən azad olması barədə ev ünvanına məktub göndərilmişdir. Onun qarlı-buzlu gündə baş vermiş hadisə ilə bağlı heç bir günahı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh MMC-nin nümayəndəsi X1 iddia tələbinin qanunsuz və əsassız olduğunu, iddiaçının avtomobili aşırtdığını və bundan sonra isə işə gəlmədiyini bildirmişdir. İşə gəlmədiyindən şəxs işdən azad olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh MMC məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinin tələbləri baxımından işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, tərəflər arasındakı mübahisə mediasiyada öz həllini tapmamışdır; Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-52-13/2-B-42-972/2025 nömrəli məktubunda qeyd edilir ki, Cavabdeh MMC tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılması ilə bağlı müraciətə baxılmış, bununla əlaqədar Cavabdeh MMC-dən daxil olmuş sənədlər aşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı Cəmiyyətdə xüsusi təyinatlı nəqliyyat vasitəsinin sürücüsü kimi işə qəbul edilmiş, işlədiyi müddətdə əmək intizamını kobudcasına pozduğuna görə barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. İddiaçı 2025-ci ilin fevral ayının 28-də nəqliyyat vasitəsini idarə edərkən "Yol hərəkəti haqqında qanunun tələblərini pozmuş, nəqliyyat vasitəsini hava şəraitinə uyğun sürətlə idarə etməli olduğu halda, hava şəraitini (yolun buz bağlamasını) nəzərə almamış, idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmidir. Nəticədə müəssisəyə və "xxxx" ASC-nə xeyli miqdarda ziyan vurulmuşdur. Maddi ziyan müəssisə tərəfindən ödənilmişdır. Baş vermiş qəza ilə bağlı dəfələrlə izahat yazması tələb olunmuş, İddiaçı israrla izahat yazmaqdan boyun qaçırmışdır. 2025-ci ilin fevral ayının 28-dən paşlayaraq aprel ayının 9-dək heç bir üzrlü səbəb olmadan işə çıxmamış, əmək funksiyalarını yerinə yetirməmişdir. Əmək intizamını kobud şəkildə pozduğuna görə onun barəsində toplanmış material "Kommunal Xidmetler Müəssisəsi MMC-nin Həmkarlar ittifaqı komitəsinin xx.xx.2025-ci il tarixli iclasında (03 saylı protokol) müzakirə olunmuş və bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə rəhbərlik qarşısında vəsatət qaldırılaraq işdən azad olunmasına razılıq verilməsinə dair əsaslandırılmış yazılı qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin ç bəndinə əsasən 72-ci maddədə sadalanan əmək vəzifələrini kobud şəkildə pozduğuna Kommunal Xidmətlər Müəssisəsi MMC-nin xx.xx.2025-ci il tarixli, 23/1 saylı əmri ilə işdən azad edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının müraciətində müəssisədə baş verdiyi göstərilən digər xüsusatlar isə həqiqəti əks etdirmədiyindən öz təsdiqini tapmamışdır; xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli xidmət üçün müraciətlə bağlı bildirişlərdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən üzürsüz səbəbdən işə çıxmadığı üçün və müəssisəyə məxsus “MAN” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomaşını yararsız hala salaraq vurduğu külli miqdarda məbləği geri ödəməsi, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi, müəssisəyə dəymiş və gələcəkdə ola biləcək zərərlərə görə məsuliyyətin onun üzərində qalacağı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunacağı barədə xəbərdar olunmuşdur; "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 265 saylı qüsur aktından görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-yə məxsus “MAN” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı tullantıdaşıyan maşının sürücüsü BBMTYZ istiqamətində hərəkət edərkən yolun buz bağlaması səbəbindən idarəetməni itirərək maşını aşırmış, BBMTYZnin darvaza və hasarını zədələmişdir. Metal darvazanın və hasarın təmiri üçün cəmi 920 manat vəsait hesablanmışdır; Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclasının 03 saylı protokolundan görünür ki, MMC-nin Yasamal rayonu üzrə sürücüsü İddiaçı qanunazidd hərəkətləri ilə bağlı iclas keçirilmiş və Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsi sürücü İddiaçı əmək qanunvericiliyinə zidd olaraq müəssisənin işini pozmağa yönəlmiş hərəkətlərilə işəgötürənin qanuni mənafeyinə ziyan vurduğu üçün MMC-nin rəhbərliyi qarşısında onunla bağlanmış əmək müqaviləsinə xitam vverilməsi və müəssisəyə, "xxxx" ASC-yə vurmuş olduğu maddi ziyanın tam məbləğinin onun son haqqhesabından tutulması barədə vəsatət qaldırması, eyni zamanda MMC-nin Həmkarlar İttifaqı Komitəsi sürücü İddiaçı işdən azad olunmasına etiraz edilməməsi qərara alınmışdır; Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 23/1 saylı Əmrindən görünür ki, əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirərkən yol verdiyi kobud səhvləri, törətmiş olduğu hüquq pozuntuları nəticəsində işlədiyi müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə, o cümlədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi heç bir üzrlü səbəb olmadan işə çıxmadığına və əmək funksiyalarını yerinə yetirmədiyinə görə KXM MMC-nin sürücüsü İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ona 144 (bir yüz qırx dörd) təqvim gününün haqq-hesabının ödənilməsi, sürücü İddiaçı son haqq-hesabından, "xxxx" ASC-yə vurmuş olduğu maddi ziyanın tam məbləğinin 920 (doqquz yüz iyirmi) manat olmaqla tutulmasını və "xxxx" ASC-nin bank hesabına bərpa olunmasının təmin edilməsi əmr edilmişdir; Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 23/2 saylı Əmrindən görünür ki, “ATQ və TS”-nin Yasamal rayonu üzrə sürücüsü İddiaçı xx.xx.2025ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-yə vurduğu maddi ziyan, "xxxx" MMC-nin HİK-nin xx.xx.2025-ci il tarixli iclasının 03 saylı protokoluna əsasən İddiaçı son haqq-hesabından 920 manat məbləğin tutulmasını və "xxxx"ASC-nin bank hesabına köçürülməsinin təmin edilməsi əmr edilmişdir; "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli elektron qaimədən görünür ki, qüsur aktına əsasən 779,661 manat malın dəyəri, 140,339 manat ƏDV dəyəri olmaqla ümumilikdə 920 manat məbləğin ödənilməsi tələb edilmişdir; xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC-nin hesabından "xxxx" ASC-nin hesabına 779,66 manat vəsait köçürülmüşdür; xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin hesabından "xxxx" ASC-nin xeyrinə 140.34 manat məbləğində ƏDV köçürməsi aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-də sürücü vəzifəsində çalışan İddiaçı xx.xx.2025-ci il tarixində idarə etdiyi xüsusi təyinatlı nəqliyyat vasitəsinin aşması ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Qəza nəticəsində müəssisəyə ümumilikdə 920 manat məbləğində maddi ziyan dəymiş, qəzanın səbəbləri ilə bağlı işçidən izahat tələb olunsa da, o, əsaslandırılmamış şəkildə izahat verməkdən imtina etmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər üzrlü səbəb olmadan işə çıxmamış, əmək funksiyalarını yerinə yetirməmiş və bununla da əmək intizamını ardıcıl olaraq pozmuşdur. İşçinin hərəkətləri barədə toplanmış materiallar MMCnin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclasında müzakirə edilmiş və komitə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması səbəbilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Həmkarlar İttifaqı Komitəsinin müsbət rəyi əsasında Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 23/1 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi - əmək funksiyalarının kobud şəkildə pozulması - əsasında işdən azad edilmişdir. Ona 144 təqvim günü üzrə haqq-hesab ödənilmiş, vurduğu 920 manat maddi ziyan isə onun son haqq-hesabından tutulmuş və "xxxx" ASC-nin hesabına ödənilmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinə əsasən a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda göstərilən hüquqi və faktiki halların məcmusu əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməməsi barədə iddiası öz sübutunu tapmamışdır. Əksinə iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı xx.xx.2025-ci il tarixində idarə etdiyi xüsusi təyinatlı nəqliyyat vasitəsinin aşması ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Qəza nəticəsində müəssisəyə ümumilikdə 920 manat məbləğində maddi ziyan dəymiş, qəzanın səbəbləri ilə bağlı işçidən izahat tələb olunsa da, o, əsaslandırılmamış şəkildə izahat verməkdən imtina etmiş, heç bir üzrlü səbəb olmadan xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixinə qədər işə çıxmamış, əmək funksiyalarını yerinə yetirməmiş və bununla da əmək intizamını ardıcıl olaraq pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh MMCnə qarşı "işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Cavabdeh MMC-nə qarşı işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4252/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4252/2025
06.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver