Məhkəmə qərarları › İş №2(005)-4253/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4253/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4253/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin ünvandan qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, ünvan 1 ünvanındakı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və cavabdeh - həmin ünvanda qeydiyyatda olan Cavabdeh2 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasının təmin edilməsi vəzifəsinin Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 məxsus ünvan 2 ünvanındakı mənzili həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh1 01.04.2021-ci il tarixli, AN-İ 091 İ 129 nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” ilə almışdır. Hazırda həmin mənzil onun mülkiyyətindədir. Cavabdeh1 (satıcı) ilə aralarında bağlanmış və notarial qaydada təsdiq olunmuş “Alqı-satqı müqaviləsinin” 13-cü bəndinə əsasən satıcı, həmin mənzildə qeydiyyatda olan şəxslərin (indiki halda digər Cavabdeh2 01.06.2021-ci il tarixədək qeydiyyatdan çıxarılmasını öz öhdəsinə götürsə də, bu vaxtadək digər cavabdehin-Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılmasını təmin etməmişdir, (satıcı özü isə həmin ünvanda qeydiyyatda deyildir). Yəni satıcı bu günədək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlər bu mənzildən istifadə hüquqlarını itirmişlər və onların hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməli və qeydiyyatda olan Cavabdeh2 həmin ünvandan qeydiyyatdan çıxarılmalıdır. Belə ki, həmin mənzilin satılmasına notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmiş 01.04.2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X4 Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, 65 nömrəli mənzilini alıcı İddiaçı satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 05.04.2021-ci il tarixində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 11.08.2021-ci il tarixli arayışına əsasən hazırki mülki iş üzrə Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) mənzilində qeydiyyatdadır; 11.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) mənzilində heç vaxt yaşamırlar. İddiaçı cavabdehləri tanımır, bu şəxslərin hansı əsaslarla pasport qeydiyyatına alınması barədə məlumatlı olmamasını və mənzilə pasport qeydiyyatına alınmasına hər hansı formada razılıq vermədiyini bildirir. Bu səbəbdən cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsini xahiş edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, Cavabdeh1 mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla İddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdehlər sadəcə olaraq hər hansı hüquqi əsas olmadan həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Bununla belə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iddia tələbinin «mənzildən qeydiyyatdan çıxarılmasının təmin edilməsi vəzifəsinin Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə həvalə edilməsi» hissəsini əsaslı hesab etmir. İlk öncə məhkəmə qeyd edir ki, Nərimanov rayon Polis İdarəsi iş üzrə cavabdeh deyil, buna görə də həmin tərəfə qarşı tələb irəli sürülə bilməz. Digər tərəfdən, iş üzrə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi onların pasport qeydiyyatından çıxarılması üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) mənzilindən istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə rədd olunsun. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 65 (AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3, 61, M4, m2) mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar