Məhkəmə qərarları › İş №2(005)-4308/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4308/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4308/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 441,67 manat borcun tutularaq **********930 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu **********930) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 06 sentyabr 2022-ci il tarixinə 441,67 (dörd yüz qırx bir manat altmış yeddi qəpik) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana İSS-15K-1 markalı, 21775962 nömrəli sayğac xx.xx.2022-cı il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də. istifadə etdiyi xidmətlərin dəyərim tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 01 sentyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının F.X Xoyski küçəsi ev 128, mənzil 93 olduğu qeyd olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, qeyd edilən ünvanda bir nəfərin yaşadığını, dəfələrlə Su İdarəsinə bu barədə məlumat verildiyini, müvafiq arayışların təqdim edildiyini bildirib, iddianın əsassız olduğunu qeyd etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 114 saylı MKİS tərəfindən verilmiş 332 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 F.X.Xoyski küçəsi 128 saylı mənzilin 93 nömrəli mənzilində bacısının mənzilində qeydiyyatsız yaşamışdır. İş materiallarında olan Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Nərimanov rayonu sektoru tərəfindən verilmiş 1097 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 F.X.Xoyski küçəsi 128 saylı mənzilin 93 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan 114 saylı MKİS tərəfindən verilmiş 522 nömrəli xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X3 F.X.Xoyski küçəsi 128 saylı mənzilin 93 nömrəli mənzilində bacısının mənzilində məskunlaşmışdır, tək yaşayır. İş materiallarında olan 114 saylı MKİS tərəfindən verilmiş 1134 nömrəli xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və X3 F.X.Xoyski küçəsi 128 saylı mənzilin 93 nömrəli mənzilində yaşayır. İş materiallarında olan 114 saylı MKİS tərəfindən verilmiş 72 nömrəli xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, Cavabdeh F.X.Xoyski küçəsi 128 saylı mənzilin 93 nömrəli mənzilində yaşayır. Sahibi özüdür. 1993-cü ildən bu mənzildə 7 nəfər Cəbrayıl rayonunundan məcburi köçkün məskunlaşmışdır. 2002-ci ildən bu günə kimi 6 nəfər bu mənzildən köçüb, hal-hazırda 1 nəfər X3 yaşayır. İş materiallarında olan 114 saylı MKİS tərəfindən verilmiş 1496 nömrəli xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, Cavabdeh F.X.Xoyski küçəsi 128 saylı mənzilin 93 nömrəli mənzilinin sahibidir. 1993-cü ildən bu mənzildə 7 nəfər Cəbrayıl rayonunundan məcburi köçkün məskunlaşmışdır. 2002-ci ildən bu günə kimi 6 nəfər bu mənzildən köçüb, halhazırda 1 nəfər X3 yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh su təchizatı və kanalizasiya xidmətləri 2011-2017-ci illər üzrə nəfər sayına görə 129.78 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh su təchizatı və kanalizasiya xidmətləri 2017-2022-ci illər üzrə sayğac göstəricisinə görə nəfər sayı üçün 61.62 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”na əsasən məcburi köçkünlük limiti nəzərə alınmaqla cavabdehin hesabında 27.83 manat məbləğində müvafiq düzəliş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında suyun alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi su ilə təmin etdiyi və ona kanalizasiya xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə sərf olunmuş suya görə tutulan pul ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X7”na əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında 2002-ci ildən hal-hazıradək bir nəfər yaşayır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022ci il tarixli arayışlardan görünür ki, Cavabdeh su təchizatı və kanalizasiya xidmətləri 2011- 2017-ci illər üzrə nəfər sayına görə 129.78 manat, 2017-2022-ci illər üzrə sayğac göstəricisinə görə isə nəfər sayı üçün 61.62 manat təşkil edir. Bundan başqa, cavabdehin müraciəti əsasında məcburi köçkünlük limiti nəzərə alınmaqla hesabında 27.83 manat məbləğində müvafiq düzəliş edilmişdir. Məhkəmə, ünvan 2 ünvanında 2002-ci ildən hal-hazıradək bir nəfər yaşamasını nəzərə alaraq hesab edir ki, su təchizatı və kanalizasiya xidmətləri 1 nəfər üçün hesablanmalı, 2011-2017-ci illər üzrə 129.78 manat, 2017-2022-ci illər üzrə sayğac göstəricisinə əsasən isə 61.62 manat olmaqla, cəmi 191.4 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə, məcburi köçkünlük limiti nəzərə alınmaqla cavabdehin hesabında 27.83 manat məbləğində müvafiq düzəliş edilməsini nəzərə alaraq, yekun olaraq Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 163.57 (191.4-27.83) manat borcun iddiaçı “Azərsu" ASCnin xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 163.57 (191.4-27.83) manat borc və 30 manat dövlət rüsumu iddiaçı “Azərsu" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 163.57 manat borc və 30 manat dövlət rüsumu iddiaçı “Azərsu" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar