Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4311/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və yeni hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və yeni hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan ipoteka ilə yüklü edilmiş əmlakların, Binəqədi rayonu Novxanı kəndi 678b saylı bağ evinin, Binəqədi rayonu Novxanı kəndi 709k saylı bağ evinin, Binəqədi rayonu Novxanı kəndi 709d saylı bağ evinin, Binəqədi rayonu Novxanı kəndi 706c saylı bağ evinin, Binəqədi rayonu Novxanı kəndi 708b saylı bağ evinin, Binəqədi rayonu Novxanı kəndi 709k saylı bağ sahəsinin və Bakı şəhəri Xətai rayonu Babək prospekti 64/3 ünvanda olan xüsusi mülkiyyətli qeyri yaşayış binası – “Arzu -A” şadlıq sarayının real bazar qiymətinin müəyyən olunması üçün əmlakların yenidən qimətləndirilərək dəyərinin iddia verilən günə müəyənləşdirilməsi, Binəqədi və Xətai rayon İcra Şöbəslərinin hərracın keçrilməsinə dair cavabdeh "xxxx" MMC-nə etdiyi 17/68-131662-21/12 saylı hərracın dayandırılması, hərracın nəticələrinin ləğv olunması, əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh "xxxx" ASC-nə qarşı 22 iyun 2016-cı il tarixli 020CRLN ******* saylı, 08 iyul 2016-cı il tarixli 020CRLN 6000027-1 saylı, 25 oktyabr 2016-cı il tarixli 020CRLN 6000027-2 saylı, 27 dekabr 2016-cı il tarixli 020CRLN 6000027- 3 saylı, 10 yanvar 2017-ci il tarixli 020CRLN 6000027-4 saylı kredit müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon məhkəməsinə müraciət edərək, məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC , İddiaçı1 qızna, İddiaçı2 və "xxxx"MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair qarşılığlı iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət edərək, iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhər Yasaml rayon Məhkəməsinin 2(0040-4063/2018 saylı qətnaməsi ilə ilkin iddia təmin olunmamış, qarşılığlı iddia tələbi qismən təmin olunmuşdur. Mülki iş üzrə tərəflər məhkəmə qətnaməsindən narazı olduğlarından həmin qətnamədən apellyasiya şikayəti etmişlər. Bakı Apelyasiya Məhkəməsinin iş üzrə 16 dekabr 2019-cuil tarixli 2(103)- 15350/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin olunmuş, Yasamal rayon Məhkəməsinin qətnaməsi qarşılığlı iddia tələbi üzrə cavabdehlərdən kredit müqaviləsi iizrə cərimə borcunun tutulması və ipoteka pretmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin iş üzrə 16 dekabr 2019-cuil tarixli 2(103)-15350/2019 saylı qətnaməsindən narazı olduğundan həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki Kollegiyasının Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin iş iizrə 16 dekabr 2019-cuil tarixli 2(103)-15350/2019 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra qətnaqmə qanuni qüvvəsini almış və icra olunmaq üçün aidiyyatı üzrə icra vərəqəsi əsasında icraya yönəldilmişdir. İddiaçı tərəf bildirir ki, ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiyməti ilkin olaraq 22.06.2016-ci il tarixli ipoteka müqavilələrinə əsasən müəyyən olunub, sonradan 2019-cu ildə “Əmlak Ekspert Mərkəzi “ MMC tərəfindən təkrar ekspertiziya keşrilərək əmlaklar yenidən qiymətləndirilib və iki illik müddətdə əmlakların real bazar qiymətindən əsaslı fərq yaranmışdır. Məhkəmə iclasında Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və X3 ayrı-ayrılıqda iddia ərizəsini əsassız hesab etdiklərini bildirərək tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçılara və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçıların və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4063/2018 saylı, 08.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh "xxxx" ASC-nə qarşı 22 iyun 2016-cı il tarixli 020CRLN ******* saylı, 08 iyul 2016-cı il tarixli 020CRLN 6000027-1 saylı, 25 oktyabr 2016-cı il tarixli 020CRLN 6000027-2 saylı, 27 dekabr 2016-cı il tarixli 020CRLN 6000027-3 saylı, 10 yanvar 2017-ci il tarixli 020CRLN 6000027-4 saylı kredit müqavilələrinin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi təmin edilməmişdir. "xxxx" ASC , İddiaçı1 qızna, İddiaçı2 və "xxxx"MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin iş üzrə 16 dekabr 2019-cuil tarixli 2(103)-15350/2019 saylı qətnaməsindən müəyyən olunur ki, apelyasiya şikayətləri qismən təmin olunmuş, Yasamal rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi üzrə cavabdehlərdən kredit müqaviləsi iizrə cərimə borcunun tutulması və ipoteka pretmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş 09 iyul 2021-ci il tarixli 102 nömrəli bildirişdən müəyyən olunur ki, sözügedən əmlakların açıq hərraca çıxarılması və onların satış və beh qiymətləri barədə sifarişçi, tlələbkar və borclulara məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi İddiaçılar İddiaçı1, İddiaçı2 hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “525-ci” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Bundan əlavə, iddiaçılar girov qoyulmuş əmlakın qiymətləndirilməsi ilə narazı olduqlarını bildirərək, yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə bununla bağlı qeyd edir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti apelyasiya məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə hərraca çıxarılmışdır. Məhkəmə iddiaçıların dəlillərini və ümumilikdə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və yeni hərracın keçirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və yeni hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4311/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4311/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver