Məhkəmə qərarları › İş №2(005)-4317/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4317/2022

19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4317/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Ərizəçi Bayraməli oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bayraməli oğlu “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü ildə Ermənistan SSR Basarkeçər rayonu Şişqaya kəndində olmuş Ərizəçi Bayraməli oğlunun doğumunun Ermənistan SSR Basarkeçər rayonu Şişqaya kənd sovetliyində xx.xx.1974-cü il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X5, ana qrafasında isa X6 qeyd olunması, X1 xx.xx.1926-cı ildə Ermənistan SSR Basarkeçər rayonu Şişqaya kəndində olmuş X3 Ermənistan SSR Basarkeçər rayonu Şişqaya kənd sovetliyində xx.xx.1950-ci il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X7, ana qrafasında isə X9 qeyd edilməsi, X5 ilə X8 arasında bağlanmış nikahın Ermənistan SSR Basarkeçər rayonu Şişqaya kənd sovetliyində xx.xx.1977ci il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi və xx.xx.1926-cı ildə Ermənistan SSR Basarkeçər rayonu Şişqaya kəndində doğulmuş, xx.xx.2019-cu ildə Bakı şəhərində vəfat etmiş X4 onun atası olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi Bayraməli oğlunun iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Ərizəçinin tələbi nəticə etibarı ilə bir neçə hal üzrə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbidir. Belə olan halda qeyd olunan ərizədə ərizəçi valideynlərinin doğum yerinin, doğum sənədi üzrə ata və ana qrafasında məlumatların qeyd edilməsi, doğum faktının müəyyən edilərək, yeni doğum akt qeydlərinin verilməsini təmin etməkdir. Lakin ərizəyə əlavə olunmuş sənədlərdən də görünür ki, ərizəçinin tələbi üzrə müəyyən edilməsini xahiş etdiyi hüquqi faktlar dair rəsmi sənədlərin əsilləri ərızəçıdə mövcuddur. Eyni zamanda hazırda qeyd olunan tələb üzrə ərizəçinin hansı pozulmuş hüququnun bərpa etmək istəməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda hazırki tələb üzrə mübahisənin olmaması müəyyən edildiyindən ərizəyə məhkəmə qaydasında baxılma qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, ərizəçinin tələbi üzrə münasibətləri tənzimləyən maddi hüquq normalarında hüquqi əhəmiyyətli faktı müəyyən edilməsi halına dair əsaslandırmanın aparılması zəruridir. Hazırda qeyd olunan hüquqi əhəmiyyətli faktların müəyyən edilməməsi halında ərizəçinin hansı qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacağı göstərilməmişdir. Belə olan halda hazırda ərizə üzrə mübahisə olmadığından məhkəmə ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, Ərizəçi Bayraməli oğlunun ərizəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi Bayraməli oğlunun maraqlı şəxs Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi Bayraməli oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar