Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4333/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdehə qarşıı sərəncamdan «Təbriz küçəsi 34» ünvanının çıxarılması tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Təbriz küçəsi 34 ünvanında həyətyanı torpaq sahəsi üzərində sərəncam verilməsinə dair hüquqi qüvvənin dayandırılması, iddiaçının həmin ünvanda mülkiyyət hüququnun qeydə alınması və s.haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, hazırkı iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. İddia ərizəsinin məzmunundan isə aydın olur ki, iş üzrə cavabdeh tərəf inzibati orqan olmaqla iddiaçının mübahisələndirdiyi hallar cavabdeh tərəfindən inzibati hüquq münasibətinin nəticəsi kimi qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati mübahisələrin dəqiq dairəsi göstərilmişdir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunvericiliyin mənasına görə inzibati məhkəmələr inzibati hüquq münasibətləri ilə əlaqədar mübahisələrə baxırlar və inzibati hüquq münasibətlərinin subyektiv tərkibi inzibati orqan və maraqlı şəxsdən ibarət olmalıdır. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı mübahisənin aydınlaşdırılması üçün məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bir qrup hüquq normaları ümumi əhəmiyyətli ictimai mənafe ilə bağlı məsələləri, digər qrup isə fərdlərin şəxsi maraqları ilə əlaqəli münasibətləri nizama salır. Ümumi (publik) hüquq sahəsinə daxil olan normalar bilavasitə dövlət mənafeyini qoruyur, dövlətin və onun qurumlarının hüquqi vəziyyətini, fəaliyyət qaydasını müəyyənləşdirir. Xüsusi hüquq sahəsindən fərqli olaraq ümumi hüquq münasibətlərinin subyektləri hüquq bərabərliyinə malik deyillər, bir tərəfin digəri üzərində əvvəldən üstün mövqe ilə çıxış etdiyi bu münasibətlər hakimiyyət (iyerarxiya, tabeçilik) prinsipinə əsaslanır. Ümumi hüquq münasibətlərinin ən əsas formal əlaməti həmin münasibətlərdə heç olmasa bir tərəfdə publik hakimiyyətin agenti, yəni publik funksiyaların daşıyıcısı kimi subyektin iştirakı hesab olunur. İddia ərizəsindən görünür ki, iddiaçı sərəncamda dəyişiklik edilməsi barədə iddia qaldırılmışdır. Çünki cavabdeh tərəf inzibati orqan olmaqla yanaşı, həmin mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir, mülki hüquq münasibətlərinə aid olmaqla xüsusi hüquq sahəsinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hallar cavabdeh tərəfindən inzibati hüquq münasibətinin nəticəsi kimi qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında inzibati orqanların dəqiq siyahısı göstərilməklə yanaşı həmçinin müəyyən olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər orqanlar da inzibati orqanlar hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehə qarşı sərəncamdan «Təbriz küçəsi 34» ünvanının çıxarılması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4333/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4333/2020
24.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver