Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4359/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi Gadimova Rakhilanın iştirakı ilə, Ərizəçi Gadimova Rakhilanın (X7) 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.1970-ci il tarixdə Ermənistan SSR-də anadan olmağı (doğumun) qeyd edilməsi faktının müəyyən edilməsi, ata adının X12, milliyyəti azərbaycanlı, ana adı X5, milliyyəti azərbaycanlı olaraq qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (Ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1970-ci ildə Ermənistanda anadan olması barədə doğum haqqında şəhadətnaməsini itirmişdir. Belə ki, onlar məcburi köçkün düşən zaman həmin şəhadətnamə orada qalmışdır. Ermənistanda anadan olmağı barədə akt qeydinin bərpa edilməsi üçün 7 saylı Bakı Asan Xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində 7 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən imtina məktubu göndərilib. İmtina məktubunda qeyd edilib ki, qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli məktubla mən X3 adına doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: - ********** nömrəli pasportdan görünür ki, X7 xx.xx.1970-ci il tarixində doğulmuşdur. - Doğum haqqında şəhadətnamədən görünür ki, X13 14 mart 1963-cü il tarixində Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmuşdur. X4, anası X2r. - Doğum haqqında şəhadətnamədən görünür ki, X14 10 avqust 1972-ci il tarixində Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmuşdur. X4, anası X2r. - Doğum haqqında şəhadətnamədən görünür ki, X8 14 mart 1963-cü il tarixində Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmuşdur. X4, anası X2r. - 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra onun doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, ərizəçi onun bacısıdır. X1 xx.xx.1970-ci ildə Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmuşdur. Onun X4, anası X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, ərizəçi onun bacısıdır. X1 xx.xx.1970-ci ildə Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmuşdur. Onun X4, anası X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, ərizəçinin anası və atasının qonşusu olmuşdur. O ərizəçinin doğulduğuna şahid olmuşdur. X7 xx.xx.1970ci ildə Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmuşdur. Onun X4, anası X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o ərizəçinin böyük bacısıdır. X1 xx.xx.1970-ci ildə Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmuşdur. Onun X4, anası X2r. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində anadan olmuş, X4, anası isə X2r, milliyyəti azərbaycanlıdır. Nikahdan sonra “Qədimova” soyadını qəbul etmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Ərizəçi maraqlı şəxsə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadəsinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X7 xx.xx.1970-ci il tarixdə, Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əsədova”, adı “Rahilə”, ata adı “Məcid”, doğum tarixi “xx.xx.1970-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndi”, ata qrafasında “X12, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 (Gadimova Rakhila) xx.xx.1970-ci il tarixdə, Ermənistan SSR-nin Basarkeçər rayonun Şişqaya kəndində doğulması barədə doğum akt qeydi bərpa edilsin və bu barədə ərizəçiyə doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X10”, “atası” qrafasında “X12”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X5”, “milliyyəti” qrafasında “azərbaycanlı” göstərilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4359/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4359/2024
24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver