Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-436/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X8” MMC-yə qarşı “əmək müqaviləsinin xitam verilməsi və əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X8” MMC-yə qarşı “əmək müqaviləsinin xitam verilməsi və əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “X9" MMC arasında 24.10.2018-ci ildə bağlanmış xxxxxxx000100 saylı əmək müqaviləsinə xitam verilməsi və xxxxxxx000100 saylı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiısi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iş axtarmaq məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi “X8" MMC-yə 2018-ci ilin oktyabr ayında müraciət etmişdir. Cəmiyyət onunla 24.10.2018-ci ildə aylıq əmək haqqı 190 manat olmaqla xxxxxxx000100 saylı müqavilə bağlamış və mağazaya satıcı işinə qəbul etmişdir. Lakin cavabdeh onunla müqavilə bağlayıb işə qəbul etsə də, işlə təmin etməmişdir. Bu ilin (2021-ci il ) iyun ayında işə girmək məqsədilə digər bir işəgötürənə müraciət etdikdə ona bildirmişlər ki, adı “X8” MMC-də işçi kimi reyestrdə getdiyindən işə qəbuldan imtina olunmuşdur. Bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi xahişi ilə X5 müraciət etmiş, 10.08.2021-ci il tarixli **********4 saylı məktubu ilə cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2A mənzil 41-də qeydiyyatda olması göstərilmiş, məhkəməyə müraciət etməyi bildirmişlər. Mübahisənin həll edilməsi ilə əlaqədar olaraq “Mediasiya prosesinin tətbiqi barədə” təkliflə mediatora müraciət etmiş, "X8" MMC mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Adı reyestrdə olduğuna görə digər bir yerdə əsas iş olaraq əmək müqaviləsi bağlayaraq işləyə bilmir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iddiaya etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən “X8” MMC, işçi İddiaçı, əmək müqaviləsinin bağlandığı tarix: 24.10.2018, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix göstərilməmiş, aylıq əmək haqqı 190 manat qeyd olunmuşdur. 06.10.2021-ci il tarixli Mediasiya prosesinə xitam verilməsinə dair protokoldan görünür ki, X8 MMC-ni təmsil edən hər hansı səlahiyyətli şəxs ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu isə mediator tərəfindən ilkin mediasıya sessiyasında iştirak etməkdən imtina kimi qiymətləndirilmiş, 06.10.2021-ci il tarixli arayışı və qanunvericiliyin tələbi nəzərə alınaraq, həmin iş üzrə mediasiya prosesinə xitam verilmişdir. 06.10.2021-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X8” MMC 06.10.2021-ci il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiaysında iştirak etməmişdir. X7 Xidməti tərəfindən İddiaçı ünvanlanan 10.08.2021-ci il tarixli məktubundan görünür ki, Əmək müqaviləsinən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi X6 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, “X8” MMC-nin hüquqi ünvanı ünvan 1-cu il tarixli Əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən “X8” MMC, işçi İddiaçı, əmək müqaviləsinin bağlandığı tarix: 01.10.2019, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix göstərilməmiş, aylıq əmək haqqı 270 manat qeyd olunmuşdur. AZE 17144830 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, “X8” MMC-nin hüquqi ünvanı ünvan 3asında müəyyən olundu ki, İddiaçı ilə “X8” MMC arasında 24.10.2018-ci il tarixdə müddət müəyyən edilməməklə əmək müqaviləsi bağlanmışdır. Sonradan əmək münasibətləri faktiki həyata keçirilməsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində aktiv əmək müqaviləsi bildirişi qalmaqda davam edir. Məhkəmə iş üzrə gəldiyi nəticəni aşağıdakılarla hüquqi əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci bəndinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qeyd edir ki, İddiaçı ilə “X8” MMC arasında əmək müqaviləsi bağlansa da, hazırki iş üzrə iddiaçının işəgötürənə təqdim etdiyi ərizələr baxılmadığı üçün müqavilə müddəti uzadılır və əmək müqaviləsinə xitam verilmir. Bu isə işçinin hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşin hallarından göründüyü kimi iddiaçı əmək müqaviləsinin öz təşəbbüsü ilə xitam verilməsini tələb edir, lakin cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əsaslandırılmış əmr qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış 24.10.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi ilə bağlı qeydiyyatın aparılması müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “X8” MMC arasında bağlanmış 24.10.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin X1 sistemində İddiaçı ilə “X8” MMC arasında bağlanmış 24.10.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinə həvalə edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-436/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-436/2022
14.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver