Məhkəmə qərarları › İş №2(005)-4379/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4379/2021

11.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4379/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı – ilkin iddia üzrə Cavabdeh2 Mirqəniyenanın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər ünvan 6 və Cavabdeh2 Mirqəniyenaya qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Mirqəniyenanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ünvan 6 qarşı “miras əmlakda payların müəyyən edilməsi, miras əmlak üzrə əldə edilmiş gəlirin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh2 Mirqəniyenana qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 qalan miras əmlakı, yəni Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1-da, mərhum X9 vərəsələri olan övladları X13 və X2 miras əmlakında hər birinə 1\3 hissədə vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 25.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 qalan miras əmlakı, yəni Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1, “Mercedes Benz B170” minik markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil barədə mərhum X9 vərəsələri olan övladları X13 və X2 miras əmlakında hər birinə 1\3 hissədə vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyal yoldaşı X15 ilə 2007-ci ilin sentyabr ayında faktiki olaraq ailə qurmuşlar. Ailə həyatı qurduqdan sonra rəhmətə gedən günə kimi bir ailə olaraq birlikdə bir evdə yaşamış və birgə təsərrüfat aparmışlar. Faktiki nikahdan 30.06.2008-ci il təvəllüdlü X13 və 14.08.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. X15 ilə bir ailə olaraq birlikdə yaşasalarda rəsmi nigaha girməmişlər. X15 30.07.2020-ci il tarixində yaşadıqları evdə böyrək xəstəliyindən vəfat etmişdir. Bu barədə Asan Xidmət Mərkəzi tərəfindən 07.08.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X9 ondan başqa nə rəsmi, nə də qeyri rəsmi ailəsi olmamışdır. Uşaqların doğum şəhadətnaməsində ata qrafasında X9, ana qrafasında isə onun adım qeyd edilmişdir. X9 atası rəhmətə getsə də anası Cavabdeh2 sağdır. X15 ilə ailə həyalı quraraq birlikdə yaşadığı vaxtlarda birgə vəsait hesabına bir neçə daşınmaz əmlak yəni Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1-nu əldə elmişlər, həmin evlər X9 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Sabunçu rayonu, Sabuncu qəsəbəsi, Natavan küçəsi, ev 29E-də qeydiyyatda olsalarda, uzun müddətdirki ailə olaraq birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147 də yaşayırdılar və digər iki mənzili isə kirayəyə vermişdilər. X15 ilə birgə yaşadıqları dövrdə yaxın doslu ilə şərikli iş quraraq bir neçə avtomobil alaraq taksi fəaliyyəti məqsədi ilə icarəyə vermişlər. Həmin avtomobillərdə mülkiyyət hüququ ilə X9 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Həmin avtomobillərin bəziləri hazırda başqa şəxslərin adına keçirilsə də, bir neçə avtomobil X9 adındadır. Mersedes Benz B170, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil X9 şəxsi istifadəsində olmuş və müvəqqəti etibarnamə əsasında bacısı X14 həmin avtomobili idarə etmişdir. X15 rəhmətə gedəndən sonra həmin avtomobil X17 tərəfindən geri qaytarılmır. X15 ilə bir ailə olaraq birlikdə yaşasalarda, faktiki ailə həyatından iki uşaq olsa da, rəsmi nikaha girməmişlər, bu səbəbdəndə uşaqları X13 və X6 mərhum ataları X9 vərəsələridir. Ərinin vəfatından sonra qeyd olunan mənzillərə sahiblik edir, idarə etmişdir. X9 vərəsələrindən biri olan anası Cavabdeh2 Bakı şəhəri 9-saylı notariat ofisinə müraciət edərək vərəsəlik açdırmış və mərhum Məmmədov Rövşən R/a oğlundan miras qalmış Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1-nun hər birindən 1\3 hissəsinə qanun üzərə vərəsəlik şəhadətnaməsi almış, həmin mənzillərin 2\3 hissədə miras payları açıq saxlanılmışdır. Bakı şəhəri 9-saylı notariat ofisinə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X5 miras qalmış, faktiki olaraq sahibliyində, idarəçiliyində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1-nun hər birindən 2\3 hissəsinə X9 vərəsələri olan uşaqları X13 və X3 qanun üzərə vərəsəlik şəhadətnaməsinin verilməsini istəmişdir. Bakı şəhəri 9-saylı notariat ofisində ərizə qəbul olunmuş və ilkin olaraq Mersedes Benz B170, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1-nun 2\3-hissəsinə X9 vərəsələri olan uşaqları X13 və X3 qanun üzərə vərəsəlik şəhadətnaməsi hazırlanaraq verilmişdir. Lakin mərhum X9 vərəsələrindən biri olan anası Cavabdeh2 ona vəkili vasitəsi ilə sifariş göndərərək miras qalan Bakı şəhəri Nərimanov rayonu, Ağa Neyməlulla küçəsi, ev 20, mənzil 10-dan onun xeyrinə imtina etməyini, oda bunun müqabilində miras əmlakı olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147 və Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küyəsi, ev 58, mənzil 76-dan onların xeyrinə imtina edəcəyini bildirmişdir. Uşaqların himayəçisi olaraq bu təklifdən imtina edərək Bakı şəhəri Nərimanov rayonu, Ağa Neyməlulla küçəsi, ev 20, mənzil 10-nun dəyərinin digər iki mənzilə bərabər olduğunu, miras əmlakının 1\3 hissəsinin ona, qalan 2/3 hissəsinin isə vərəsə olaraq övladlarına aid olduğunu bildirmişdir. Bundan sonra Cavabdeh2 Bakı şəhəri 9-saylı notariat ofisinə ərizə ilə müraciət edərək onun miras əmlakını qəbul etməkləri ilə bağlı müddəti ötürdüklərini, qanun üzərə vərəsəlik şəhadətnaməsi veriləcəyi təqdirdə şikayət edəcəyini göstərmişdir. Bakı şəhəri 9-saylı notariat ofisindən ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pıospekti, ev 47, mənzil 147-də ailə olaraq uzun illər yaşamışlar və hazırdada yaşayırlar. ünvan 2 və ünvan 1-isə onların sahibliyində, idarəçiliyində olmuş və həmin iki mənzili kirayəyə verərək ailənin dolanışığını təmin etmişlər. Uşaqların adından müvafiq Dövlət Notariat Kontoruna müraciət etsə də, mərhum atalarının vərəsələri olan uşaqların vərəsəlik hüququnun bundan sonra tanınmasının məhkəmə vasitəsi ilə mümkünlüyü izah edilmişdir. Həmin mənzilləri faktiki qəbul edib edarə etdiyinə baxmayaraq, övladlarının miras əmlak üzrə vərəsəlik və mülkiyyət hüququnu rəsmiləşdirə bilməmişdir. X5 qalan miras əmlakı onun vərəsələri olan övladları X13 və X2 himayəçisi olmaqla faktiki olaraq qəbul etmişlər. Belə olan halda övladlarının vərəsəlik və mülkiyyət hüquqları rəsmi tanınmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Mirqəniyenanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 47 saylı evin 147 saylı mənzilinə və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 58 saylı evin 76 saylı mənzilinə dair 3/1 hissədə vərəsəlik payının müəyyən edilməsi, İddiaçı onun xeyrinə Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20,10 saylı mənzil üzrə ona çatası 2090 manat və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 58 saylı evin 76 saylı mənzil üzrə isə 1516.66 manat, ümumilikdə isə 3606.66 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X15 30.07.2020-ci il tarixdə “xroniki böyrək xəstəliyi” diqanozu ilə vəfat etmişdir. Müraciəti əsasında bununla bağlı Bakı şəhər 9 saylı Notariat kontorunda vərəsəlik işi açılmışdır. Vərəsəlik işi ilə əlaqədar ünvan 3, ünvan 2 və ünvan 1 saylı daşınmaz əmlaklar mərhum oğlunun mülkiyyətində olmuşdur. Oğlunun vəfatından sonra nikahı olmayan İddiaçı onun mülklər üzərində qanuni vərəsəlik hüququnun tanınmasına maneələr yaradır, mənzillərin birində özü, digərlərini isə kirayə verməklə mənzillərdən gəlir əldə edir. Tərəfindən rəsmi müraciətdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20, 10 saylı mənzildən qanunsuz yaşayan kirayəşin çətinliklə, polis əməkdaşlarının müdaxiləsi ilə çıxarılmışdır. Kirayəşinləridən İddiaçı 2020-ci ilin iyul ayından avqust ayınadək Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20, 10 saylı mənzil üzrə aylıq olaraq 570 manat kirayə haqqı alırdı. Bu isə 11 ay üzər ümumilikdə 6270 manat təşkil edir. Ümumi 6270 manatdan 11 ay üzrə İddiaçı ona çatası puldan 2090 manat ödəməlidir. Lakin bu məbləği ödəməmişdir. Oğlunun vəfatından sonra ilkin iddia üzrə iddiaçı qanunsuz olaraq vərəsəsi olduğu digər mənzildə qanunsuz kirayəşinlər saxlayır. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 58 saylı evin 76 saylı mənzil üzrə isə aylıq 350 manatdan gəlir əldə etmişdir. Bu isə 13 ay üzrə 4550 manat təşkil edir. Ona vərəsə kimi isə 4550 manatdan 1516.66 manat ödəniş etməlidir. Lakin bu günə kimi həmin ödənişi etməmişdir. Bununla bağlı dəfələrlə ilkin iddia üzrə iddiaçıya bildirmiş ki, kirayəşinləri evdən çıxarsın. Lakin hər dəfə müxtəlif bəhanələrlə kirayəşinləri çixaracağını desə də, bunu etmir. İlkin iddia üzrə iddiaçı mənzilləri kirayə verilməsi barədə iddia ərizəsində etiraf edir. Vərəsə kimi kirayə verilən həmin mənzildən əldə olunan gəlirdən 1/3 hissəsi qaydasında pul almalıdır. Lakin ilkin iddia üzrə iddiaçı əldə edilmiş bu gəlirlərdən ona bu günə kimi heç bir ödəniş etmir. Baxmayaraq ki, kirayəşinlər orada yaşamaqda hələ də davam edirlər. İlkin iddia üzrə iddaçı iddia ərizəsində bildirmişdir ki, mərhum oğlu şərikli olaraq taksi fəaliyyətinin göstərilməsi üçün avtomaşınlar almışlar. Lakin nədənsə ilkin iddia üzrə İddiaçı avtomaşınlar deyil, nədənsə 1 ədəd oğlunun qızına 2015-ci il tarixdə hədiyyə aldığı avtomaşını geri tələb edir. Qızının soyadı Əbilova deyil Məmmədovadır. Avtomaşının qızına hədiyyə olunmasını təsdiq edən avtomaşının alındığı vaxtda alınmış etibarnamə bunu təsdiq edir. Avtomaşınlara gəlincə isə qeyd edir ki, tərəflərindən avtomaşınlara verilmiş etibarnamələrin ləğv edilməsi və alqı-satqıların etibarsız hesab edilməsi barədə Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Hazırda mülki iş məhkəmənin icraatında baxılır. Avtomaşınları oğlu rəhmətə gedəndən sonra oğlu ilə yaşamış İddiaçı başqa şəxslərlə əlbir olaraq qanunsuz avtomaşınları qüvvədən düşmüş etibarnamələr əsasında alqı-satqı etməklə avtomaşınları başqa şəxslərin adına rəsmiləşdirilməsində yaxından kömək etmişdir. İddiaçı bilirdi ki, o vərəsə kimi avtomaşınlar üzrə vərəsəlik hüququnun tanınması barədə notariat orqanına müraciət edəcəkdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh2 vərəsəlik hüququ əldə etdiyi vaxtdan, yəni vərəsəlik şəhadətnaməsini aldığı vaxtdan əvvəlki dövrə görə iddia etməsi tamami ilə əsassızdır, çünki həmin vaxtda görə onun pul tələbi barədə iddia tələb hüququ ola bilməz, miras əmlakı olan həmin mənzillər mərhum X9 ailəsi olaraq onların sahibliyi və istifadələrində olmuşdur. Mərhum həyat yoldaşı X9 vərəsələrindən biri olan anası Cavabdeh2 miras əmlakı olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147 və ünvan 2-ya dair 3/1 hissədə vərəsəlik payının müəyyən edilməsi tələbinə qarşı heç bir etirazı yoxdur. Cavabdeh2 pul tələbi barədə iddiası tamamilə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak etmiş qarışılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh2 Mirqəniyenanın nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsi, qarışılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı idda qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 17.06.2021-ci il tarixli ********** saylı saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət X10 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 11.06.2021-ci il tarixli ********** saylı saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət X10 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 29.05.2015-ci il tarixli ********** saylı saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyət X10 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X15 30.07.2020-ci il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X13 30.07.2008-ci ildə doğulmuş, atası X15, anası İddiaçıdır. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 14.08.2010-cu ildə doğulmuş, atası X15, anası İddiaçıdır. 18.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27.07.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri X13 və X6 “Mercedes Benz B170” minik markalı, ** ZX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən hər biri 1/3 irs almalıdır. 18.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27.07.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri X13 və X6 ünvan 1 ünvanında yerləşən mənzildən hər biri 1/3 irs almalıdır. 22.06.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında qeydiyyatdadır. X7 və X2 qanuni nümayəndəsi anaları İddiaçı ünvan 6 ünvanladığı 18.06.2021-ci il tarixli ərizənin surətindən görünür ki, 27.07.2020-ci il tarixdə vəfat etmiş X8 X4, X1 və Cavabdeh2 başqa vərəsələri yoxdur. Gələcəkdə hər-hansəı başqa vərəsələr çıxarsa onların paylarının ödəməyi öz öhdəsinə götürmüşdür. 16.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27.07.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi Cavabdeh2 “Mercedes Benz B170” minik markalı, ** ZX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 1/3 pay almalıdır. 16.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27.07.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən 1/3 pay almalıdır. Cavabdeh2 ünvan 6 təqdim etdiyi ərizədən görünür ki, 27.07.2020-ci il tarixdə vəfat etmiş X12 məxsus daşınar və daşınmaz əmlaklar qalmışdır. Göstərilən əmlakları qəbul edir və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19.07.2014-cü il tarixli ********** saylı saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət X10 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 17.06.2017-ci il tarixli ********** saylı saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət X10 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Cavabdeh2 ünvan 6 ünvanladığı qanun üzrə vərəsəlik hüququnun tanınmasından imtinası barədə ərizəsinin surətindən görünür ki, X15 30.07.2020-ci il tarixdə vəfat etmişdir. Ərizəsi əsasında notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işi ilə əlaqədar qeyd edir ki, digər vərəsələr qanun üzrə vərəsəlik hüququnun tanınması barədə ərizə vermişlər, lakin qanunla müəyyən edilmiş müddət ötürülmuşdür. Odur ki, digər vərəsələrin qanun üzrə vərəsəlik hüquqların tanınmasından imtina olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X15 vəfat edən günə kimi İddiaçı ilə bir ailə kimi birlikdə bir evdə yaşamış və birgə təsərrüfat aparmışlar. Faktiki nikahdan 30.06.2008-ci il təvəllüdlü X13 və 14.08.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. X15 ilə bir ailə olaraq birlikdə yaşasalar da nikah rəsmiləşdirilməmişdir. X15 30.07.2020-ci il tarixində vəfat etmişdir. Mübahisəli olan əmlaklar ilkin İddiaçı faktiki nikah münasibətlərində olduğu X5 miras qalmışdır. Daha sonra X9 vərəsələrindən biri olan anası Cavabdeh2 Bakı şəhəri 9-saylı notariat ofisinə müraciət etmiş və mərhum X5 miras qalmış Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1-nun hər birindən 1\3 hissəsinə qanun üzərə vərəsəlik şəhadətnaməsi almış, həmin mənzillərin 2\3 hissədə miras payları açıq saxlanılmışdır. Bakı şəhəri 9-saylı notariat ofisinə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X5 miras qalmış, faktiki olaraq sahibliyində, idarəçiliyində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1-nun hər birindən 2\3 hissəsinə X9 vərəsələri olan uşaqları X13 və X3 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini istəmişdir. Bakı şəhəri 9saylı notariat ofisində ərizə qəbul olunmuş və ilkin olaraq Mersedes Benz B170, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1-nun 2\3-hissəsinə X9 vərəsələri olan uşaqları X13 və X3 qanun üzərə vərəsəlik şəhadətnaməsi hazırlanaraq verilmişdir. Bununla belə X9 anası, hazırki işdə qarşılıqlı iddiaçı Cavabdeh2 Bakı şəhəri 9-saylı notariat ofisinə ərizə ilə müraciət edərək onun miras əmlakını qəbul etməkləri ilə bağlı müddəti ötürdüklərini, qanun üzərə vərəsəlik şəhadətnaməsi veriləcəyi təqdirdə şikayət edəcəyini göstərmişdir. Məhkəmə hər iki iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.i 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1197-ci maddəsinə görə məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. İşin hallarından göründüyü kimi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 2 və ünvan 1, Mersedes Benz B170, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil X4 miras qalmışdır. X13 və X6 vəfat etmiş Rövşən Məmmədovun övladları, Cavabdeh2 isə anasıdır. Sadalanan qanunverilcik əsaslarına görə X7, X2 və Cavabdeh2 mirasda məcburi payı vardır. Bununla belə Bakı şəhəri 9 saylı Notariat ofisindən daxil olmuş notariat işində olan 18.06.2021-ci il tarixli şəhadətnamələrdən ( hər iki şəhadətnamədən) göründüyü kimi Mersedes Benz B170, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20, 10 nömrəli mənzilə dair X9 vərəsələri olan uşaqları X11 3/1 hissədə və 3/1 hissədə X3 qanun üzərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, Cavabdeh2 da 16.06.2021-ci il tarixli şəhadətnamələrə ( eyni tarixli hər iki şəhadətnamə) əsasən Mersedes Benz B170, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20, 10 nömrəli mənzilə dair mirasda 3/1 hissədə payı müəyyən edilmişdir. Həmin şəhadətnamələr qüvvədədir və ləğv olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mersedes Benz B170, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20, 10 nömrəli mənzilə dair mirasda paylar müəyyən edildiyindən iddia tələblərində bu əmlaklara dair mübahisə əsassızdır və bu hissədə iddia rədd edilməlidir. İlkin və qarşılıqlı iddia tələblərində qeyd edilən Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 47, mənzil 147, ünvan 7 ünvanda yerləşən miras əmlaklar üzərində isə X7 3/1 hissədə, X2 3/1 hissədə, Cavabdeh2 3/1 hissədə məcburi payı vardır. Odur ki, hər iki iddia bu hissədə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Mirqəniyenanın “miras əmlak üzrə əldə edilmiş gəlirin ödənilməsi” tələbinə dair hissədə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydanı geri qaytarma vəzifəsi daşıyır. Həmin Məcəllənin 1249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin 1250-ci madəsinə əsasən əgər qanun üzrə vərəsə vəsiyyətnamənin olduğunu bilmədən mirasa sahiblik etməyə başlayarsa, vəsiyyət üzrə vərəsə isə vəsiyyətnamənin etibarsız olduğunu bilməzsə və ya qanun üzrə və vəsiyyət üzrə vərəsələr qanun üzrə daha yaxın vərəsələrin olduğunu və ya başqa vəsiyyətnamənin olduğunu bilməzlərsə, iddia qaldırılanadək mirasdan aldıqları gəlir onlara qalır; onlar mirasa qoyduqları bütün kapitalı da tələb edə bilərlər. Sadalanan qanunvericlik əsaslarından göründüyü kimi digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Bununla belə iddiaçı Cavabdeh2 Mirqəniyena iddia tələbində qeyd edilən gəlirin hansı məbləğdə əldə edilməsinə dair, mənzilin ümumiyyətlə başqa şəxslərə kirayəyə verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Mirqəniyenanın “miras əmlak üzrə əldə edilmiş gəlirin ödənilməsi” tələbinə dair hissədə iddia əsassızıdır. Qeyd edilənlərə görə məhkəmə ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia və qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 8 ünvanda yerləşən mənzil üzrərində və ünvan 7 ünvanda yerləşən miras əmlaklar üzərində X7 3/1 hissədə, X2 3/1 hissədə, Cavabdeh2 3/1 hissədə məcburi payı müəyyən edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar