Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4389/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh MTK-nın vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı əmlakın sahəsinə artıq ödənilmiş pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “OR-AY" MTK-nın müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllə, ev 15, mənzil 13, 1 otaqlı ümumi beton səthinin sahəsi 65.8 kvadrat metr adı ilə İddiaçı satdığı əslində 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldığımı Çıxarışına əsasən mənzilin ümumi sahəsi 52.8 kvadrat metr olduğunu nəzərə alaraq 13 kvadrat metrə görə “OR-AY" Mənzil Tikinti Kooperativin hesabına artıq ödənilmiş 9100 manat və 111 manat dövlət rüsumu olmaqla cəmi 9211 manat pul vəsaitinin Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK məhkəməyə yazılı vəsatət təqdim edərək, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mübahisənin ilk növbədə tərəflər arasında həll edilməsinə cəh edilməsi barədə razılıq olduğundan və iddiaçı tərəf bu qaydaya əməl etmədən məhkəməyə müraciət etdiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh MTK-nın vəkili Vəkil qəbulunda olduğunu və etirazlarını bildirdiyini qeyd edərək, vəsatət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili Vəkil iddiaçının nümayəndəsinin onun işlədiyi kabinetə yaxınlaşaraq etirazını bildirdiyini təsdiq etsə də, MTK və iddiaçı arasında olan bu mübahisənin həlli üçün həmin zaman müvafiq səlahiyyətlərə malik olmaması səbəbindən iddiaçının nümayəndəsinə MTK-nın ünvanını göstərməklə ərizəsini MTK-ya təqdim etmək hüququnu izah etdiyini bildirdi. Məhkəmə cavabdeh tərəfin vəsatətini mülki iş materialları ilə birlikdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək iddia ərizəsinin baxılmamış saxlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 5.1-ci bəndində qeyd olunur ki, tərəflər onlar arasında həmin müqavilənin icrası prosesində yaranacaq bütün mübahisələrin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər. 5.2-ci bəndinə əsasən danışıqlar yolu ilə həll edilə bilinməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti üzrə məhkəmələrində həll ediləcəkdir. Məhkəmə hesab edir ki, iş materialların tərəflər arasında olan mübahisənin məhkəməyə müraciət edilənək həll edilməsinə cəhd edilməsini təsdiq edən sübutlar olmadığından və tərəflərin izahatlarından mübahisənin məhkəmədənkənar həlli imkanı itirilmədiyi aydın olduğundan hazırda baxılan iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı əmlakın sahəsinə artıq ödənilmiş pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 110 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4389/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4389/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver