Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-441/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndələri X1 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təchizat və loqistika” bölməsində takelajçı işi ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961 -ci ildə anadan olmuşdur. Hazırda 61 yaşı var. Həmin vəzifəyə xx.xx.2014-cü ildə qəbul olunmuş və qanunsuz olaraq humanizm prinsipi gözlənilmədən ştatların və işçilərin sayının ixtisar edilməsi adıyla xx.xx.2021-ci ilə kimi işləmiş.dir Əmək müqaviləsinin pozulacağı barədə xx.xx.2021-ci il tarixli 01-02/143 saylı xəbərdarlıq məktubunu almışdır. Müəssisədə fasiləsiz olaraq 7 il işləməyinə baxmayaraq və iş üstündə bədbəxt hadisədən zərər çəkməyi, xəsarət almağı bu xəsarətin indiyə kimi davam etməsi nəzərə alınmamışdır. Halbuki, o sağlamlığını həmin müəssisədə itirmişdir. Bu fakt istehsalatda bədbəxt hadisə haqqında tərtib edilmiş 04/21 saylı aktıa təsdiq olunur. Belə ki, xx.xx.2016cı ildə “X10" trestinin “ Təchizat və loqistika bölməsinin 2 saylı anbar təsərrüfatının boru meydançasında baş vermiş bədbəxt hadisə zamanı “Daban sümüyünün dorsal 1/3 hissəsinin sınığı" xəsarətini almışdır. Xəsarətlə əlaqədar Mərkəzi Neftçilər xəstəxanasında müayinə və müalicə olunub. Bu müalicə uzun müddətdir ki, davam etməkdədir. Hazırda da aldığı xəsarətin sınığı müalicə olunmasına baxmayaraq hərəkətində məhdudiyyət vardır. Xəsarətin xx.xx.2016-cı ildə olmasına baxmayaraq xx.xx.2021-ci ildə təkrar müayinə zamanı dərmanlar ömürlük təyin edilmişdir. Buradan bir daha aydın olur ki, aldığı xəsarətin fəsadları hələ də davam etməkdədir. Lakin müəssisə rəhbəri bunları nəzərə almamışdır. Halbuki bədbəxt hadisənin baş verdiyi vaxtda rəhbərliyin mənə qarşı olan münasibəti hazırda tamamilə dəyişmişdir. Ailə başçısı kimi əməym qiymətləndirilməmişdir. Bildirir ki. istehsalatda bədbəxt hadisə rəsmiləşdirilərkən natamamlığa yol verilmiş, vədlərə aldanmışdır. Belə ki. əmək qanunvericiliyinin tələb etdiyi kimi bədbəxt hadisəyə münasibət göstərməmiş, rəhbərliyə qarşı tələblər irəli sürməmişdir. Aktın 12-ci bəndində əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət onun üzərimə qoyulmuşdur. Lakin qanunvericilik və normativ hüquqi sənədlərin hansı bəndlərinin pozulması göstərilməmişdir. Hadisə xx.xx.2016-cı ildə baş versə də təhqiqat aktı xx.xx.2021-ci ildə tərtib edilmişdir. Aktın 14-cü bəndində əks olunmuş bədbəxt hadisənin nəticələri yazılmamışdır. Halbuki o xəsarət aldığı xx.xx.2016-cı il tarixdən 15 oktyabr 2016-cı il tarixə kimi əmək qabiliyyətini itirmişəm. Lakin rəhbərliyin xahişi də işə davam edən şəxs kimi qeydə alınmışdır. Qanuni rəsmiləşdirmə aparılmadığından səhhəti ilə əlaqədar başqa iş keçirilməyi, xəstəlik vərəqələri üzrə əmək qabiliyyətinin itirilməsi, yaxud müalicə idarəsinin arayışı üzrə diaqnoza uyğun hansı tarixdən hansı tarixədək işdən azad edilməyi, əmək qabiliyyətini müvəqqəti itirmə müddətinin təqvim günlərinin sayı göstərilməmişdir. Əmək qabiliyyətini müvəqqəti itirmə vərəqələrinin alınmasına imkan verilmədiyindən bu məqsədlə müavinət ödənişi aparılmamışdır. Beləliklə, bədbəxt hadisənin son nəticəsi üçün heç bir tədbir görülməmiş, xəsarətə görə onu yüngül işə keçirilib-keçirilməməsi, sağlamlığı və ya İ,İİ, İİİ qrup əlillik dərəcəsinin təyin edilməsi təmin edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Əmək Məcəllsinin və müvafiq normativ hüquqi aktın tələbləri ona münasibətdə kobud şəkildə pozulmuşdur. Bədbəxt hadisə zamanı aldığı xəsarət üzrə müalicədə olduğuna görə verilməli olan xəstəlik vərəqələrinin alınmasına süni şəkildə maneə yaratmaqla işə davamiyyətdə saxtakarlığa yol vermiş, işə cıxa bilmədiyi halda gündəlik işdə olduğu göstərmişdir. Beləliklə istehsalat qəzasına görə almalı olduğu pensiya (əlillik üzrə) hüququ aşkar pozulmuşdur. Halbuki 2016-cı ildə iş üstündə aldığı xəsarətlə bağlı müvafiq qrup üzrə əlilliyə görə pensiya təyin edilməli idi. Lakin bu günə kimi pensiya təyin edilməmişdir. Hazırda işə əlilliyin təyin edilməsinin yeni meyarları müəyyən edilmişdir. Halbuki ona ömürlük dərmanlar təyin edilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən ciddi qanun pozğunluğuna yol verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etməklə humanizm prinsipi və Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbləri bir daha pozulmuşdur .Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin uçot və qeydə alınması' Qaydalarının tələbləri kobud şəkildə pozulmuşdur. Ailədə həyat yoldaş ağır ürək əməliyyatı keçirmişdir. Hazırda tibbi aparatla yaşayır. Səhhətinə görə məşğulluq xətti üzrə digər işlərdə çalışmağına imkan yoxdur. Nəvəsi anadan gəlmə xəstədir.Əlilliyə gorə pensiya alır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi X7 tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən iddia ərizəsinə etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilir ki, İddiaçı ilə “X10” tresi arasında xx.xx.2014-cü il tarixli, 3105 nömrəli əmək müqaviləsi bağlanaraq, o trestin anbar təsərrüfatı bölümünün anbar təsərrüfatı №2-də 4-cü dərəcəli takelajçı peşəsinə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı xəbərdarlıq təqdim edilmiş və arzu etdiyi halda ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair proqrama qoşulması təklif edilmişdir. İddiaçı bu xəbərdarlığı imza etməklə ona edilən təklifi qəbul etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Trestin müdirinə ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini və “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” proqrama qoşulmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə uyğun olaraq onunla Trest arasında xx.xx.2021-ci il tarixli razılaşma bağlanmışdır. Bu razılaşmanın 1.10-cu maddəsinə əsasən əvvəl aldığı orta aylıq əmək haqqının 50%-i məbləğində vəsait hər ay İddiaçı hər ay mütəmadi şəkildə ödənilmişdir. Həmin razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə əlavə edilərək onun müddəti xx.xx.2022-ci ilə kimi uzadılmışdır. Etiraz ərizəsində və iddia müddətinin tətbiqi barədə ərizədə həmçinin bildirilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Trestin xx.xx.2021-ci il tarixli, SOCAR**********00070020B00714 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi (işçinin təşəbbüsü) ilə ləğv edilmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da AR ƏM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən iddia tələbləri əsassız olduğu üçün və iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması xahiş etmişdirlər. Məhkəmə iclasında iddia ərizəsinin mahiyyətinə uyğun izahat verən iddiaçı X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X5 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri X7 və X3 etiraz ərizəsinin və iddia müddətinin tətbiqi barədə ərizənin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçı tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı məxsus olan ИТ-İ №0188163 saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə 57-K saylı Əmr əsasında Anbar təsərrüfatı bölümünün 4-cü dərəcəli takelajçı peşəsinə qəbul edilib. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçinin təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. İstehsalatda bədbəxt hadisə haqqında 04/21 saylı aktdan görünür ki, 24 yanvar 2016-cı il tarixdə saat 14:30 radələrində bədbəxt hadisə baş vermiş nəticədə iddiaçı “daban sümüyünün dorsal 1/3 hissəsinin sınığı” xəsarətini almışdır. 3105 №-li əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdehndə anbar təsərrüfatı N-2-də 4-cü dərəcəli takelajçı vəzifəsində işə qəbul edilmişdir. İşçi 04 devral 2014-cü il tarixdən 04 fevral 2015-ci il tarixinə qədər bağlanmışdır. “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanəqıəıəğının təmin olunmasına dair” Proqrama 03 may 2021-ci il tarixli razılaşmanın surətindən görünür ki, razılaşma üzrə bir tərəfdən bundan sonra “Müəssisə” adlandırılacaq Cavabdeh şəxsində, digər tərəfdən bundan sonra “iştirakçı” adlandırılacaq SOCAR “KQİ” tresti anbar təsərrüfatı bölümünün anbar təsərrüfatı №2-nin takelajçısı İddiaçı razılığı gəlirlər. Razılaşmanın 1.10cu bəndinə əsasən iştirakçı hər ay SOCAR-da işçilərə əmək haqqı verilən dövrə uyğun əvvəl aldığı orta aylıq əmək haqqının 50%-i məbləğində vəsaiti icraçı qurum vasitəsilə almaq hüququna malikdir. Razılaşmanın 2.1-ci bəndinə əsasən razılaşma imzalandığı tarixdən 1 il müddətindən az olmamaqla icraçı qurun və SOCAR-ın İnsan Resursları Departamenti ilə əlaqəli şəkildə proqramla müəyyən olunmuş müəssisələrdən birində iştirakçının münasib işlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər görməlidir. İddiaçı tərəfindən 29 aprel 2021-ci il tarixdə Cavabdeh müdiri Elnur Süleymanova ünvanlanmış ərizədən görünür ki, iddiaçı 03 may 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini və “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqrama qoşulmağına köməklik göstərilməsini xahiş edir. “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” 03 may 2021-ci il tarixli, № SOCAR**********00070020B00714 saylı əmrin surətindən görünür ki, İddiaçı N3105 saylı, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçinin təşəbbüsü ilə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 04 fevral 2014-cü il tarixdən SOCAR-ın Cavabdehndə Anbar təsərrüfatı bölümünün anbar təsərrüfatı №2-nin takelajçısı vəzifəsində işləyib. 03 may 2021-ci il tarixdə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsini və “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqrama qoşulmağı xahiş edib. Razılaşmada 1 il ərzində iddiaçıya əvvəl aldığı orta aylıq əmək haqqının 50%-i məbləğində vəsaiti ödənilməsi nəzərdə tutulub. Həmçinin müəssisənin üzərinə iştirakçının münasib işlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər görməsi üzrə vəzifələr qoyulub. 03 may 2022-ci il tarixli “Razılaşma” ya əlavədə iddiaçının proqramda olma müddəti xx.xx.2022-ci il tarixədək uzadılıb. Həmçinin iştirakçının müəssisə və ya icraçı qurum tərəfindən təklif edilmiş iş yerindən 3 dəfə imtina edildiyi təqdirə razılaşmaya xitam verilməsi barədə bənd əlavə edilib. İşin müəyyən edilən hallarını iddiaçıya münasibətdə müstəqil dəyərləndirərək məhkəmə hesab edir ki, işə bərpa tələbinə dair iddia tələbi iddia müddətinin ötürülməsi səbəbinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 63. 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin altıncı hissəsində göstərilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə yazılı münasibət bildirilməmişdir. Məhkəmə prosesi zamanı verdikləri izahatda da, əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, işə bərpa tələbi ilə bağlı mediasiya arayışını yalnız 30 avqust 2022-ci il tarixdə əldə etməsini, həmçinin məhkəməyə iddia ərizəsi ilə 14 oktyabr 2022-ci il tarixdə müraciət etməsini əsaslandıra bilməmişdir. Beləliklə iddiaçı iddia müddətini ötürməklə, həm də üzrsüz səbəbdən ötürməklə məhkəməyə müraciət etmişlər. Əmək qanunvericiliyinin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan hallardan görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür və bu səbəbdən onun iddiası təmin edilə bilməz. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Məhkəmə bu məqamda həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı) Bu baxımdan məhkəmə mübahisələndirilən əmrlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, iddia ərizəsində işə bərpa barədə tələb qoyulsa da, ərizənin özündə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin hansı səbəbdən qanunsuz və əsassız olduğu əsaslandırılmamış, iddiaçınıın yalnız bədbəxt hadisə nəticəsində sağlamlığına ziyan vurulması göstərilmişdir. Halbuki həmin bədbəxt hadisə 2016-cı ildə baş vermiş və o hadisə ilə bağlı olaraq iddiaçı əvvəllər məhkəməyə müraciət etməmişdir. İddiaçının öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə iddia ərizəsində göstərilənlər arasında əlaqə müəyyən edilməmişdir. İddiaçı öz izahatında öz ərizəsi ilə əmək müqaviləsinə xitam verildiyini, öz istəyi ilə “Razılaşmaya” qoşulduğunu, həmin razılaşma əsasında 18 aylıq müddət ərzində əmək haqqının 50%-ə qədərinin cavabdeh tərəfindən ödəndiyi etiraf etmişdir. Bu müddət ərzində həmçinin cavabdehin ona başqa vəzifələrdə iş təklif etdiyini, lakin sağlamlığı imkan vermədiyinə görə həmin vəzifələrdən imtina etdiyini etiraf etmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-441/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-441/2023
30.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver