Məhkəmə qərarları › İş №2(005)-4416/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4416/2022

25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4416/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü Maraqlı şəxs xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi əsl atası kimi tanınması və doğum haqqında şəhadətnaməsində ata qrafasında xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi adı qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Maraqlı şəxs doğum haqqında şəhadətnaməsi var və həmin şəhadətnamədə onun atasının X1 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi şəxsin atasının kim olduğunu göstərən doğum haqqında şəhadətnamə vardır. Eyni zamanda ərizəçi doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi üçün müvafiq orqana müraciət etdiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi 1987-ci il təvəllüdlü Maraqlı şəxs bioloji atası olduğunu iddia edərək, bu faktın məhkəmə tərəfindən təsdiq edilməsini və Maraqlı şəxs doğum haqqında şəhadətnaməsində dəyişiklik edilməsi barədə ərizə ilə məhkəmə müraciət etmişdir. Lakin Maraqlı şəxs doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o xx.xx.1989-cu il tarixdə, RSFSR-in Moskva şəhərində doğulmuşdur. Ata qrafasında X2, ana qrafasında X3, milliyəti – rus olaraq qeyd edilmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, MPM-nin 152.2.1-ci maddəsinin tələbinə əsasən ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə deyil, müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosssual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 11-ci bəndinə əsasən, atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Qərarın 11.2-ci bəndinə əsasən, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Beləliklə, Ərizəçi ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin qəbulundan imtina edilsin. Ərizəçi ərizəsində qeyd etdiyi tələbi ilə ilk növbədə müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına müraciət etməli olduğu, ərizəçinin tələbini təmin edilmədiyi halda, öz hüquqlarının təmin edilməsi məqsədi ilə iddia icraatı qaydasında iddia qaldırmaq hüququna malik olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar