Məhkəmə qərarları › İş №2(005)-4424/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4424/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4424/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82728 olan XİAOMİ REDMİ 9, İMEİ kodu **********51478 olan Samsung Galaxy A10 markalı telefonlar üçün 746 manat ödənilməmiş hissə, 74 manat cərimə pulu, cəmi 820 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçının İddia ərizəsi əsassızdır. Belə ki, Cavabdeh 24 mart 2021-ci il tarixdən həbsdədir, barəsində Bakı Şəhəri Nərimanoov Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Buna baxmayaraq, İddiaçı nümayəndələri dəfələrlə cavabdehin evinə zəng edərək borcun ödənilməsini tələb etmişlər. X3 bildirir ki, ailədə 4 nəfər gözdən əlil, 1 hepatit və bir ağ qan xərçəngindən əziyyət çəkir. Ancaq ünvanlı sosial yardım alırlar. X1 özününü ağır maddi durumu ilə əlqədar borcu ödəmək imkanı yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(005)- 4424/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 08.09.2020-ci il tarixli, 21149917 saylı müqavilənin məzmunundan görünür ki, İMEİ kodu **********82728 olan Xiaomi Redmi 9, İMEİ kodu **********51478 olan Samsung Galaxy A10 markalı telefonun alıcıya satılması barədə müqavilə bağlamış və bunu cavabdeh öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan olan 08.09.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 76 manat müəyyən edilmişdir. İş materiallarında olan olan 08.09.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 15.02.2020-ci il tarixli, 20103968 saylı müqavilənin məzmunundan görünür ki, müqavilədə göstərilən predmetləri götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 15.02.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 72 manat müəyyən edilmişdir. İş materiallarında olan 15.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 11.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 03.08.2021-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 746 manat əsas borc, 74 manat dəbbə pulu olmaqla, cəmi 820 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu müqavilələrdə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 746 manat əsas borc, 74 manat dəbbə pulu olmaqla, cəmi 820 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 746 manat əsas borc, 74 manat dəbbə pulu olmaqla, cəmi 820 (səkkiz yüz iyirmi) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar