Məhkəmə qərarları › İş №2(005)-4437/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4437/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4437/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Cavabdeh2 ASC-yə qarşı əsassız borcların və qanunsuz pasport qeydiyyatına alınanların silinməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Cavabdeh2 ASC-yə qarşı əsassız borcların və qanunsuz pasport qeydiyyatına alınanların silinməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, adına özəlləşmiş və heç bir yaşayış olmayan Nəcəf Nərimanov küçəsi, ev 5A, 1 nömrəli mənzildə xx.xx.1997-ci il təvəllüdlü X2, 2 nömrəli mənzildə xx.xx.1975-ci təvəllüdlü X6, xx.xx.1956-cı il təvəllüdlü X4 və xx.xx.1982-ci il təvəllüdlü X1 qeydiyyatdan çıxarılması; N.Nərimanov küçəsində ev 5A, 2 saylı evin əvvəlki ev sahiti Tsepkovanın adına 1761 manat elektrik borcu, 1228,6 manat su borcu, 2 nömrəli mənzildə 752 manat su borcu, 3 nömrəli mənzildə isə 200 manat su borcunun silinməsi; qanunsuz qeydiyyata düşmüşlər barəsində korrupsiya faktı əsasında cinayət işinin başladılması; apellyasiya məhkəməsi vasitəsi ilə DİN-ə, xəbərdarlığın bütün heyətə təqdim olunması barədə göstəriş göndərilməsi və Nərimanov pasport qeydiyyatı şöbəsinin rəisindən ona vurulmuş mənəvi və maddi ziyana görə 5000 manat maaşından tutularaq ödənilməsi; onun adına olan Nəcəf ünvan 1 ünvanlarındankı borcların silinməsinə, mənzillərdə əsassız və qanunsuz qeydiyyatda olan X3, xx.xx.1997-ci il təvəllüdlü X2, 2 nömrəli mənzildə xx.xx.1975-ci təvəllüdlü X6, xx.xx.1956-cı il təvəllüdlü X4 və xx.xx.1982-ci il təvəllüdlü X1 qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçının iddia tələbi qeyri-müəyyəndir. İddia ərizəsinin tələb hissəsində müxtəlif və bir-biri ilə əlaqəli olmayan tələblər irəli sürülmuş, həmçinin bir-biri ilə əlaqədar olmayan cavabdehlərə və cavabdeh olmayan şəxslərə qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd edirəm ki, iddiaçı iddia tələbində üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Belə halda mənzilin mülkiyyətçisi olan iddiaçı həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə qanunvericiliyin tələblərinə uyğun olaraq məcburetmə haqqında iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı hallar sadalanmışdır. Konstitusiya Məhkəməsi Plenunumun müvafiq maddə ilə bağlı hüquqi mövqeyinə görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçı öz ərizəsində qeyd edilən şəxslərin ona məxsus mənzillərdən qeydiyyatdan çıxarılmasına dair məhkəmə qətnaməsinin olduğunu bildirdiyi halda, yenidən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, hesab edirəm ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Cavabdeh2 ASC-yə qarşı əsassız borcların və qanunsuz pasport qeydiyyatına alınanların silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Cavabdeh2 ASC-yə qarşı əsassız borcların və qanunsuz pasport qeydiyyatına alınanların silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar