Məhkəmə qərarları › İş №2(005)-4451/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4451/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4451/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Ərizəçi Maraqlı şəxs ASC-nin nəzdində TECH MACH şirkəti və Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialı maraqlı şəxslər qismində cəlb edilməklə “güzəştli iş stajına malik olma faktının təsdiq edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs ASC-nin nəzdində TECH MACH şirkəti və Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialı maraqlı şəxslər qismində cəlb edilməklə “güzəştli iş stajına malik olma faktının təsdiq edilməsi” tələbinə dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin -309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizə güzəştli iş stajına malik olma faktının təsdiq edilməsi barədədir. Ərizəçi ərizəsində ünvanı kimi ünvan 1 göstərmişdir. Həmçinin «Elektron məhkəmə» informasiya sistemindən ərizəçinin ünvan məlumatlarına dair xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Ərizəçi qeydiyyat ünvanı ünvan 2 əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə, qanunvericiliyə uyğun olaraq, ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməli olduğu halda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan ünvanın yerləşdiyi ərazi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3, 152.2, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs ASC-nin nəzdində TECH MACH şirkəti və Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialı maraqlı şəxslər qismində cəlb edilməklə “güzəştli iş stajına malik olma faktının təsdiq edilməsi” tələbinə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar