Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4452/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, Hümbətova (Hüseynova) Rəhilə Ələkbər qızının doğum akt qeydinin bərpa edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Rəhilə Hümbətova (Hüseynova) xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuşdur. 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçmüş, Bakı şəhərində məskunlaşmışdır. Doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. X12 xx.xx.2022-ci ildə rəhmətə getmişdir. Ölümü ilə əlaqədar vərəsəlik işinin aparılması üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi tələb edilir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Məhkəməyə müraciət etməli olmuşdur. X2, anası isə X6r. Doğum akt qeydində soyadı Hümbətova olaraq qeyd edilmiş, nikaha daxil olduqdan sonra Hüseynova soyadını qəbul etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda doğulmasının qeyd olunma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, doğum haqqında şəhadətnamənin əslini itirdiklərini, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ona vərəsəlik işi ilə əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistanda doğulmuşdur; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulmuş, ata qrafasında “X5”, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9”, milliyyəti azərbaycanlı” qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1962-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulmuş, ata qrafasında “X5”, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9”, milliyyəti azərbaycanlı” qeyd edilmişdir; Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 nikahları xx.xx.1995-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. X1 xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulduğu qeyd edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə ölmüşdür; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür; 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-1031/76 saylı məktubdan görünür ki, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamış, qanunvericiliyin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir; Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki,o, ərizəçinin bacısıdır, 11 uşaq olmuşlar. Bacısı Quqark rayonunda doğulmuşdur və orada məktəbə getmişlər. 1988-ci ildə oradan köçmüşlər. Sənədi Bakıda olarkən itirmişdir. Bacısı yaşca ondan balacadır. Atasının adı Ələkbər, anasının adı Zərnişandır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi xx.xx.1972ci il tarixdə Ermənistan SSR-nin, Quqark rayonunda anadan olmuş, X2, anası isə X6r, milliyyəti azərbaycanlıdır. Nikahdan sonra “Hüseynova” soyadını qəbul etmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Maraqlı şəxsə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadəsinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Hümbətova (Hüseynova) Rəhilə Ələkbər qızının xx.xx.1972-ci il tarixdə, Ermənistan SSR, Quqark rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Hümbətova”, adı “Rəhilə”, ata adı “Ələkbər”, doğum tarixi “xx.xx.1972-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Quqark rayonu”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Hümbətova (Hüseynova) Rəhilə Ələkbər qızının xx.xx.1972-ci il tarixdə, Ermənistan SSR, Quqark rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Hümbətova”, adı “Rəhilə”, ata adı “Ələkbər”, doğum tarixi “xx.xx.1972-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Quqark rayonu”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4452/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4452/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver