Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-449/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) qarşı “əmək stajı faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “əmək stajı faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi 1978-ci ildən 1988-ci ilədək Ermənistan SSR Stepanavan rayonu, Kuybişev kəndində baytar həkimi işləməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Ermənistan Stepanavan rayonunda doğulmuşdur. 1978-ci ildən 1988-ci ilə qədər Ermənistan SSR Stepanavan rayonu, Kuybişev kəndində baytar həkimi işləmişdir. Məlum səbəblərə görə 1988-ci ildən məcburi olaraq Azərbaycan Respublikasına köçməli olmuş, qaçaqaç zamanı əmək kitabçasını götürə bilməmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra 14.02.1992-ci ildən əmək fəaliyyətinə başlamış, əmək fəaliyyətini əks etdirəm əmək kitabçası var. Lakin qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşa görə əmək pensiyası almaq üçün minimum əmək stajı 25 ildir. Ərizəçinin isə əmək kitabçasına əsasən 16 il 03 ay əmək stajı var və hazırda 130 manat müavinət alır. Ermənistanda işlədiyi 10 il stajın da sosial sığorta stajına daxil edilməsi üçün maraqlı şəxsə müraciət etmiş, stajı əmək kitabçasına əsasən 25 il təşkil etmədiyi üçün ona imtina cavabı verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin 1978-ci ildən 1988-ci ilə qədər Ermənistan SSR Stepanavan rayonu, Kuybişev kəndində baytar həkimi işləməsini onunla birlikdə işləyən X12, X6 və X13 notarial qaydada verdikləri ərizə ilə təsdiq edirlər. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh filiala müraciət etmiş, lakin işləməsinə dair sənədlər olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi 1978-1988-ci illərdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybsşev kəndində 1978-1988ci illərdə baytar həkimi vəzifəsində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajımdan asıla olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün İş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Beləliklə, hazırki iş üzrə ərizəçinin Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində 1978-1988-ci illərdə baytar həkimi vəzifəsində yalnız Ərizəçilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidlərin iştirakı ilə mümkündür. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisioğludur. Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində onunla birlikdə işləmişdir. 1983-cü ildən 1988-ci ilə qədər orada çalışmış, 1988ci ildən qaçqın düşdüklərinə görə ərizəçi əmək kitabçasını itirmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun kəndçisidir. Həmin illərdə çoban işləmişdir, 1970-ci ildən 1988-ci ilə qədər onunla Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində eyni yerdə işləmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi ilə 1970-ci ildən 1988-ci ilə qədər Kuybişev kəndində baytar həkimi işləmişdir. Həmin illərdə ona da həmin yerdə işləyib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X13, X6 və X12 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 19.06.2021-ci il tarixli ərizənin surətində “biz yazıb imzamızla təsdiq edirik ki, Ərizəçi həqiqətən də, 1978-1988-ci illər ərzində Ermənistan SSR Stepanavan rayonu Kuybişev kəndində baytar həkimi işləmişdir” qeyd olunmuşdur; Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ərizəçi ünvanlanmış 25.09.2021-ci il tarixli məktubda qeyd etmişdir ki, 16.02.1992-ci il tarixində tərtib edilmiş MT-İ № ******* saylı əmək kitabçanıza və diplomunuzun surətinə əsasən sığorta stajınız 16 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 14 il 11 ay sığorta stajınıza əsasən 11367 56 manat, 01.01 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 860,57 manat olmaqla ümumilikdə 12228.14 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə 28.07.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün “Kapital Bank"ın Nərimanov rayon filialına müraciət etməyiniz tövsiyə olunur; X8 aid əmək kitabçasının surətindən görünür ki, o, 11.04.1983-cü ildən müxtəlif vəzifələrdə olmaqla Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində işləmişdir. X7 aid əmək kitabçasının surətindən görünür ki, o, 1970-ci ildən 1988-ci ilə qədər Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində işləmişdir. X2 aid əmək kitabçasının surətindən görünür ki, o, 1978-ci ildən 1988-ci ilə qədər Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mülki işin materiallarından görünür ki, Ərizəçi özünün ona əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş, lakin ərizəçiyə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi haqlı olaraq 1978-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Onun 1978-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində işləməsi şahid ifadələri və həmin idarədə qeyd olunan dövrdə çalışan şəxslərin - X12, X11, X1 əmək kitabçaları ilə öz təsdiqini tapmışdır. Ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada əldə etməsi mümkün olmamış, çünki ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, Ərizəçi 1978-ci ildən 1988-ci ilədək olan dövrdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində baytar həkimi işləməsi faktını şahid ifadələri ilə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, Ərizəçi 1978-ci ildən 1988-ci ilədək olan dövrdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1978-ci ildən 1988-ci ilədək olan dövrdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində baytar həkimi işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-449/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-449/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver