Məhkəmə qərarları › İş №2(005)-4496/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4496/2021

07.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4496/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin altında inşa edilmiş 2 mərtəbəli yeraltı dayanaçağın sökülməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin altında inşa edilmiş 2 mərtəbəli yeraltı dayanaçağın sökülməsi” tələbinə dair iddia ərizəsi verərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(005)-189/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Nərimanov rayon İcra Hakimiyyətinə, Cavabdeh1nə qarşı (X1 müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 (indiki 62) Cavabdeh1 MMC-nin rəhbəri Sahib Cavadovun tikinti fəaliyyətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilin giriş dəhlizinin qəsdən qəzalı edilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin müəyyən edilərək cavabdeh Sahib Cavadovdan tələb edilməsi, Cavabdeh1 MMC tərəfindən inşa edilən çıxıntılı binanın “B” tikilişinin yerləşdiyi torpaq sahəsinin altında və üstündə inşa edilən tikililərin qanunsuz hesab edilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Həmçinin hazırkı iddia predmeti olan iki mərtəbəli yeraltı dayanacaqla bağlı mübahisəyə Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(005)-189/2021 saylı qətnaməsində hüquqi qiymət verilmişdir. Belə ki, qeyd olunan qətnamədə iddiaçıya məxsus mənzili Cavabdeh1 MMC-nin inşa etdiyi yeni tikilinin hər hansı təsir göstərib-göstərməməyi barədə ekspert rəyi verilmiş, bundan başqa məhkəmə eyni predmet üzrə yekun məhkəmə aktı çıxartmışdır. Bununla belə hazırki iddia ərizəsilə iddiaçı mübahisəli əşyanın tərkib hissələrini mübahisələndirməklə yenidən iddia vermişdir. Məhkəmə qeyd edir ki hazırki iddia ərizəsində göstərilən tələb, Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı mülki iş üzrə tələbdən asılı olan törəmə tələb kimi çıxış etməkdədir. Azərbaycan Respublikası MPM-nin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki işə baxılıb yekun məhkəmə aktı çıxarılmasını nəzərə alaraq iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin altında inşa edilmiş 2 mərtəbəli yeraltı dayanaçağın sökülməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar