Məhkəmə qərarları › İş №2(005)-451/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-451/2021

15.02.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-451/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı- ilkin iddia üzrə cavabdeh “X6 İnvestisya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh “X6 İnvestisya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “X6 İnvestisya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi” nə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 İnvestisiya Korporasiyası” ASC ilə onun arasında bağlanmış, mənzilin dəyəri kimi xx xxxx 2012-ci il tarixdə, KAP-İ-12/108 saylı kredit müqaviləsinə əsasən əvvəlinciyə nəğd olaraq ödənmiş 61345.77 manat pulu nəzərə almaqla Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, 5 saylı evin 8-ci mənzilinin alqı-satqısına dair müqavilə bağlanması barədə və qarşılıqlı iddia üzrə iddiaçı “X6 İnvestisiya Korporasiyası” ASC İddiaçı qızına qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qızından «X6 İnvestisiya Korporasiyası» ASC-nin xeyrinə dəymiş ziyana görə 32400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 32430 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh “X6 İnvestisiya Korporasiyası” na qarşı pul tələbi ilə müraciət edərək həmin şirkətdən Bakı şəhəri Sabunçu Rayonu ünvan 1 ünvanındakı mənzili daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödədiyi, eləcə də həmin mənzilin təmirinə çəkdiyim xərclər nəzərə alınmaqla, ümumilikdə 82.000 manat pulun onun xeyrimə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədə xahiş etmişdir. Məhkəmə prossesi zamanı iddia tələbini artıraraq cavabdehdən əlavə olaraq onun adına “Azərbaycan Beynəlxalq Bankı”nın Nərimanov filialından qanunsuz olaraq götürülmüş 61345,77 manat nəğd pulun da ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (005)-501/2016 il tarixli qətnaməsi ilə (Hakim Quliyev Ramin) iddia qismən təmin olunaraq “X6 İnvestisiya Korporasiyası” ASC-dən onun xeyrinə 63.000 manat tutulması qət edimişdir. Həmin məhkəmə proseslərinə qədər onunla “X6 İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu, ünvan 1 ünvanındakı daşınmaz əmlak ona satılmışdır. Lakin sonradan “X6 İnvestisiya Korporasiyası” ASC tam əsassısız olaraq Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsini ləğv etdirmişdir. Onun “X6 İnvestisiya Korporasiyası” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, “X6 İnvestisiya Korporasiyası” ASC yüzlərlə müştərisi kimi onun da adına, ona satdığı qeyd olunan mənzilin dəyəri olaraq xx xxxx 2012-ci il tarixdə, KAP-İ-12/108 saylı kredit müqaviləsinə əsasən 61345.77 manat nağd olaraq ödənilmiş pulu mənimsəmişdir. Yəni onun məlumatı olmadan “X6 İnvestisiya Korporasiyası” ASC ona mənzili satdıqdan dərhal sonra, mənzilin dəyərini nağd olaraq götürmüş və bununla da onunla arasında olan alqı-satqı müqaviləsini nağd pulla həyata keçirmiş olmuşdur. Qeyd olunan kredit məbləğini nəzərə almaqla onunla “X6 İnvestisiya Korporasiyası” ASC arasında, artıq 10 ilə yaxındır ki, yaşadığı mənzilə dair yeni alqı-satqı müqaviləsi bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «X6 İnvestisiya Korporasiyası» ASC dəftərxana vasitəsilə yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı Akkorda məxsus Bakı şəhəri, Sabunçu rayonu ünvan 2 blok 1 ünvanındakı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.metr olan 8 saylı mənzilin alınmasına dair Akkordla xx xxxxxx 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqısatqı müqaviləsi bağlamışdır. İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyini, müqavilə üzrə öhdəliklərini pozduğuna görə Akkord ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair'' iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Daha sonra Kazımova X4 qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, mənzilə görə ödədiyi 32027.92 manat, Kap-İ-12/108 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 61345 manat 77 qəpik, mənzilin təmirinə çəkdiyi 40000 manat, dəymiş mənəvi zərərə görə 10.000 manat olmaqla cəmi 143373 manat 69 qəpik pulun Akkorddan tutularaq ona ödənilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli. 2(005)-501/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənzilin alınması üçün ödənilmiş 32.027.92 manat, təmir işlərinin dəyəri 30.929« manat, ödənilmiş dövlət rüsumu 30 manat pulun Akkordan tutularaq İddiaçı Oli qızına verilməsi qət edilmişdir. Akkordun apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsi Nərimanov Rayon İcra şöbəsi tərəfindən icra olunmuş, mənzilin alınması üçün ödənilmiş 32.027,92 manat, təmir işlərinin dəyəri 30.929 manat, ödənilmiş dövlət rüsumu 30 manat pul Akkordan tutularaq İddiaçı ödənilmişdir. Göründüyü kimi “X6 İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı arasında bağlanmış Akkorda məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 blok 1, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan 8 saylı mənzilin alınmasına dair xx xxxxxx 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasına, mənzilin boşaldılaraq Akkorda qaytarılmasına dair qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsi, eləcə də İddiaçı xx xxxxxx 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında Akkorddan aldığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 blok 1, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan 8 saylı mənzilə görə ödədiyi pulun və mənzilin təmirinə görə çəkilmiş xərcin Akkorddan tutularaq ona verilməsinə dair qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsi vardır. Qeyd olunanları nəzərə alaraq İddiaçı “mənzil alqı-satqı müqaviləsi bağlanması tələbinə dair” iddiası əsassəz olduğu üçün rədd ediməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı “X6 İnvestisiya Korporasiyası” ASC-yə (bundan sonra “Akkord” adlanacaq) qarşı “mənzil alqısatqı müqaviləsi bağlanması tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildirmişdir ki, İddiaçı Akkorda məxsus Bakı şəhəri, Sabunçu rayonu ünvan 2 blok 1 ünvanındakı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.metr olan 8 saylı mənzilin alınmasına dair Akkordla xx xxxxxx 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyini, müqavilə üzrə öhdəliklərini pozduğuna görə Akkord ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair'' iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(008)- 2985/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Daha sonra Kazımova X4 qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, mənzilə görə ödədiyi 32027.92 manat, Kap-İ- 12/108 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 61345 manat 77 qəpik, mənzilin təmirinə çəkdiyi 40000 manat, dəymiş mənəvi zərərə görə 10.000 manat olmaqla cəmi 143373 manat 69 qəpik pulun Akkorddan tutularaq ona ödənilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli. 2(005)-501/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənzilin alınması üçün ödənilmiş 32.027.92 manat, təmir işlərinin dəyəri 30,929 manat, ödənilmiş dövlət rüsumu 30 manat pulun Akkordan tutularaq İddiaçı Oli qızına verilməsi qət edilmişdir. Akkordun apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsi Nərimanov Rayon İcra şöbəsi tərəfindən icra olunmuş, mənzilin alınması üçün ödənilmiş 32.027,92 manat, təmir işlərinin dəyəri 30.929 manat, ödənilmiş dövlət rüsumu 30 manat pul Akkordan tutularaq İddiaçı ödənilmişdir. Lakin bu günədək Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsi icra olunmamışdır. Hazırda da İddiaçı qanunsuz olaraq Akkorda məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 blok 1 ünvanındakı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.metr olan 8 saylı mənzildə yaşayır. İddiaçı Oli qızı xx xxxxxx 2011-cı il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında aldığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 blok 1, 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.metr olan 8 saylı mənzilin pulunu vaxtlı-vaxtında ödəmədən, mənzili təmir edərək orada 9 ildən artıqdır ki, həmin mənzildə yaşayır. İddiaçı qanunsuz olaraq Akkorda məxsus mənzildə yaşamaqla 9 ildir ki, Akkorda ziyan vurur və Akkordun hesabına əsassız varlanır. O, bu müddət ərzində kirayədə yaşamış olsaydı, hər ay minimum 300 manat kirayə haqqı ödəməklə 9 ildə (108 ay) 32400 manat kirayə haqqı ödəməli idi. Deməli Akkord mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi 9 ilə ən azı 32400 manat qazanc əldə edə bilərdi. Göründüyü kimi İddiaçı qeyd olunan Akkorda məxsus mənzildə əsassız yaşaması ilə həmin məbləğdə Akkorda maddi ziyan dəymiş, eləcə də İddiaçı həmin məbləğdə əsasız varlanmışdır. Bu səbəbdən İddiaçı «X6 İnvestisiya Korporasiyası» ASC-nin xeyrinə dəymiş ziyana görə 32400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 32430 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddiada cavabdeh «X6 İnvestisiya Korporasiyası» ASC-nin nümayəndəsi X5 oğlu ilkin iddia tələbinə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını, ilkin iddianı qəbul etməyərək onun rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı qızına növbəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işə İddiaçı qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsindən görünür ki, «X1 Korporasiyası» ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi məhəllə 2595-də yerləşən, 5 saylı binanın 1-ci blokunda yerləşən 8 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-cı il tarixli, 14570 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi məhəllə 2595-də yerləşən, 5 saylı binanın 1-ci blokunda yerləşən 8 saylı mənzil boşaldılaraq “X1 Korporasiyası” ASC-nə təhvil verilməsi, cavabdeh İddiaçı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “X1 Korporasiyası” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (005)-501/2016 il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllədə yerləşən 5 saylı evin 1-ci blokundakı 8 saylı mənzilin alınması üçün ödənilmiş 32.027,92 (otuz iki min iyirmi yeddi manat doxsan iki qəpik) manat, aparılmış təmir-tikinti işlərinin dəyəri 30.929 (otuz min doqquz yüz iyirmi doqquz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh «X6 İnvestisiya Korporasiyası» ASC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan, Azərbaycan Beynəlxalq Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixl, 3037/1 №-li məktubun surətindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə İddiaçı arasında (hesab N ********************) xx.xx.2012-ci il tarixidə bağlanmış KAP-İ-12/108 saylı Kredit və "X6 İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış KAP-İ-12/108 saylı Zaminlik müqavilələrinə əsasən mənzil alınması ilə əlaqədar 61345,77 manat məbləğində, 228 ay müddətində, illik 12 faiz dərəcəsi ilə kredit verilmişdir. Həmin kreditin predmeti kimi ona Bakı şəhəri, Sabunçu rayonu ərazisində, 2595 saylı məhəllədə, Y.Əliyev küçəsi, 5 saylı binanın 1 mərtəbə, 8 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114.90 kv.m olan mənzil təklif olunmuşdur və bağlanmış müqavilənin şərtlərinə görə onun tərəfindən, hər ayın 25-də 684,24 manat məbləğində vəsait ssuda borcuna ödənilməli idi. Lakin bundan sonra İddiaçı Əli qızı tərəfindən müqavilə şərtləri pozularaq kredit ödənişləri vaxtlı-vaxtında həyata keçərilməmiş, və nəhayət xx.xx.2014-cu il tarixində "X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən Azərbaycan Beynəlxalq Bankı filialına daxil olan məktubda bildirilmişdir ki, kredit öhdəliyi müqavilə şərtlərinə uyğun olaraq birtərəfli qaydada ləğv olunsun. ABB Nərimanov filialı ilə İddiaçı arasında və "X6 İnvestisiya Korporasiyası" ASC arasında bağlanmış KAP-İ-12/108 saylı Zaminlik müqaviləsinin 4.2.2. bəndinə müvafiq olaraq ("kredit borcu ödənilmədiyi halda Borclunun borcları akseptsiz qaydada Zaminin Kreditorda olan bank hesablarında vəsait olduğu halda hesablarından, olmadığı halda Kreditor tərəfindən Zaminə açılmış kredit xətti hesabına silinəcək (bu halda Kreditor Zaminə əvvəlcədən yazılı məlumat verməlidir)) xx.xx.2014-cu il tarixdə Sizə məxsus kreditin (hesab N ********************) əsas borcu və faizi tam olaraq "X6 İnvestisiya Korporasiyası" ASC-i tərəfindən ödənilmiş, bağlanmış kredit və Zaminlik müqavilələrinə xitam verildiyindən İddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinin şərtləri bankın hüquq normativləri çərşivəsində həyata keçirilmişdir. Kreditin predimeti olan mənzil ilə əlaqədar "X6 İnvestisiya Korporasiyası" ASC-yə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxxx 2011-ci il tarixdə tərəflər arasında müqavilə bağlanmış, müqaviləyə görə alıcı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə öhdəliklər lazımınca icra edilmədiyindən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsinə əsasən həmin müqavilə ləğv edilərək mənzil boşaldılmalı və "X6 İnvestisiya Korporasiyası" ASC-yə təhvil verilməli idi. Daha sonra Bakı şəhəri Nərimanov Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (005)-501/2016 il tarixli qətnaməsilə mübahisəli mənzilin alınması üçün ödənilmiş 32.027,92 manat, aparılmış təmir-tikinti işlərinin dəyəri 30.929 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh «X6 İnvestisiya Korporasiyası» ASC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəmə iclasında və ilkin iddiaya etiraz ərizəsində də həmin qətnamə əsasında pulun Zivər Kazımovaya ödənildiyini bildirmişdir. İlkin iddia üzrə iddiaçı kredit müqaviləsinə əsasən cavabdehlə yenidən alqı-satqı müqaviləsinin bağlanmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə mənzilin onlara boşaldılaraq təhvil verilmədiyini və bu səbəbdən həmin mənzilin onlar tərəfindən kirayə verilə bilməməsinə görə əldən çıxmış faydanı tələb eməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. İlkin iddia tələbindən görünüyü kimi ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfin müqavilə bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə sadalanan mülki qanunvericliyin də tələblərindən də göründüyü kimi öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmin Qərarda o da qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Sadalanan qanunvericiliyin əsasları baxımından məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin evi qarşılıqlı iddiaçıya geri qaytarmamaqla faydalanması ilə bağlı onun gəlir, artım, bəhər və s. əldə etməsini təsdiq edən sübutları qarşılıqlı iddiaçı məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, “əldən çıxmış fayda” ilə real gəlirin əldən çıxmasının sübuta yetrilməsinin məcburi qanunvericilikdə nəzərdə tutulmasına, habelə “X6 İnvestisiya Korporasiyası” ASC-nin nizamnaməsində belə mənzillərin kirayə verilməsi ilə gəlir əldə edilməsi bu hüquqi şəxsin fəaliyyət istiqaməti kimi nəzərdə tutulmadığına baxmayaraq qarşılıqlı iddia üzrə iddiaçı mənzilin onlara boşaldılaraq təhvil verilmədiyini və bu səbəbdən həmin mənzildən istifadə edən şəxsin əsassız varlanması ilə də iddiası üzrə tələb irəli sürməkdədir. Məhkəmə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sübutlardan da görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaçı cavabdehin eyni zamanda əsassız varlandığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan hüquq münasibətlərinin faktiki xarakterinə görə qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri əsassız varlanmanı nəzərdə tutan qanunvericiliyin dispozisiya şərtlərilə uzlaşmır. Belə ki, mənzildə cavabdeh tərəfin hüquqlarının əmələ gəlməsi tərəflər arasında yaranan müqavilə münasibətləri əsasında yarandığından, sonradan şəxsin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin mövcudluğu əsassız varlanma ilə bağlı iddia tələbinin əsaslarını istisna edir. Məhkəmənin qənaətinə görə “əldən çıxmış fayda” ilə və “əsassız varlanma” ilə bağlı iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh “X6 İnvestisya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “X6 İnvestisya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar