Məhkəmə qərarları › İş №2(005)-4517/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4517/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4517/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.04.2020-ci il tarixli müqaviləsinə əsasən X1 filtri üçün 20 manat dənilməmiş hissə, 2 manat cərimə; 16.04.2020-ci il tarixli müqaviləsinə əsasən GORENJE Blender üçün cəmi 49 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu; 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən. BEURER Tonometr üçün 90.6 manat ödənilməmiş hissə, 9.4 manat cərimə pulu; 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, olan İMEİ kodu **********73523 olan Blackview BV1000 markalı telefon, Xiaomi saat üçün 15 manat ödənilməmiş hissə, 1 manat cərimə; 11.07.2020-ci il tarixli müqaviləsinə əsasən HP notebook, notebook çantası Mouse Genius üçün 723 manat ödənilməmiş hissə 72 manat cərimə; 14.07.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd DİSK Playstation 4 üçün 124.8 manat ödənilməmiş hissə, 12.2 manat cərimə pulu olmaqla ümumilikdə 1123 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 16.04.2020-ci il, 16.04.2020-ci il, 09.07.2020-ci il, 11.11.2019-cu il, 11.07.2020-ci il, 14.07.2020-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən, X1 filtri, GORENJE Blender, BEURER Tonometr, olan İMEİ kodu **********73523 olan Blackview BV1000 markalı telefon, Xiaomi saat, HP notebook, notebook çantası, Mouse Genius, 2 ədəd DİSK Playstation 4 almış və nəticədə 1123 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan 16.04.2020-ci il tarixli 20225691 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh X1 filtri satılmışdır. İş materiallarında olan 16.04.2020-ci il tarixli 20225691 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 5 manat müəyyən edilmişdir. İş materiallarında olan 16.04.2020-ci il il tarixli 20225602 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh GORENJE Blender satılmışdır. İş materiallarında olan 16.04.2020-ci il il tarixli 20225602 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 7 manat müəyyən edilmişdir. İş materiallarında olan 09.07.2020-ci il tarixli 21015131 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh BEURER Tonometr satılmışdır. İş materiallarında olan 09.07.2020-ci il tarixli 21015131 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 11.3 manat müəyyən edilmişdir. İş materiallarında olan 11.11.2019-cu il tarixli 01042691 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh İMEİ kodu **********73523 olan Blackview BV1000 markalı telefon, Xiaomi saat satılmışdır. İş materiallarında olan 11.11.2019-cu il tarixli 01042691 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 16 manat müəyyən edilmişdir. İş materiallarında olan 11.07.2020-ci il tarixli 21016853 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh HP notebook, notebook çantası Mouse Genius satılmışdır. İş materiallarında olan 11.07.2020-ci il tarixli 21016853 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 37.4 manat müəyyən edilmişdir. İş materiallarında olan 14.07.2020-ci il tarixli 21022274 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh 2 ədəd DİSK Playstation 4 satılmışdır. İş materiallarında olan 14.07.2020-ci il tarixli 21022274 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 15.4 manat müəyyən edilmişdir. İş materiallarında olan 01.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh nisyə satış müqavilələrinə görə hissə-hissə ödəmək şərti ilə mallar satılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 16.04.2020-ci il tarixli müqaviləsinə əsasən X1 filtri üçün 20 manat dənilməmiş hissə, 2 manat cərimə; 16.04.2020-ci il tarixli müqaviləsinə əsasən GORENJE Blender üçün cəmi 49 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu; 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən. BEURER Tonometr üçün 90.6 manat ödənilməmiş hissə, 9.4 manat cərimə pulu; 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, olan İMEİ kodu **********73523 olan Blackview BV1000 markalı telefon, Xiaomi saat üçün 15 manat ödənilməmiş hissə, 1 manat cərimə; 11.07.2020-ci il tarixli müqaviləsinə əsasən HP notebook, notebook çantası Mouse Genius üçün 723 manat ödənilməmiş hissə 72 manat cərimə; 14.07.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd DİSK Playstation 4 üçün 124.8 manat ödənilməmiş hissə, 12.2 manat cərimə pulu olmaqla ümumilikdə 1123 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16.04.2020-ci il tarixli müqaviləsinə əsasən X1 filtri üçün 20 manat dənilməmiş hissə, 2 manat cərimə; 16.04.2020-ci il tarixli müqaviləsinə əsasən GORENJE Blender üçün cəmi 49 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu; 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən. BEURER Tonometr üçün 90.6 manat ödənilməmiş hissə, 9.4 manat cərimə pulu; 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, olan İMEİ kodu **********73523 olan Blackview BV1000 markalı telefon, Xiaomi saat üçün 15 manat ödənilməmiş hissə, 1 manat cərimə; 11.07.2020-ci il tarixli müqaviləsinə əsasən HP notebook, notebook çantası Mouse Genius üçün 723 manat ödənilməmiş hissə 72 manat cərimə; 14.07.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd DİSK Playstation 4 üçün 124.8 manat ödənilməmiş hissə, 12.2 manat cərimə pulu olmaqla ümumilikdə 1123 (bir min yüz iyirmi üç) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar