Məhkəmə qərarları › İş №2(005)-4536/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4536/2022

05.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4536/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Ərizəçi ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi tərəfindən ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, özünün xx.xx.1989-cu il təvəllüdlü X1ması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 307.2.10-cu maddələrinə əsasən Məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 11-ci bəndinə əsasən, atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Qərarın 11.2-ci bəndinə əsasən, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Göründüyü kimi ərizəçi atalığın etiraf olunması faktında dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki ata olduğu müəyyən edilməli olan şəxs ərizəçi özüdür və sağdır. Belə olan halda atalığın müəyyən olunması barədə ərizə xüsusi icraat qaydasında deyil iddia icraatı qaydasında iddia ərizəsi forma və məzmununda verilməlidir. Məhkəmə ərizənin forma və məzmunla bağlı tələblərə riayət edilmədiyini nəzərə alıb hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar