Məhkəmə qərarları › İş №2(005)-4540/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4540/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4540/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.04.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN səsucaldıcı, LED TV, Ətçəkən, Mini soba,SAMSUNG Tozsoran, Braun Blender, Ütü, Redmond Qəhvəüyüdən üçün 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə. 22.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10886 olan X3 8 markalı telefon üçün 611 (altı yüz on bir) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə, 14.10.2019-cu il tarixli müqavilə üzrə İndesit Soyuducu üçün 519 (beşyüz on doqquz) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə, ümumilikdə 2677 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 10.04.2019-cu il, 22.11.2019-cu il və 14.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN səsucaldıcı, LED TV, Ətçəkən, Mini soba,SAMSUNG Tozsoran, Braun Blender, Ütü, Redmond Qəhvəüyildən, İMEİ kodu **********10886 olan X4 8 markalı telefon, İndesit Soyuducu almış və nəticədə 2677 (iki min altı yüz yetmiş yeddi) nıanat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2394 (iki min üç yüz doxsan dörd) manat (İS ay x 133 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN səsucaldıcı, LED TV, Ətçəkən, Mini soba,SAMSUNG Tozsoran, Braun Blender, Ütü, Redmond Qəhvəüyüdən üçün ümumilikdə, 1208 (min iki yüz səkkiz) manat olmaqla ondan, 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə;cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (20 ay x 36 manat 10 manat ilkin ödəniş) olan İMEİ kodu **********10886 olan X3 8 markalı telefon üçün ümumilikdə, 794 (yeddi yüz doxsan dörd) manat olmaqla ondan, 611 (altı yüz on bir) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 725 (yeddi yüz iyirmi beş) manat (18 ay x 40 manat + 5manat ilkin ödəniş) olan İndesit Soyuducu üçün ümumilikdə, 675 (altı yüz yetmiş beş) manat olmaqla ondan, 5/9 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1780 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 00607029 nömrəli 10.04.2019-cu il, il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: HOFFMANN səsucaldıcı, LED TV, Ətçəkən, Mini soba, SAMSUNG Tozsoran, Braun Blender, Ütü, Redmond Qəhvəüyüdən. İş materiallarında olan 10.04.2019-cu il, tarixli bildirişdən görünür ki, Cavabdeh 00607029 nömrəli 10.04.2019-cu il, il tarixli müqavilə əsasən HOFFMANN səsucaldıcı, LED TV, Ətçəkən, Mini soba,SAMSUNG Tozsoran, Braun Blender, Ütü, Redmond Qəhvəüyüdəni , təhvil almışdır. İş materiallarında olan 01068773 nömrəli 22.11.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: İMEİ kodu **********10886 olan X3 8 markalı telefon. İş materiallarında olan 22.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00607029 nömrəli 10.04.2019-cu il, il tarixli müqavilə əsasən : İMEİ kodu **********10886 olan X3 8 markalı telefonu təhvil almışdır. İş materiallarında olan 00980527 nömrəli 14.10.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: İndesit Soyuducu İş materiallarında olan 14.10.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00607029 nömrəli 10.04.2019-cu il, il tarixli müqavilə əsasən : İndesit Soyuducunu təhvil almışdır. İş materiallarında olan 22.11.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 01068773 nömrəli 22.11.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 720 manat təşkil edir. İş materiallarında olan 14.10.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 00980527 nömrəli 14.10.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 725 manat təşkil edir İş materiallarında olan 02.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 14.10.2019-cu, 10.04.2019-cu il, 22.11.2019-cu il tarixli müqavilələr üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, 10.04.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh HOFFMANN səsucaldıcı, LED TV, Ətçəkən, Mini soba,SAMSUNG Tozsoran, Braun Blender, Ütü, Redmond Qəhvəüyüdən üçün 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə, 22.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10886 olan X3 8 markalı telefon üçün 611 (altı yüz on bir) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə, 14.10.2019-cu il tarixli müqavilə üzrə İndesit Soyuducu üçün 519 (beşyüz on doqquz) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə, ümumilikdə 2677 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 10.04.2019-cu il tarixli, 14.10.2019-cu il tarixli, 00607029 nömrəli 10.04.2019cu il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu müvafiq olaraq 929 manat, 611 manat, 519 manat təşkil edir, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda cəmi əsas borcu 2059 manat təşkil edir. Təhvil-təslim aktına əsasən, cavabdeh malları təhvil almışdır. Cəmiyyət tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 14.10.2019-cu il tarixli , 10.04.2019-cu il tarixli və 22.11.2019-cu il tarixli müqavilə üzrə 929 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 279 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 50 manata, habelə 611 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 183 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 30 manata, 519 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 156 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 15 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 10.04.2019-cu il tarixli müqavilə üzrə 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, 22.11.2019-cu il tarixli müqavilə üzrə 611 (altı yüz on bir) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 14.10.2019-cu il tarixli müqavilə üzrə 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, ümumilikdə 2154 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 10.04.2019-cu il tarixli müqavilə üzrə 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, 22.11.2019-cu il tarixli müqavilə üzrə 611 (altı yüz on bir) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 14.10.2019-cu il tarixli müqavilə üzrə 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, ümumilikdə 2154 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar