Məhkəmə qərarları › İş №2(005)-4557/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4557/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4557/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1, onun nümayəndəsi və vəkili, qarşılıqlı iddia üzrə iddiaçı - ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçılar-ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 ünvan 1, 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehdən onun xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X13 və Cavabdeh2 ünvan 7 saylı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda digər cavabdehin işə cəlb olunması barədə vəsatət təqdim edərək, Cavabdeh2 digər cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17.07.1965-ci ildə X20 ilə nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 1967-ci il tarixdə X17 dünyaya gəlmişdir. 1971-ci ilin iyul ayında həyat yoldaşı X14 işlədiyi Xəzər Gəmiçilik İdarəsindən hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı 16 saylı mənzil verilmişdir. Mənzililə dair orderə həyat yoldaşının, onun, əvvəlki ərindən doğulmuş qızı X7 və X2nun adları qeyd olunmuşdur. Daha sonra X2 cavabdeh X24 ilə ailə həyan qurmuşdur. Həm cavabdeh, həm də nəvələri yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı 16 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. X2 uzun illərdir ki, psixi xəstədir. Cavabdeh 2010-cu ildən Türkiyəyə gedib gəlməyə başladı və demək olar ki, mütəmadi olaraq hər ay türkiyəyə səfər edirdi. Cavabdeh Türkiyədə olduğu müddətdə oğluna və nəvələrinə özü baxırdı. 2014-cü ildə cavabdeh birdəfəlik Türkiyəyə köçmüş və uşaqlar iddiaçının yanımda qalmışdır. 2016-cı ildə cavabdeh qızı Ayanı da oxumaq adı İlə Türkiyəyə aparmışdır. 2019-cu ildə ondan xəbərsiz cavabdehlə oğlu aralarında olan nikaha xitam vermişlər. 2021-ci ilin avqust ayında Mənzil İctismar Sahəsinə müraciət edərkən məlum olmuşdur ki, cavabdeh soyadını da dəyişmiş, Durmuş soyadım qəbul etmişdir. 8 ildən sonra bilmişdir ki, cavabdeh Türkiyədə ailə qurmuş, soyadını dəyişmişdir. Cavabdeh oğlu ilə nikah münasibətlərinə xitam verdiyi, başqası ilə ailə qurduğu, başqa soyadı qəbul etdiyi, uzun müddətdir ki, Türkiyədə yaşadığı üçün mənzildən qeydiyyatdan çıxmalıdır. Qeyd etdiyi əsaslar və cavabdehin uzun müddətdir ki, oğlu ilə nikah münasibətlərinə xitam verməsi, başqası ilə ailə qurması, başqa soyadını qəbul etməsi, Türkiyədə yaşaması ünvan 1, 16 saylı mənzilə istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi üçün tam əsas verir. Qarşılıqlı iddia üzrə iddiaçılar-ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Afıq qızı və Cavabdeh2 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, 16 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçılar tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 Afıq qızı və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, 16 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X17 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 1993-cü ildə Sirac adlı oğlu və 1997-ci il təvllüdlü Ayan adlı qızı anadan olmuşdur. X17 ilə ailə həyatı qurduqdan sonra cehiz əşyaları gəlin köçdüyü ünvan 2 ünvanına aparılmış və həmin evdə cavabdehlə birlikdə yaşamağa başlamışdır. Cavabdeh1 1992-ci ildən ünvan 2 ünvanına qeydiyyatdadır. İddiaçı Cavabdeh2 1997-ci ildən ünvan 2 ünvanına qeydiyyatdadır Cehiz əşyaları hazırda həmin evdədir. X17 ilə münasibətlər uyğun gəlmədiyindən 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə xitam verilmişdir. Cavabdeh İddiaçı dəfələrlə ünvan 2 ünvanda yaşadığı üçün söz-söhbətlər yaratmış, açıq-aşkar şəkildə iddiaçı Cavabdeh1 həmin ünvanda yaşamağına mane olmuşdur. İddiaçı Cavabdeh1 məcburiyyət qarşısında övladları ilə birlikdə həmin mənzili tərk etmişdir. Mənzili tərk edən gündən bu günə qədər iddiaçı Cavabdeh1 övladıları ilə birlikdə kirayədə yaşayır. Mübahisəli mənzil üç otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir və mənzilin icarədarları İddiaçıdır. İddiaçı nikaha girməsi ilə əlaqədar rəsmi nikaha daxil olduqdan sonra X17 tərəfindən mübahisəli mənzilə köçürülmüş və onlarla birgə təsərrüfat aparmaqla mənzildə yaşamışdır. İş materiallarında olan orderin surətindən müəyyən olur ki, ünvan 2 yerləşən mübahisəli mənzil dövlət mənzil fonduna daxil olmaqla, cavbadehin əri X14 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də işlədiyi müddətdə xidməti yaşayış sahəsi kimi verilmişdir. Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı özünün razılığı əsasında onun X2 nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçürülmüş və orada yaşamış, bununla da həmin mənzildən istifadə hüququ əldə etmişdir. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qarşılıqlı iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə, ilkin iddiaçının irəli sürdüyü dəlillərin əsaslı olması müəyyən edildiyi üçün onun mübahisəli mənzilə köçürülməli olması qənaətinə gəlinmişdir. Həmçinin Cavabdeh1 məhkəməyə vəsatət təqdim edərək, 2(005)-4557/2021 saylı mülki iş üzrə X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı və onun vəkili Vəkil2 ilkin iddianı müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1, onun nümayəndəsi və vəkili, qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, həmin mənzildə hazırda Cavabdeh1 yaşadığını nəzərə alaraq ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, aşağıda göstərilənlərə əsasən belə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan; 154 nömrəli MKİS tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1, 16 saylı mənzildə İddiaçı, X17, X21, X25 və Cavabdeh2 qeydiyyatdadılar. 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarın surətindən görünür ki, ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X14 verilmişdir. 12.07.1971-ci il tarixli, 106516 nömrəli orderin surətindən görünür ki, ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X14 verilmişdir. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 1, 16 saylı mənzildə İddiaçı, X17, X21, X25 və Cavabdeh2 qeydiyyatdadılar. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X17 ilə X21 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X4 nikahları 17.07.1965-ci ildə rəsmiləşdirilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 02.02.1999-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə X23 şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş X9 vərəsəsi İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının 17.10.2016-cı il tarixli rəyindən görünür ki, X10 şizofreniya, paranoid forma, psixi qüsur halı diaqnozu qoyulmuşdur. X29 PHŞ 2 nömrəli poliklinikasının 02.09.2021-ci il tarixli arayışından görünür ki, X10 şizofreniya, paranoid forma, psixi qüsur halı diaqnozu qoyulmuşdur. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. ünvan 4 yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 20.09.2021-ci il tarixli, 1432 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən 04.02.1999-cu il tarixdə ölmüş əri X5 miras qoyandan miras qalmış əmlaklara ünvan 6 ünvanında yerləşən mənzilə dair Qanun üzrə X23 Şəhadətnamənin verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı mirası qəbul etmiş vərəsədir. Həmçinin miras qalmış əmlak ünvan 6 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamışdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 7 ünvanında qeydiyyatdadır. 154 nömrəli MKİS-nin 21.09.2021-ci il tarixli, 255 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 8 ünvanında 18.09.1992-ci il tarixdən qeydiyyatdadır. X3 Nərimanov Rayon Məhkəməsinə ünvanladığı ərizədə qeyd etmişdir ki, ünvan 10n payçısı və vərəsəsi kimi X15 və tələbə olan qızı Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi barədə İddiaçı iddia tələbinə etiraz edir və iddianın rədd olunmasını xahiş etmişdir. 154 nömrəli MKİS-nin 05.10.2021-ci il tarixli, 276 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 7 ünvanında 06.05.1998-ci il tarixdən qeydiyyatdadır. “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 27.07.2015-ci il tarixdən 13.04.2016-cı il tarixədək və 13.04.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və qayıtmışdır. X28, X18, X16 07.10.2021-ci il tarixdə tərtib etdikləri aktda qeyd etmişlər ki, Məmmədova (Durmuş) Gövhər Afiq qızı 1992-ci ildən ünvan 7 ünvanında yaşayır. Cavabdeh2 A 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 15.09.2015-ci ildən 15.07.2016-cı ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Cavabdeh2 A 791722 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 15.07.2016-cı ildən 30.06.2019-cu ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Cavabdeh2 Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 30.06.2019-cu ildən 01.07.2020-ci ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Cavabdeh2 D 903304 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 01.07.2020-ci ildən 02.07.2021-ci ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 X11 birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü X26 doğulmuşdur. Karabük Universitetinin 21.07.2021-ci il tarixli transkript sənədinin surətindən görünür ki, Cavabdeh2 31.08.2015-ci il tarixdə həmin universitetə daxil olmuş və 01.07.2021-ci il tarixdə qeydiyyatı silinmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Məmmədova Tamella 17.07.1965-ci ildə X20 ilə nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 1967-ci il tarixdə X17 dünyaya gəlmişdir. X19 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarı ilə ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki ünvan 7) X14 verilmişdir. Daha sonra bu mənzilə dair 12.07.1971-ci il tarixli, 106516 nömrəli order verilmişdir. İddiaçının X2 cavabdeh X21 birgə nikaha daxil olduqdan sonra cavabdeh Məmmədova Gövhər hazırki mübahisəli evə gəlin köçmüşdür. İddiaçı əri X20 02.02.1999-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə X23 25.07.2012-ci il tarixli şəhadətnamənin surətindən təsdiqlənir ki, vəfat etmiş X9 vərəsəsi İddiaçı olmuşdur. X17 ilə X21 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 27.07.2015-ci il tarixdən 13.04.2016-cı il tarixədək və 13.04.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını uzunmüddətli tərk etmişdir. İlkin iddia üzrə digər Cavabdeh2 isə anası ilə birlikdə yaşamağa başlamışdır. 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətilə də təsdiq olunmuşdur ki, 15.09.2015-ci ildən o ölkəni tərk etmişdir. Hal-hazırda da Türkiyə Cumhurriyətində təhsil alır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İlkin iddia üzrə cavabdeh X11 hazırki mübahisəli evə gəlin köçdüyü tarix 2009-cu ildən əvvələ təsadüf etdiyindən məhkəmə hüquq münasibətlərinin yaranma tarixinə uyğun iddiaya hüquqi qiymət verilməsini, eyni zamanda ilkin iddia ilə qarşıqlı iddia tələbinin qanuni əsasları eyni hüquq normalarının qarşılıqlı şəkildə təhlil edilməsini şərtləndirdiyindən ilkin və qarşıqlı iddiaya birlikdə hüquqi qiymət verilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Qərarda o da qeyd edilir ki, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. Əvvəlki Mənzil Məcəlləsinin 6 0 -cı maddəsinə görə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması hüququ nəzərdə tutulmuşdur. Həmin maddədə başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının daha uzun müddətini nəzərdə tutan hallar sadalanmışdır. Həmin Məcəllənin qeyd edilən maddəsində o da nəzərdə tutulmuşdur ki, bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. Həmin Məcəllənin 60-cı maddəsinin 25 oktyabr 1985-ci il tarixli 208—Xİ nömrəli “Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan SSR X42 Heyətinin Fərmanı ilə təsdiq edilənədək qüvvədə olan normasının məzmununa görə “Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.” İşin hallarından göründüyü kimi ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki ünvan 7) mənzilə dair X19 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarı əsasında 12.07.1971-ci il tarixli, 106516 nömrəli orderlə X14 verildikdən sonra ilkin iddia üzrə cavabdeh X21 mübahisəli evə gəlin köçmüşdür. X17 ilə X21 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 27.07.2015-ci il tarixdən 13.04.2016-cı il tarixədək və 13.04.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını uzunmüddətli tərk etmişdir. X11 evi tərk etməsi halı ölkə hüdudlarından çıxmasını təsdiqləyən “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarış və onun məhkəmə iclasında təqdim etdiyi C 00475948 nömrəli vətəndaş pasportu əsasında da təsdiqini tapır. O da qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçının X2 ilə X21 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. Digər Cavabdeh2 istifadə hüququna münasbitdə qeyd edilməlidir ki, əvvəlki Mənzil Məcəlləsinin 6 0 -cı maddəsində müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsinin daha uzun müddətdə saxlanması əsasları qeyd edilmişdir. Bu sadalanan hallar sırasında təhsil ilə əlaqədar müvəqqəti başqa yerə getmiş şəxslərin daha uzun müddətə istifadə hüquqnun saxlanması halı nəzərdə tutulmamışdır. Cavabdeh2 A 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən də göründüyü kimi o, 15.09.2015-ci ildən 15.07.2016-cı ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Daha sonra bu müddət artırılmaqla təhsilini davam etdirməkdədir. Qeyd edilən əsaslar belə qənaətə gəlməyə əsas verir ki, digər Cavabdeh2 müvəqqəti başqa yerə getmiş olsa belə onun yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanılmalıdır. Bununla belə o, bu müddətdən artıq müddətə yaşayış yerini tərk etdiyindən istifadə hüququ da itirilməlidir. ünvan 1, 16 saylı mənzildə faktiki olaraq yaşamalarına dair X28, X18, X16 iş materiallarına əlavə edilmiş 07.10.2021-ci il tarixdə tərtib etdikləri akta əsaslanaraq Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında veridyi izahatına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, onların məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsinin surətindən də göründüyü kimi qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə faktiki olaraq yaşamadıqlarını qeyd etmişlər. Digər tərəfdən bu mənzildə yaşadıqları halda mənzilə köçürülmə tələbinin də hüquqi əsası aradan qalxır. Odur ki, ünvan 1, 16 saylı mənzildə faktiki olaraq yaşamalarına dair X28, X18, X16 iş materiallarına əlavə edilmiş 07.10.2021-ci il tarixdə tərtib etdikləri aktı məhkəmə inandırıcı sübut kimi qəbul etmir. İlkin iddia üzrə İddiaçı hazırki tələb irəli sürməsi üçün subyektiv hüququna münasibətdə məhkəmə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) İş materiallarında olan qanun üzrə X23 25.07.2012-ci il tarixli şəhadətnamənin surətindən təsdiqlənir ki, vəfat etmiş X9 vərəsəsi İddiaçı olmuşdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 179.3-cü maddəsinə görə əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; Məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatı yalnız həmin şəxslərin hüquqi qeydiyyatını əks etdirir və mülki qanunvericlikdə nəzərdə tutulmuş mülkiyyət hüququnun müdafiəçisi kimi çıxış etməyə qanuni və əsaslı şərait yaratmır. İlkin iddia üzrə iddiaçının dövlət rüsumunun məbləğilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq dövlət rüsumunun tutulması məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Bu səbəbdən iddia bu hissədə tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İlkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 11 ünvanında 16 saylı mənzilindən istifadə hüququna xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə iddiaçılar-ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilməməlidir. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 11 ünvanında 16 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu tərəfə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 11 ünvanında 16 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilməsin. Bu qətnamə Durmuş (Nəbiyeva) Gövhər Afiq qızının və Cavabdeh2 ünvan 11 ünvanında 16 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar