Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-456/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ekspertiza tədqiqatının dəyəri barədə tərtib olunmuş qərara xitam verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ekspertiza tədqiqatının dəyəri barədə tərtib olunmuş qərara xitam verilməsi” tələbinə dair iddia ərizəsi verərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin işdə iştirak etməyən tərəflərin iştirakı olmdan iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılmasını məhkəmə mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iş materiallarını nəzərdən keçirərək iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3758/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından göründüyü kimi İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ekspertiza tədqiqatının dəyəri barədə tərtib edilmiş qərara xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ekspertiza tədqiqatının dəyəri barədə tərtib edilmiş qərara xitam verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-8600/2020 saylı qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3758/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək, iş qərardadın əsaslanıdırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, iddia ərizəsinin mümkünlüyü məsələsi ilə bağlı əsaslandırılmış qərardadın qəbulu üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iddia ərizəsi üzrə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Odur ki, hazırki iddia ərizəsinə apellyasiya instansiyasının göstərişləri nəzərə alınmaqla baxılmasını məhkəmə məqbul hesab edir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməməli olduğunu bildirərək mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, hazırki tələbdə məhkəmə aktına əsasən məhkəmə xərcləri mübahisələndirildiyindən belə iddiaya ayrıca icraaat qaydasında baxılmasının mümkünsüzlüyünü nəzərə alaraq iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ekspertiza tədqiqatının dəyəri barədə tərtib olunmuş qərara xitam verilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-456/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-456/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver