Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4572/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.01.1968-ci il tarixdə vəfat etmiş X13 və 27.04.1986-cı ildə vəfat etmiş X11 qardaş olmaları və 28.02.2021-ci il tarixdə vəfat etmiş X12 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 52 ünvanında yerləşən 9 saylı mənzilin mirasın açılma yeri Bakı şəhəri olmaqla tərəfindən miras əmlak olaraq qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, yaxın qohumu X22 28.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhrumla kifayət qədər yaxşı münasibətləri olmuş və mərhum ömrünün son illərini faktiki olaraq onun himayəsində olmuşdur. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkdiyi səbəbindən köməyə ehtiyacı var idi. Mərhumun ölümündən sonra Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 52 ünvanında yerləşən 9 saylı mənzil miras əmlak olaraq qalmışdır. Mərhum ailəli olmamış və övladları yoxdur. Valideynləri də vəfat etmişdir. Mirası qəbul etmək niyyəti olduğundan notariat orqan olaraq Bakı şəhəri 14 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, qohumluğu təsdiq edən sənədlərin tam olmaması səbəbindən ərizə üzrə maraqlı şəxs olan 14 saylı Notariat Ofisindən cavab olaraq 31.05.2021 -ci il tarixli 1594 saylı cavab məktubu verilmiş və məktubda bildirilmişdir ki, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricindədir. Bununla yanaşı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bu səbəblə aidiyyatı üzrə məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Mərhum onun əmisi nəvəsidir. Yəni mərhumun anası X7 onun əmisi qızıdır. AZ-İİ №169770 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən, X22 28.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 265 saylı qeyd var. ИЖ 410298 saylı Doğum haqqında şəhadətnaməyə əsasən, X18 30.03.1955-ci il tarixdə doğulmuş, atası X28, anası X3r. Bu barədə akt qeydləri kitabında 1229 saylı qeyd var. ИЕ 216154 saylı Evlənmə haqqında şəhadətnaməyə əsasən, 1919-cu il təvəllüdlü X30 və 1930-cu il təvəllüdlü X7 27.04.1954-cü il tarixdə evlənmiş və evlənmə qeyd edilmədən sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bu barədə akt qeydləri kitabında 433 saylı qeyd var. İ-ЖГ 330388 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X28 05.01.1975-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 14 saylı qeyd var. AZ-İ 662675 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən, X9 13.02.2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 111 saylı qeyd var. ИE 435003 saylı Doğum haqqında şəhadətnaməyə əsasən X7 11.06.1930-cu il tarixdə doğulmuş, atası X13, anası X1r. Bu barədə akt qeydləri kitabında 670 saylı qeyd var. AЗ 098503 saylı Evlənmə haqqıda şəhadətnaməyə əsasən, 1896-cı il təvəllüdlü Tağıyev Bəxtiyar və 1908-ci il təvəllüdlü X14 05.10.1925-ci il tarixdə evlənmiş və evlənmə qeyd edilmədən sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. Bu barədə akt qeydləri kitabında 159 saylı qeyd var. İİ-ИE 237810 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən, X13 16.01.1968-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 47 saylı qeyd var. Sadalananlar mərhumun ailə şəcərəsi ilə bağlı olan sənədlərdir. A3 ******* saylı Doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1953-cü il tarixdə doğulmuş, atası X17, anası X5r. Bu barədə akt qeydləri kitabında 240 saylı qeyd var. İİİ-ЖГ 359145 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən, X17 27.04.1986-cı il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 397 saylı qeyd var. Bu sadalananlar isə onun mərhumla qohumluğumu təsdiq etməli olan ailə şəcərəsinə aid sənədlərdir. Mərhumun ana babası X13 və onun atası X17 qardaşdır. Bunu təsdiq edən akt qeydi haqda məlumat, yaxud doğum şəhadətnamələri əllərində yoxdur. Lakin, qohumluq bağları müəyyən edəcək digər sənəd-əsaslar mövcuddur. Şəki rayon Xalq Məhkəməsinin 2-22/1984 saylı 07.12.1984-cü il tarixli qətnaməsi var. Həmin qətnamə ərizəçi X11 ərizəsi əsasında qəbul edilmişdir. Qətnaməyə əsasən, ərizəçi X11, atası X4 tikintiyə sahiblik hüququ faktı müəyyən edilmişdir. Qətnamənin məzmunundan X4 X11 atası olduğu məlum olur. Belə olduqda, X6 ilə aralarında olan qohumluq münasibətlərini dəqiq müəyyən etmək mümkündür. Çünki, sənədlərə əsasən, X2 babasının (anasının atası) X13 olduğu və sənədlərə əsasən, onun atasının X17 olduğu işin mübahisəsiz halıdır. Bəhs etdiyi qətnaməyə əsasən, X4 X11 atası olması müəyyən edilir. Təsdiq olunması tələb olunan hal X4 X8 da atası olmasına dairdir. Soyad və adlardan eləcə də digər xüsusatlardan bu halı müəyyən etmək mümkündür. Bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Bunun üçün ərizənin baxılması zamanı tərəflərindən sübutların təqdim edilməsinə (şahid ifadələri və s.) çalışacaqlar. X2 babası X8 və onun atası X11 X4 uşaqları olması və X6ndan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 52 ünvanında yerləşən 9 saylı mənzilin, mirasın açılma yeri Bakı şəhəri olmaqla tərəfindən miras kimi qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında müəyyən edilməlidir. Mərhumla qohumluq bağlarını sübut edəcək kifayət qədər sənəd toplasa da, yenə də çatışmazlıqlar qalmışdır. Notariat ofisinə ərizə ilə müraciət etdikdə, həmin sənədlər tərəfindən oraya təqdim edilmiş, qalan sənədlərlə bağlı məlumatların notariat tərəfindən əldə edilməsinə ümid etmişdir. Bütün notariat ofislərinin qeydiyyat bazasına girişi təmin edildiyindən istənilən vətəndaş vəziyyəti ilə bağlı məlumatların bazadan əldə edilməsi imkanları mövcuddur. Lakin, çatışmayan məlumatlar bazadan müəyyən edilməmişdir. Bu da, həmin şəxslərin 1896-cı və 1908-ci il təvəllüdlü olması ilə bağlıdır. Həmin dövrlərdə vətəndaş vəziyyətinin qeydiyyatı xüsusilə əyalətlərdə tam şəkildə aparılmamış və məlumatlar tam olaraq dövrümüzə çatmamışdır. Ərizədə müəyyən edilməsini xahiş etdiyi faktlar bir-biri ilə bağlı olmaqla X6ndan miras qalmış mənzili vərəsəlik qaydasında rəsmiləşdirmək üçün zəruridir. Müəyyən edilməsini xahiş etdiyi qohumluq faktı məhz mirasdan pay almaq kimi hüquqi nəticələrə səbəb olmalıdır. Bu baxımdan ərizənin Qərarın tələblərinə uyğun olduğu qənaətindəyik. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, X2 vərəsələri dairəsinin müəyyən edilməsi ilə bağlı da sübutlar tərəflərindən məhkəməyə təqdim ediləcək. Lakin, müəyyən sübutlar var ki, onların tərəflərindən əldə edilməsi hal-hazırki mərhələdə mümkünsüzdür. Məsələn, mərhumun ailə vəziyyəti ilə bağlı qeydiyyat orqanlarından məlumat alınması mümkün deyil. Yəni, bu məlumatların vəkil sorğusu vasitəsilə əldə edilməsi də mümkün deyil. Bunu nəzərə alaraq, mərhumun ailə həyatına dari məlumatların məhkəmə sorğusu vasitəsilə əldə edilməsi mümkündür. Həmin məlumatları o bir qohum olaraq bilir, lakin, sənədlə təsdiqi yalnız bu formada mümkündür. X6 vəsiyyətnamə qoymamışdır. Belə olan halda, qanun üzrə vərəsəlik qaydaları tətbiq edilməlidir. X2 yaşayış yeri də, miras əmlakın olduğu yer də Bakı şəhəridir. Mərhumdan qalan yeganə miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 52 ünvanında yerləşən 9 saylı mənzildir. Mirasın açıldığı yer üzrə Bakı şəhərinin notariat ofislərinin birinə - 14 saylı Notariat Ofisinə mirası qəbul etdiyi barədə ərizə vermişdir. Miras əmlaka faktiki sahiblik edir. Bu əsaslarla mülki qanunvericilik miras əmlakı tərəfindən qəbul edilmiş sayır. Mərhum vəfat edən gündən, yəni 28.02.2021ci il tarixdən miras əmlak olan mənzilə faktiki olaraq sahiblik edir. Miras açıldığı gündən altı ay tamam olmamış Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Müraciətinin cavabı 31.05.2021-ci il tarixli məktubla, yəni mirasın açılmasından altı ay tamam olmasından üç gün sonrakı tarixlə verilmişdir. Təbii ki, ərizənin araşdırılması və cavabın hazırlanması müəyyən vaxt tələb edir. Notariat Ofisinin cavab məktubunda müddətlə bağlı qanunvericiliyin şərtlərinə əməl edilməməsi ilə bağlı irad yoxdur. Miras əmlakın qəbul edilməsi ilə bağlı faktı təsdiq edəcək sübutların tərəflərindən məhkəməyə təqdim edilməsi mümkündür. Bunu həm şahid ifadələri, həm də digər sənədlərlə, məsələn ölüm şəhadətnaməsinin tərəfindən alınması ilə bağlı müraciətlərin edilməsi və nəticədə həmin sənədin tərəfindən əldə edilməsi, mənzildə sayğac üzrə kommunal borcların yaranması və tərəfindən bu ödənişlərin edilməsi ilə təsdiq etmək olar. Miras əmlak olan mənzilə sahiblik edən, ondan istifadə edən olduğu halda sayğac üzrə borclar yarana bilər. Bu borcların yaranmasını mənzilə sahiblik etməmin sübutu sayır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri 14 saylı Notariat Ofisinin 31.05.2021-ci il tarixli, 1594 nömrəli məktubundan görünür ki, miras qoyanla qohumluq münasibətləri sübut edən sənəd təqdim olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin əmlaka dair vərəsəlik hüququ şəhadətnamə vermək imkan xaricindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş sutərindən görünür ki, ünvan 4 ünvanındakı əmlak X15 mülkiyyətindədir. AZ-İİ 169770 saylı ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X22 28.02.2021-ci il tarixdə vəfat etmişdir. ИЖ 410298 saylı Doğum haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X18 30.03.1955-ci il tarixdə doğulmuş, atası X28, anası X3r. ИЕ 216154 saylı Evlənmə haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, 1919-cu il təvəllüdlü X30 və 1930-cu il təvəllüdlü X7 27.04.1954-cü il tarixdə evlənmiş və evlənmə qeyd edilmədən sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İ-ЖГ 330388 saylı ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X28 05.01.1975-ci il tarixdə vəfat etmişdir. AZ-İ 662675 saylı Ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X9 13.02.2014-cü il tarixdə vəfat etmişdir. ИE 435003 saylı Doğum haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X7 11.06.1930-cu il tarixdə doğulmuş, atası X13, anası X1r. AЗ 098503 saylı Evlənmə haqqıda şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, 1896-cı il təvəllüdlü Tağıyev Bəxtiyar və 1908-ci il təvəllüdlü X14 05.11.1925-ci il tarixdə evlənmiş və evlənmə qeyd edilmədən sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. İİ-ИE 237810 saylı Ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X13 16.01.1968-ci il tarixdə vəfat etmişdir. A3 ******* saylı doğum haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə doğulmuş, atası X17, anası X5r. İİİ-ЖГ 359145 saylı ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X17 27.04.1986-cı il tarixdə vəfat etmişdir. Şəki Rayon Xalq Məhkəməsinin 2-22/1984 saylı, 07.12.1984-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X11 atası X4 tikintiyə sahiblik hüququ faktı müəyyən edilmişdir. Mənzil-Kommunal Xidmətləri üçün Mədaxil Qəbzindən görünür ki, Ərizəçi ünvan 5 ünvanındakı əmlaka dair 24 manat kommunal ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi tərəfindən vəfat etmiş X15 nikah şəhadətnaməsi, uşaqları olub-olmaması barədə sənəd təqdim etməmiş, həmçinin Ərizəçi ilə qohumluq münasibətlərini təsdiq edən sübutlar ərizənin təmin olunması üçün kifayət deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4572/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4572/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver