Məhkəmə qərarları › İş №2(005)-4588/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4588/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4588/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Ərizəçi Şərif qızının iştirakı ilə, Ərizəçi Şərif qızının “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Şərif qızı “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Şərif qızının 10 avqust 1968-ci il tarixdə Ermənistan Respublikası Noyemberyan rayonunda doğulmasına dair akt qeydinin bərpa edilməsi və atası qrafasında X10, milliyəti qrafasında azərbaycanlı, anası qrafasında X5, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Ərizəçi Şərif qızının doğum haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O xx xxxxxxxx 1968-ci ildə Ermənistan Respublikası Noyemberyan rayonunda anadan olub. X4, anası X5 olmuşdur. Ərizəçi bildirib ki, özünün doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikası Noyemberyan rayonunda qeydiyyat şöbəsindən alınmışdır. Lakin ərizəçi məlim hadisələrdən dolayı, yəni köç zamanı doğum haqqında şəhadətnaməsini itirib.Qeyd edib ki, mülkiyyət hüququ ilə əlaqədar olaraq sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnamənin əldə edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən doğum haqqında şəhədətnamənin təkrar verilməsi üçün Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 1455 nömrəli cavab məktubunda doğum huqqqında akl qeydinin bərpası üçün zəruri sənədlərlə şöbəyə şəxsən müraciət etməli olduğunu, digər halda isə məhkəməyə müraciət etməli olduğunu bildiriblər. Zəruri sənəd isə doğum haqqında şəhadərnamə olduğundan və itirildiyindən şöbə tərəfindən onun bərpası mümkün olmamışdır. Ərizəçi Şərif qızı məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, yazılı ərizə təqdim edib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Nərimanov Rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X6 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının əvvəllər doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin bacısı doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. X3 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi qızıdır. Məhkəmə iclasında şahid X6 ilə eyniməzmunlu ifadələr vermiş, Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olduğunu təsdiq etmişdir. Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 1455 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpası üçün zəruri sənədlərlə şöbəyə şəxsən müraciət etməli olduğunu, digər halda isə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının vətəndaşına məxsus AA seriyalı ******* saylı yeni nəsil şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Şərif qızı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ermənistan SSR Noyemberyan rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İ-SL seriyalı № 410817 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1957-ci ildə Noyemberyan rayonu Körpülü kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1957-ci il tarixində 2 nömrə ilə qeyd edilmişdir. X4, anası İbrahimova Tükəzban. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İV-JQ seriyalı 475402 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə xx.xx.1968-ci ildə Ermənistan SSR Noyemberyan rayonunda anadan olmuş X1 nikahları xx.xx.1988-ci il tarixində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1105 nömrə ilə qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi Şərif qızı xx.xx.1968-ci il tarixdə Noyemberyan rayonunda anadan olmuşdur. X4, anası isə X2r. Ərizəçi naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itirmiş, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Məmmədova (İbrahimova) Sədaqət Şarif qızının xx.xx.1968-ci il tarixdə Ermənistan SSR, Noyemberyan rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməli, "ata" qrafasında X10, "ana" qrafasında isə X5, ata və ana qrafasında milliyyətinin “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Məmmədova (İbrahimova) Sədaqət Şərif qızının xx.xx.1968-ci il tarixdə Ermənistan SSR, Noyemberyan rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X10, "ana" qrafasında isə X5, ata və ana qrafasında milliyyətinin “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov Rayonu qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar