Məhkəmə qərarları › İş №2(005)-460/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-460/2022

17.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-460/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Nəqliyyat İdarəsinin nümayəndəsi X3 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Nəqliyyat İdarəsinə qarşı “əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyəti bərpa edilməli, həmin qurumda digər bir işlə təmin edilməli, cavabdehin qanunazidd hərəkətləri üzündən ona 18.01.2021-ci il tarixdən bu günədək verilməmiş əmək haqlarına görə ümumilikdə 6840 (altı min səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona geri ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüyəm, təxminən 30 (otuz) ildir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində əmək fəaliyyəti ilə məşğul olmuş, sürücü peşəsində çalışmışdır. AR-nın Dövlət Neft Şirkəti tərəfindən qanunsuz olaraq 2021-ci ilin yanvar ayından etibarən işdən uzaqlaşdırılmışdır. Bunun nəticəsidir ki, o, işsiz qalmışdır. Nəzərə çatdırır ki, o 18.01.2021-ci il tarixinədək Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü peşəsində çalışmışdır. Məlumat üçün bildirir ki, AR-nın Dövlət Neft Şirkətinin Nəqliyyat Nəqliyyat İdarəsinə məxsus “Chevrolet Colorado” markalı, ** PB *** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin törətmişdir. Nəticədə Bakı Şəhər Nizami rayon Məhkəməsi tərəfindən 1(007)-199/2021-ci il saylı, 16 07.2021-ci il tarixli Hökmü ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzamı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin, bu günə qədər hökm icraya yönəlməyib. Bunu iddia ərizəsinə əlavə etdiyim Nizami rayon Məhkəməsi 1 (007)- 199/2021 -ci il saylı, 16 07.2021- ci il tarixli Hökmün surəti ilə təsdiq edir. Sözügedən yolnəqliyyat hadisəsi zamanı ölmüş X1 dəfn və digər xərclərinin özüm ödəmiş, mərhumun hüquqi varisi olan oğlu ilə də barışıq əldə etmişdir. Qeyd etmək istəyir ki, həyat yoldaşı X4 onkoloji xəstədir, İl-qrup əlildir. Hadisənin baş verən zaman keçirdiyi həyəcan nəticəsində xəstəliyi daha da pisləşmişdir. Bunu iddia ərizəsinə əlavə etdiyi xəstəlik tarixindən çıxarışın (epikrizin) surəti ilə təsdiq edir. Həm dəfn və digər xərclərin, həm də arvadımın müayinə və müalicəsinin xərclərini təmin etməkdən ötrü Azərbaycan Beynəlxalq Bankından hər ay 295 manat ödəmək şərti ilə 48 ay müddətinə 9700 (doqquz min yeddi yüz) manat kredit götürmüşdür. Bunu iddia ərizəsinə əlavə etdiyi ABB ilə imzaladığı 29.01.2021-ci il tarixli kredit müqaviləsinin surəti ilə təsdiq edir. Bildirir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi 18.01.2021-ci il tarixdən etibarən rəhbərlik tərəfindən işə buraxılmır və başqa işlə təmin olunmamışdır. İki oğlu var, ikisi də ailəlidir. Kiçik oğlu işsizdir, iki övladı onunla birlikdə yaşayır. Maddi rifahı çox aşağıdır, götürdüyü krediti də ödəyə bilmir. Daha sonra AR-nın Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbərliyi tərəfindən ona 23.08.2021-ci il tarixli “əmək müqaviləsinin dayandırılması haqqında” forma№T-8 aktı təqdim edilmişdir. Həmin akta görə o, işdən azad olunmalıdır. Lakin o, akta imza etməmiş və bununla razılaşmır. Fikrincə rəhbərlik onu həmin departamentdə, cilingər, gözətçi və ya hər hansı digər işlə təmin etməlidir. Bunu iddia ərizəsinə əlavə etdiyi sözügedən aktın surəti ilə təsdiq edir. O, öz növbəsində AR-nın Dövlət Neft Şirkətinin və həmin şirkətin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbərliyinə maddi rifahının çox aşağı olduğunu, evində onkoloji xəstə olduğunu, öhdəsində ailə üzvlərinin sayının çox olduğunu, banka krediti ödəyə bimədiyini və onun başqa bir işlə təmin olunmağını xahiş etsə də heç bir arzu olunan nəticə olmamışdır. Qeyd etmək istəyir ki, ona məxsus əmək kitabçası AR-nın Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentindədir və həmin idarədən mənə 17.08.-2021- 17.08.2024-cü illər ərzində “sürücü” kimi fəaliyyət göstərəcəyi barədə vəsiqə təqdim olunmuşdur. Əgər o, işdən uzaqlaşdırılmışdırsa nə üçün bu vəsiqə ona verilmişdir? Bunu iddia ərizəsinə əlavə etdiyi sözügedən vəsiqənin surəti ilə təsdiq edir. Mövcud problemlə bağlı olaraq, əlaqədar qurumlara müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Elə ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, sürücülükdən azad edilirsə ona başqa işlə ilə təmin olunacağına təminat verilsə də, bu günədək hər hansı bir işlə təmin edilməmişdir. Bundan başqa onun sürücü kimi aylıq əmək haqqı 855 manat olmuşdur və 18.01.2021-ci il tarixdən bu günə qədər mən əmək haqqı almamış, bu da ümumilikdə 6840 (altı min səkkiz yüz qırx) manat edir. Bu da onun maddi rifahına mənfi təsir göstərmişdir. Belə ki, bank kredtindən əlavə ailə başçısı kimi öhdəliyimi yerinə yetirməkdən ötrü qohumlardan, tanışlardan borc almış və borc sahibləri də haqlı olaraq ondan borclarını tələb edirlər. Ona görə də, hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyəti bərpa edilməli, həmin qurumda digər bir işlə təmin edilməli, cavabdehin qanuna zidd hərəkətləri üzündən ona 18.01.2021-ci il tarixdən bu günədək verilməmiş əmək haqqlarına görə 6840 (altı min səkkiz yüz qırx) manat məbləğində manat məbləğində pul vəsati cavabdehdən tutularaq ona geri ödənilməlidir. Daha sonra iddiaçı məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Nəqliyyat İdarəsi ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında əsil olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti əsil cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Nəqliyyat İdarəsi ilə əvəz olunaraq müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Nəqliyyat İdarəsinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əmək funksiyalarını yetrinə yetirərəkən ona təhkim olunmuş Nəqliyyat İdarəsinə məxsus Chevrolet Colarodo markalı ** PB *** qeydiyyat nişanlı avtomobillə 18.01.2021-ci il tarixində Nizami rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi törətdiyi üçün o, Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.07.2021ci il tarixli №1(007)-199/2021-ci il nömrəli hökmü ilə 2 ( iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. İddiaçı tərəfindən hökmdən elan olunduğu andan 20 gün müddətinə apellyasiya şikayəti və ya protest verilmədiyindən, hökm bu müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minmişdir. Qeyd olunanları və Nizami Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli №1(007)-199/2021-ci il nömrəli qüvvəyə minmiş hökmünü nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsaslanaraq, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 30.08.2021-ci il tarixli 1331/k saylı əmrlə xitam verilmişdir. Göstərilənlərə əsasən, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-199/2021 saylı 16.07.2021-ci il tarixli hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, maddi sübut qismində tanınmış “Chevrolet Colorado” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin SOCAR Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə təhvil verilməsi nəzərə alınması, 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, məhkəmə məsrəfi hesab olunan cəmi 300,40 manat ekspertiza xərci İddiaçı tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməsi hökm edilmişdir. İş materialarında olan 23 avqust 2021-ci il tarixli 23 avqust 2021-ci il tarixli əmək müqaviləsinin dayandırılması haqqından sərəncamdan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-199/2021 saylı 16.07.2021-ci il tarixli hökmünə əsaslamaqla İddiaçı işdən çıxarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirərkən ona təhkim olunmuş Nəqliyyat İdarəsinə məxsus Chevrolet Colarodo markalı ** PB *** qeydiyyat nişanlı avtomobillə 18.01.2021-ci il tarixində Nizami rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-199/2021 saylı 16.07.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyəti bərpa edilməli, həmin qurumda digər bir işlə təmin edilməli, cavabdehin qanuna zidd hərəkətləri üzündən ona 18.01.2021-ci il tarixdən bu günədək verilməmiş əmək haqqlarına görə 6840 (altı min səkkiz yüz qırx) manat məbləğində manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona geri ödənilməlidir. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli №1(007)- 199/2021-ci il nömrəli qüvvəyə minmiş hökmünü nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin ç bəndinə əsaslanaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 30.08.2021-ci il tarixli 1331/k saylı əmrlə xitam verildiyini bildirərək, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin l bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hüququ vardır. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 74-cü maddəsinin ç bəndinə əsasən, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 1331/K nömrəli 30.08.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə (özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilərkən, Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli №1(007)-199/2021-ci il nömrəli qüvvəyə minmiş hökmündən də göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən məhkəmə hökmü Əmək Məcəlləsinin tələblərinə əsasən işçinin işdən azad edilməsinə birbaşa əsas olmuşdur. Həmçinin 23 avqust 2021-ci il tarixli 23 avqust 2021-ci il tarixli əmək müqaviləsinin dayandırılması haqqından sərəncamdan da görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-199/2021 saylı 16.07.2021-ci il tarixli hökmünə əsaslamaqla İddiaçı işdən çıxarılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “Nizami Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli №1(007)-199/2021-ci il nömrəli qüvvəyə minmiş hökmü” əsas şərtdir. Məhz qeyd edilən halın mövcudluğu iş materiallarından aydın görünür, bu səbəbdən də işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsi ilə nəticələnmiş və tərəflər arasındakı əmək müqaviləsinə həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntunun yəni, Nəqliyyat İdarəsinə məxsus Chevrolet Colarodo markalı ** PB *** qeydiyyat nişanlı avtomobillə 18.01.2021-ci il tarixində Nizami rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi və məhkəmə hökmü ilə iddiaçının sürücülük hüququnun məhdudlaşdırılması onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “əmək fəaliyyətinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Nəqliyyat İdarəsinə qarşı “əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar