Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-462/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X8, İddiaçı, Üçüncü şəxs “Azneft” İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “bağ sahəsinə dair Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin təqdim olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 icraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X18 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində anası X9 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun anası X10 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində 48 (qırx səkkiz) ildən artıq müddət işləmiş, “Əmək Veteranı" medalı ilə təltif olunmuşdur. 1987-ci ildə "Azneft" İstehsalat Birliyinin Azərbaycan X18 və Layihə İnstitutunun nəzdində “Yaylaq” Bağçılıq Yoldaşlığı yaradılmışdır. Onun anası X10, “Yaylaq” Bağçılıq Yoldaşlığına üzv qəbul olunmuşdur. Bakı şəhər keçmiş X14 18.09.1987-ci il tarixli 19/340 nömrəli Qərarına əsasən Zirə qəsəbəsində AzNSETLİ-yə 9,6 ha torpaq sahəsi ayrılmış və yoldaşlığın üzvlərinin siyahısı təsdiq edilmişdir. X6 adına torpaq sahəsinin ayrılması faktı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 09.03.2013-cü il **********79 saylı və 27.07.2017-ci il **********54 saylı məktubları ilə iki dəfə təsdiq edilmişdir. AzNSETLİ-nin “Yaylaq" Bağçılıq Yoldaşlığı tərəfindən X9 təqdim olunmuş 17 may 1993-cü il tarixli 26 nömrəli arayışda göstərildiyi kimi Bakı şəhər keçmiş X14 18.09.1987-ci il tarixli 19/340 nömrəli Qərarına əsasən Zirə qəsəbəsində AzNSETLİ-yə ayrılmış torpaq sahəsində X9 259 nömrəli bağ sahəsi verilmişdir. 12 may 1991-ci il tarixdə AzNSETLİ-nin "Yaylaq" Bağçılıq Yoldaşlığının 21 iyun 1989-cu il tarixli qərarına əsasən həmin torpaq sahəsinə görə X10 tərəfindən 50 (əlli) keçmiş SSRİ rubl pul vəsaiti ödənilmiş və bu haqda ona kassa mədaxil orderi təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İdarəsinə dəfələrlə 2007, 2008, 2014 və 2017-ci illərdə yazılı və şifahi müraciətlərinə baxmayaraq onlara məxsus torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb olunan AzNSETLİ-nin “Yaylaq” Bağçılıq Yoldaşlığının protokolundan çıxarışı və ya yoldaşlığa üzvlük kitabçasını şirkətdən ala bilməmişlər. Hələ anası X3 biz bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırmalarına baxmayaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR məsələyə biganə yanaşıb və onlara qanuni mülkiyyətinə sahib çıxmalarına maneələr törətmişdir. 10 dekabr 2015-ci il tarixində torpaq sahəsinə aid Bağçılığa üzvlük kitabçasının, Protokoldan Çıxarışın, Əmr-Qərarın və Cizgi planın itirilməsi haqda “Respublika" qəzetində elan vermişlər. Sonradan iddiaçının şəxsi səyi nəticəsində o, Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş AzNSETLİ-nin əməkdaşlarının bağçılıq, yoldaşlıq torpaq sahəsinin üzvlərinin siyahısını əldə edə bilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsi tərəfindən təqdim olunmuş AzNSETLİ-nin əməkdaşlarının bağçılıq, yoldaşlıq torpaq sahəsinin bölgü sxemindən göründüyü kimi, 259 nömrəli bağ sahəsi iki ədəddir. Araşdırma nəticəsində məlum olmuşdur ki, 259 nömrəli torpaq sahəsinin biri, sonradan, saxtakarlıq yolu ilə Bakı şəhər keçmiş X14 18.09.1987-ci il tarixli 19/340 nömrəli Qərarına əsasən təsdiq olunmuş siyahıda adı olmayan başqa işçinin adına (X12) sənədləşdirilmişdir. “Yaylaq" Bağçılıq Yoldaşlığının keçmiş sədrinə bu məsələ ilə bağlı dəfələrlə müraciət edildikdən sonra onların yerinin 285-295 nömrəli bağ sahəsi ilə əvəzləşdirilməsi haqda onlara məlumat vermiş və həmin sahənin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin protokoldan çıxarışı və ya üzvlük kitabçasını təqdim edə bilmədiyklərinə görə dəfələrlə imtina məktubu almışlar. Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 sentyabr 2009-cu il tarixli 29-154QH nömrəli telefonoqramına cavab olaraq “Neftqazelmitədqiqatlayihə” institutunun tərkibində olan bağçılıq yoldaşlığı təsərrüfatlarına dair bütün sənədlərin əsli və surətləri 29 sentyabr 2009-cu il tarixli təhvil-təslim aktına əsasən "ARDNŞ"-in Yaşayış sahələri üzrə iş şöbəsinə verilmişdir. 25 may 2010-cu il tarixli akta əsasən Əzizbəyov rayonu Zirə qəsəbəsində yerləşən 9,6 hektar ərazisi olan Bağçılıq yoldaşlığının möhür və ştampı da “ARDNŞ"-in Yaşayış sahələri üzrə iş şöbəsinə təhvil verilmişdir. Həmin aktların surətləri ərizəyə əlavə edilir. Sonuncu dəfə 25.05.2021-ci il tarixdə SOCAR-a müraciət etdikdən sonra SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivindən aldıqları 03.06.2021-ci il tarixli SOCAR**********31060661X00027 nömrəli cavabından məlum olmuşdur ki, Mərkəzi Arxivin fondunda “Yaylaq" Bağçılıq X1 torpaq sahəsi ayrılması barədə heç bir sənəd aşkar olunmamışdır. Bu məktubun özü SOCAR-ın, anasının qanuni haqqını tapdalayaraq, hətta iddiaçının təqdim etdiyi arxiv sənədlərində açıq aşkar öz əksini tapmasına baxmayaraq, onlara məxsus torpaq sahəsinin sənədlərini təqdim etməkdə süründürməçiliyə və cinayətin üstünü ört basdır etməyə xidmət etməsinə sübutdur. Göründüyü kimi, cavabdeh iddiaçının hüquqlarını pozur və bu hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə dair ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məlumat verilməsinə baxmayaraq bu qurum heç bir səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs “Azneft” İB-nin nümayəndəsi Nümayəndə verdiyi izahatında bildirmişdir ki, qeyd olunan sənədlərin təqdim olunması öhdəliyi cavabdehə məxsus olduğu üçün iddianı qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yaylaq" Bağçılıq Yoldaşlığı birliyinin idarə heyəti tərəfindən verilmiş 17.05.1993-cü il tarixli, 26 saylı arayışın surətindən görünür ki, o, həqiqətən də, Zirə ərazisindəki 259 №-li bağ sahəsi Baksovetin № 19/340 18.09.1987-ci il qərarına əsasən birliyin üzvü X7 verilmişdir; İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X16, anası X10 qeyd edilmişdir. “Respublika” qəzetinin 10.12.2015-ci il tarixli nəşrinin surətindən görünür ki, X6 adına “Azneft” İB-nin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə İnstitunun “Yaylaq” Bağçılıq Yoldaşlığında 259 saylı Bakı Soveti № 19/340 18.09.1987-ci il qərarına əsasən verilmiş Zirə qəsəbəsində yerləşən bağ sahəsinə aid üzvlük kitabçası, protokoldan çıxarış, qərarın surəti, əmr qərar və cizgi plan itdiyi üçün etibarsız sayılır; Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 09.03.2013-cü il tarixli, **********79 №-li məktubundan görünür ki, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən Zirə qəsəbəsində yerləşən “AzNSETLİ”-nin bağçılıqyoldaşlıq üzvlərinin siyahısında X6 adına bağ sahəsi ayrılmışdır; Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin X9 ünvanlanmış 16.09.2017 və 14.11.2017-ci il tarixli, **********37, **********17 №-li məktublarından görünür ki, qeyd olunan daşınmaz əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya,protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) təqdim edildiyi təqdirdə ərizənizə yenidən baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 08.08.2018-ci il tarixli, **********06 №-li məktubundan görünür ki, arxiv məlumatlarına əsasən siyahıda adınının olmasına baxmayaraq, bağ nömrəsi və ölçüsü qeyd edilməmiş, üzvülük kitabçası, protokoldan çıxarış qovluqda aşkar olunmamışdır. Eyni bağçılıq yoldaşlığın nəzdində 254-259 nömrəli bağ digər şəxsin adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin bildirilir ki, bağ sahəsində hasarlanma-mərzçəkmə işləri aparılmamış və yerləşməsi qonşu bağ sahələrinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bundan başqa sözügedən ünvanla bağlı 2 saylı ünvan 3i il tarixli qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat idarəyə daxil olmamışdr. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır; Bakı Sovetinin 19/340 saylı 18.09.1987-ci il tarixli qərarının surətindən görünür ki, Zirə qəsəbəsində AzNSETLİ-yə 9,6 ha torpaq sahəsi ayrılmış və yoldaşlığın üzvlərinin siyahısı təsdiq edilmişdir. 2 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 27.04.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 178689 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11 yanvar 2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ünvanlanmış 03.06.2021-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Arxivin fondunda “Yaylaq” Bağçılıq X2 torpaq sahəsi ayırması barədə heç bir sənəd aşkar olunmadı; 29 sentyabr 2009-cu il tarixli təhvil-təslim aktına əsasən "ARDNŞ"-in Yaşayış sahələri üzrə iş şöbəsinə verilmişdir. 25 may 2010-cu il tarixli akta əsasən Əzizbəyov rayonu Zirə qəsəbəsində yerləşən 9,6 hektar ərazisi olan Bağçılıq yoldaşlığının möhür və ştampı da “ARDNŞ"-in Yaşayış sahələri üzrə iş şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunan hüquq normasının dispozisiyasından da aydın olduğu kimi, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edən kompleks hüquq olduğuna görə, yalnız sahiblik və istifadə hüquqlarının mövcudluğuna dayanaraq şəxsin əmlak üzərində mülkiyyət hüquqlarını tanımaq qeyri-mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı anası X10 “Yaylaq” Bağçılıq Yoldaşlığına üzv qəbul olunmuş, Bakı şəhər keçmiş X14 18.09.1987-ci il tarixli 19/340 nömrəli Qərarına əsasən Zirə qəsəbəsində AzNSETLİ-yə 9,6 ha torpaq sahəsi ayrılmış və yoldaşlığın üzvlərinin siyahısı təsdiq edilmişdir. İşin bu halı tərəflər arasında mübahisələndirilmir. İddiaçı bağ sahəsinə dair Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin təqdim olunması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Arxiv məlumatlarına əsasən siyahıda adınının olmasına baxmayaraq, bağ nömrəsi və ölçüsü qeyd edilməmiş, üzvülük kitabçası, protokoldan çıxarış qovluqda aşkar olunmamışdır. İddiaçı həmin sənədlərin təqdim edilməsi öhdəliyinini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmasını tələb edir. Lakin, mübahisəli daşınmaz əmlaka dair müvafiq sənədlər cavabdeh tərəfindən iddiaçıya verilməmiş, bununla da cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 icraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X18 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində anası X9 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 icraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X18 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X9 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285- 295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr- Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-462/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-462/2022
03.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver