Məhkəmə qərarları › İş №2(005)-4621/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4621/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4621/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Fəxərddin qızının maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizə və onun dəlilləri Ərizəçi Fəxərddin qızı Maraqlı şəxs cəlb olunmaqla digər hüquqi hallar tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Səbail Bələdiyyəsinin 1054 saylı xx.xx.2004-cü il tarixli Sərəncamında ərizəçinin adının “Minarə” deyil “Minayə” olması və həmin Sərəncamın ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Fəxərddin qızı xx xxxxxx 1957-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, 25 dekabr 1957-ci ildə Naxçıvan şəhər Qeydiyyat Şöbəsi (keçmiş VVADQ) 1044 nömrə ilə qeydiyyat aparılmış və doğum şəhadətnaməsi verilmişdir.30 dekabr 2004-cü ildə Bakı şəhər Səbail Bələdiyyəsinin 1054 saylı Sərəncamı ilə ona Salyan Şossesi 32 ünvanda 600 kv.m torpaq sahəsinin cizgi əsasında alqı-satqı qaydasında adına sənədləşdirilmişdir.Torpaq sahəsi həmin vaxtdan hasara alınmış və ərizəçinin istifadəsindədir.Bu yaxınlarda ərizəçi həmin torpaq sahəsini özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, Bakı şəhər Səbail Bələdiyyəsinin 600 kv.m torpaq sahəsinin ərizəçinin adına sənədləşdirərkən 1054 saylı xx.xx.2004-cü il tarixli Sərəncamında ərizəçinin adına Minayə yerinə “Minarə” kimi ceyd edilmişdir.Bundan sonra o, xx.xx.2025-ci ildə Bakı şəhər Səbail Bələdiyyəsinə müraciət edib Sərəncamında adının səhv yazıldığını bildirib, həmin səhvi düzəltməyi xahiş edib. Ərizəçiyə rəsmi olaraq bildirildi ki, hazırda Səbail Bələdiyyəsi tərəfindən 2007-ci ilədək qəbul olunmuş qərarlar və ona əsas olan sənədlərin dövriyyəsinə dair qeydiyyat kitabları, eləcə də həmin dövrə aid olan inzibati aktlar və ona əsas olan icraat materialları (iclas protokolları və s). bələdiyyənin arxiv bazasında mövcud olmadığından arxiv sənədlərinə istinad edilməsi mümkün olmayan sərəncama düzəliş edilməsi imkan xaricindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, ərizəçi onun həyat yoldaşıdır. Torpaq sahəsi 2004-cü ildən onların sahibliyi və istifadəsindədir. Onlara bələdiyyə tərəfindən verilən Sərəncamda adın səhv qeyd edilməsindən məlumatları olmayıb. Həmin torpaq sahəsində bütün kommunal xidmətlər ərizəçinin adına qeydiyyatdan keçirilib və vaxtlı-vaxtında ödənilir. Hazırda adın səhv qeyd edilməsi ona hüquqmüəyyənedici sənədlərin alınmasında maneə yaradır. Bələdiyyə isə sənədlərin arxiv bazasında mövcud olmadığını, saxlanmadığını bildirərək, məsələni həll etməkdən imtina edir. Bu isə onun hüquqlarının əhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəmə iş materiallarını hərtərəfli, obyektiv, qərəzsiz və tam araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - AR DİN tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi təqdim edilmiş “yaşayış yeri üzrə qeydiyyat “haqqında arayışın surətindən görünür ki, Ərizəçi 13 fevral 2025-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. - Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1957-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur - AR Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli sərəncamından görünür ki, vətəndaş X4 ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək, uzun müddət bundan əvvəldən abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi, Salyan şossesi, 32 ünvanda 600 kv.m. torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etmişdir. Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X2 adına sənədləşdirilməsi, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. M.F. Abbasova ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsi, Vət. M.F. Abbasova tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsaiti Səbail Bələdiyyəsinin hesabına ödənilməsi, Sənədləşdirilmiş torpaq sahəsinin və ətraf ərazinin texniki sanitar normalara uyğun, təmiz saxlanılması vət. M.F. Abbasovaya tapşırılması, Mövcud ərazidə əlavə tikinti işləri aparılarsa BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, Sərəncamın icrasına nəzarət, Ərazi-inkişaf idarəsinin rəisi Q. Abbasova həvalə edilməsi qərara alınmışdır. - Maraqlı şəxs tərəfindən Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış məktubdan görünür ki, Ərizəçi adına verilmiş Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1054 saylı sərəncamında adı yanlış olaraq Minarə kimi qeyd olunduğu sənəddə dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizənizə bələdiyyədə baxılmışdır. Səbail Bələdiyyəsi tərəfindən 2007-ci ilədək qəbul olunmuş qərarlar və ona əsas olan sənədlərin dövriyyəsinə dair qeydiyyat kitabları, eləcə də həmin dövrə aid olan inzibati aktlar və ona əsas oıan icraat materialları (iclas protokolları və s). bələdiyyənin arxiv bazasında mövcud olmadığından arxiv sənədlərinə istinad edilməsi mümkün olmayan sərəncama düzəliş edilməsi imkan xaricindədir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X8 Xidməti” Publik Hüuqqi şəxsi tərəindən təqdim edilmiş məktubdan görünür ki, 47606615 nömrəli abonent kodlu abonent kartından görünür ki, Ərizəçi məxsus olan Səbail rayonu, Salyan şossesi, ev-32 nömrəli mənzilin illər üzrə borcu 30,10 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli 003935 nömrəli arayışın surətindən görünür ki, Səbail, NQÇİ B/H qəsəbəsi, Səlyan yolu,Ev (Bina):0032,mənzil:0056 ünvanda yaşayan **********20056 kodlu abonent Ərizəçi ondan ötrü verilir ki, ünvana aid 3482916M837260 № sayğacın xx.xx.2025-ci il tarixli 1629 son indeksin gösətiricisinə əsasən qeyd edilən tarixə "xxxx" ASC-yə elektirik enerjisinin istifadəsinə görə borcu yoxdur. - “Azəriqaz” İB Bakı Regional qaz İstismarı İdarəsinin 17 fevral 2026-cı il tarixli məktubundan görünür ki, X1 Sistemində Ərizəçi adına Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 21 ünvanında **********00021 abonent kodu üzrə qeydiyyata alınmışdır. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Beləliklə, məhkəmə prosesində müəyyən olunmuşdur ki, Ərizəçi Fəxərddin qızı ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək, uzun müddət bundan əvvəldən abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi, Salyan şossesi, 32 ünvanda 600 kv.m. torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etmişdir. 30 dekabr 2004-cü ildə Bakı şəhər Səbail Bələdiyyəsinin 1054 saylı Sərəncamı ilə ona Salyan Şossesi 32 ünvanda 600 kv.m torpaq sahəsinin cizgi əsasında alqı-satqı qaydasında adına sənədləşdirilmişdir. Torpaq sahəsi həmin vaxtdan hasara alınmış və ərizəçinin istifadəsindədir. Daha sonra məlum olmuşdur ki, 30 dekabr 2004-cü il tarixli Səbail Bələdiyyəsinin sərəncamında “Ərizəçi” əvəzinə “Abbasova Minarə” qeyd edilmişdir. Hazırda ərizəçi Bakı şəhər Səbail Bələdiyyəsinin 1054 saylı xx.xx.2004-cü il tarixli Sərəncamında ərizəçinin adının “Minarə” deyil “Minayə” olması və həmin Sərəncamın ona məxsus olması hüquqi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçinin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, torpaq sahəsi ərizəçinin sahibliyi və istifadəsindədir; həmin topaq sahəsinin başqa şəxsə məxsusluğu ilə bağlı hər hansı mübahisə yoxdur. Ərizəçi uzun müddətdir ki həmin toraq sahəsinə sahiblik etməklə yanaşı, orada fərdi yaşayış evi də inşa etdirmiş, bütün kommunal xidmətlər onun adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq, maraqlı şəxs 2007-ci iləqədər olan sənədlərin bələdiyyənin arxiv bazasında saxlanmadığına istinad edərək, yol verilmiş yanlışlığın aradan qaldırılmasından imtina etmişdir. İş materiallarından və digər sənədlərdən görünür ki, Səbail rayonu, Salyan şossesi,ev-32 nömrəli torpaq sahəsi Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 4.1-ci maddəsinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.; 4.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ- torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan torpağa dair sənədlərdən həmin sənədlərin Ərizəçi adına verildiyi görünür. Məhkəmə tərəfindən sözügedən ünvana baxış keçirilmiş, Ərizəçi yaşadığını, torpağın və onun üzərində yerləşən fərdi yaşayış evinin onun sahivliyi və istifadəsində olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Minarə” adlı şəxsin adına verilmiş sənədlərdə olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair sənədlərdə torpaq sahəsinin və evin tam eyni olduğu aydın olur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, AR Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004cü il tarixli sərəncamının xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi məxsus olmsı barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1054 saylı Sərəncamının xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar