Məhkəmə qərarları › İş №2(005)-4647/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4647/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4647/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, X2, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 adına Maraqlı şəxsndə tərtib edilmiş 10 iyul 1996-cı il tarixli “Doğum haqqında Akt qeydiyyatının" Ərizəçi məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxx 1996-cı ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olmuşdur. Cəbrayıl Rayon VVAQ Şöbəsitərəfindən 10 iyul 1996-cı il tarixdə adına 39 nömrəli “Doğum haqqında şəhadətnamə” tərtib olunmuşdur. “Doğum haqqında şəhadətnamə»də adı “Elmar” kimi qeyd olunduğu halda, arxiv sənədlərində “Emin” kimi qeyd olunduğu müəyyən olunmuşdur. Bildirir ki, Ərizəçi dörd yaşı olanda valideynləri Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışlar. Rusiya Federasiyasında azyaşlı olaraq 2000-ci ildən sonrakı illərdə yaşamağa başladıqdan sonra həmin xarici ölkənin dövlət orqanları ona Ərizəçi adı ilə şəxsiyyətini müəyyənləşdirən sənədlər vermişlər. Cəbrayıl Rayon VVAQ Şöbəsitərəfindən 1996-cı ildə verilmiş “Doğum haqqında şəhadətnamədə” adı, ata adı və soyadı Ərizəçi kimi qeyd olunub və o bütün fəaliyyətini bu ad, soyad və ata adı əsasında qeydiyyatdan keçirilmişdir. O 2000-ci ildə azyaşlı olduğundan təqdim olunmuş xx.xx.1996-cı il tarixli “Doğum haqqında şəhadətnamədə” aparılmış qeydiyyatın (düzəlişin) hansı səbəbdən baş verdiyini bilmir. Məlum olan odur ki, “Elmar” adı ilə xarici ölkədə də fəaliyyət göstərmiş, bu ad ilə ona rəsmi sənədlər (Ali təhsil haqqında diplom və digər rəsmi sənədlər) təqdim olunub. Qeyd olunanlardan əlavə, müraciəti əsasında xx.xx.2017-ci ildə soyadının dəyişdirilməsinə dair Rusiya Federasiyasında şəhadətnamə almışdır. Həmin şəhadətnamədə və Rusiya Federasiyasında şəxsiyyəti təsdiq edən rəsmi sənədlərdə soyad, ad və ata adı “X13” kimi rəsmiləşdirilmişdir. Bütün sənədləşmələr xx.xx.1996-cı il tarixli “Doğum haqqında şəhadətnamə” əsasında rəsmiləşdirilməklə, sonrakı dövrlərdə “Elmar” adı dəyişilməz olaraq saxlanılmışdır. Adına 1996-cı ildə verilmiş və valideynlərinin həmin vaxt onun adına aldıqları şəhadətnamədə adı “Elmar” kimi qeyd olunur, lakin arxiv sənədlərdə adının “Emin” olduğu qeyd olunur. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi əmlaka dair hüququ rəsmiləşdirilərkən adı “Elmar” kimi çıxarışda qeyd olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - Cəbrayıl rayonu VVAQ Şöbəsi tərəfindən 10 iyul 1996-cı il tarixdə verilmiş XİX-JQ 470849 nömrəli doğum haqqında şəhadətnamədə qeyd olunur ki, Ərizəçi xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X4r. - Adın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 1996-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuş Ərizəçi soyadını və ata adını dəyişmiş yeni adı X13 kimi qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli pasportda qeyd olunur ki, X13 xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. - İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə qeyd olunur ki, xx.xx.1996-cı il təvəllüdlü, Azərbaycan Respublikası Bakı şəhərində doğulmuş Ərizəçi xx.xx.2022-ci il tarixdə tibbi komissiyadan keçmişdir. - Azərbaycan respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 14 mart 2022-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, xx xxxxx 1996-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Cəbrayıl Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubda qeyd olunur ki, Ərizəçi doğum haqqında akt qeydinizdə adınızın “Elmar” yox, “Emin” qeyd edildiyi müəyyən edilmişdir. Müvafiq düzəlişin aparılması üçün və doğum akt qeydinə düzəliş edilməsi və ərizənin təmin edilməsi Maraqlı şəxs imkanı xaricindədir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Ərizəçi xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Buna dair Cəbrayıl Rayon VVAQ Şöbəsi tərəfindən 10 iyul 1996-cı il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Sonradan Ərizəçi Rusiya Federasiyası vətəndaşlığını qəbul etmiş, adını X12 dəyişdirmişdir. Daha sonra xx xxxxx 1996-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması barədə Azərbaycan respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindənqərar qəbul edilmişdir. Maraqlı şəxs isə onun adına aparılmış akt qeydinə adının “Emin” kimi qeyd edilməsini əsas gətirməklə doğum haqqında təkrar şəhadətnamə yazılması ilə bağlı ərizəsini təmin etməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 6 və 6.1-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi adı Cəbrayıl Rayon VVAQ Şöbəsitərəfindən aparılmış akt qeydində yanlışlıqla “Emin” kimi qeyd edilmişdir. Belə ki, iş materiallarından Ərizəçi adının “Emin” deyil, “Elmar” olması, müvafiq doğum haqqında şəhadətnamənin Ərizəçi aid olması sübut olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Cəbrayıl rayonu VVAQ Şöbəsi tərəfindən 10 iyul 1996-cı il tarixdə verilmiş XİX-JQ 470849 nömrəli doğum haqqında şəhadətnamənin verilməsinə əsas olan akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 adına Cəbrayıl rayonu VVAQ Şöbəsi tərəfindən 10 iyul 1996-cı il tarixdə verilmiş XİX-JQ 470849 nömrəli doğum haqqında şəhadətnamənin verilməsinə əsas olan akt qeydinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar