Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-466/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: icarə müqaviləsi üzrə pul) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Prius markalı. **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixili icarə müqaviləsinə əsasan sözügedən avtomobili, gündəlik 20 (iyirmi) manat ödəmək şərti ilə, icarəyə vermişdir. xx.xx.2024-cü il tarixinə X2 xx.xx.2024cü il tarixli icarə müqaviləsi üzrə ona 800 (səkkiz yüz) manat məbləğində icarə borcu mövcuddur. Borcun ödənilməsi bağlı ona pretenziya göndərilsə də bügunkü günə qədər onun tərəfindən hər hansı ödəniş olunmamışdır. Digər tərəfdən Cavabdeh avtomobili qaytaran zaman, avtomobili iş yerinin yaxınlığına qoyaraq oradan uzaqlaşmış, lakin avtomobil açalarını təhvil verməmişdir. Bugunə qədər avtomobilin açarı olmadığından həmin avtomobildən istifadə etmək hüququnu məhdudlaşdırır. Avtomobilə müəyyən məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə gedişatı zamanı bununla bağlı sübutlar məhkəməyə təqdim olunacaq, həmçinin, ekspertiza təyin olunması ilə bağlı vəsatət veriləcəkdir. Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələri səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdməyini bildirmiş, iclasın iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-466/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - BB434169 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 77LD861 dövlət qeydiyyat nişanlı «X8» minik markalı nəqliyyat vasitəsinin sahibi X4r. - AR-İİ 713648 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Vüsal Noşət oğluna adına alınmış istənilən növ markalı nəqliyyat vasitəsini qəbul etməyi, idarə etməyi, nəqliyyat vasitəsinə sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s. bağlamağı və s. səlahiyyətlərinin xx.xx.2032-ci il tarixədək etibar etmişdir. -İddiaçı və Cavabdeh arasında bağlanmış 06 iyul 2024-cü il tarixli avtomobil icarə müqaviləsindən görünür ki, icarəyəverən, qanuni əsaslarla ona məxsus olan «Toyota Prius» markalı minik nəqliyyat vasitəsini, Dövlət nömrə nişanı: 77LD861 Buraxılış ili: 2006; Mühərrik № U021725 Rəngi: Boz mavi metallik; Tip: XETÇBEK; Ban: JTDKB20U0********) icarəyə verir, icarəçi isə həmin Nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. İcarəçi bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitəsini 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 20 (iyirmi) manat məbləğində icarə haqqını ödəyir. - «İcarəyəverən» «İddiaçı» və İcarəçi Cavabdeh tərəfindən tərtib edilmiş 06 iyul 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İcarəyəverən yuxarıda göstərilən Müqavilənin şərtlərinə müvafiq «Toyota Prius» markalı minik nəqliyyat vasitəsini (Dövlət nömrə nişanı: 77LD861; Buraxılış ili: 2006; Mühərrik № U021725; Qırmızı metallik; Tip: XETCBEK; Ban JTDKB20U0********) icarəçinin xidməti ehtiyacları üçün İcarəçinin istifadəsinə icarəyə təhvil verir, icarəçi isə hənin nəqliyyat vasitəsini icarəyə qəbul edir. - İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvanlanmış pretenziya məktubundan görünür ki, 06 iyul 2024-cü il tarixli icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin icarəsi üçün 800 manat, gecikdirilmiş icarə haqqına görə 150 manat məbləğində borcun ödənilməsini eləcə də avtomobilin açarlarını 3 iş günü ərzində təhvil verilməsi xahiş olunmuş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası və digər məsələlər barədə məhkəmə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 06 iyul 2024-cü il tarixli avtomobil icarə müqaviləsinə əsasən, iddiaçı 77LD861 dövlət qeydiyyat nişanlı «X8» minik markalı nəqliyyat vasitəsi sonuncuya icarəyə verməyi, cavabdeh isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edərək, 1 təqvim günü müddətinə avtomobilin icarəsi üçün icarəyəverənə 20 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirmiş, nəqliyyat vasitəsini 06 iyul 2024-cü il tarixdə Cavabdeh icarə üçün təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər edilməmişdir. Müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Bununla belə müqavilə üzrə borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -704.1-ci maddəsinə əsasən, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. -704.2-ci maddəsinə əsasən, icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 iyul 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən nəqliyyat vasitəsini Cavabdeh icarəyə vermişdir. Cavabdeh müqaviləyə əsasən nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd olunan müddətdə və məbləğdə ödəmək öhdəliyi götürmüşdür (2.1.2). O, nəqliyyat vasitəsini təhvil alsa da, müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə (1 təqvim günü üçün 20 manat) ödənişləri etməmişdir. Bununla da müqavilə şərtləri pozmuşdur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, avtomobilin icarəsinə görə 06 iyul 2024-cü il tarixli müqavilə üzrə 800 manat borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-466/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-466/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver