Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4694/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan C03 mənzilin; Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin və Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-122/06 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 kv.m, yaşayış sahəsi 87.90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan C03 mənzilin; Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili almışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198159 manat təşkil etmişdir. Göstərilən məbləğ tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Pulun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 15.12.2018-ci il tarixli 095 saylı Maliyyə Arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı həqiqətən Cavabdeh MTK-nın ünvan 2 ünvanında inşa eldiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan C03 mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-120/18 nömrəli müqaviləyə əsasən yuxanda qeyd olan şəxsin borcu yoxdur. Bundan əlavə Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 3 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili almışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198159 manat təşkil etmişdir. Göstərilən məbləğ tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Pıılun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 15.12.2018-ci il tarixli 096 saylı Maliyyə Arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-nın ünvan 2 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 14-cü mərtəbəsində verləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan C03 mənzilin deyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-121/14 nömrəli müqaviləyə əsasən yuxanda qeyd olan şəxsin borcu yoxdur. Bundan əlavə Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-122/06 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzili almışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 127959 manat təşkil elmişdir. Göstərilən məbləğ tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Pulun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 15.12.2018-ci il tarixli 097 saylı Maliyyə Arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-nın ünvan 2 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 6-cı mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan C04 mənzilin dəyərini tam ödəmişdir. ‘Cavabdeh MTK şirkətinə C-122/06 nömrəli müqaviləyə əsasən yuxanda qeyd olan şəxsin borcu yoxdur. Müqavilələrin 3.17-ci bəndlərinə əsasən, Kooperativ “Payçının” əldə edəcəyi mənzilin yerləşdiyi binanı, Müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüşdür. Kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi başa çatmışdır. Binadakı mənzillər bəzi payçılara təhvil verildiyi halda ona məxsus mənzillər təhvil verilmir. Mənzillərin təhvil-təslim edilməsi və mənzilin açarlarının təqdim edilməsi barədə 27.08.2021-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh MTK-nın hüquqi ünvanına Pretenziya (xəbərdarlıq) göndərmişdir. Prelenziya (xəbərdarlıq) 31.08.2021-ci il tarixdə Cavabdeh MTK-ya təqdim edilməsinə baxmayaraq, cavabdeh təqdim edilən zərfi almaqdan imtina etmiş və bu barədə poçtun çatdırılmamanın səbəbi kimi “imtina edilib" göstərilmişdir. Cavabdehin məktubun məzmunundan xəbəri olmuş və bu səbəbdən də zərfin götürülməsindən imtina etmişdir. Pretenziyada (xəbərdarlıqda) mənzillərin 10 gün müddətində ona təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsini MTK-ya təklif etmişdir. Bildirmişdir ki, əgər təklifdən imtina edilərsə və ya 10 gün müddətində təklifə cavab verilməzsə, onda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Cavabdeh tərəfindən Pretenziya (xəbərdarlıq) olan zərfin götürülməsindən bilərəkdən imtina edilməsi, həmin sənədin təqdim edildiyi 31.08.2021-ci il tarixdən rəsmi qaydada verilməsi hesab olunur. Mənzillərin pay dəyərini cavabdehə tam ödəməklə həmin mənzillərə sahiblik, istifadə hüququ və gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh mənzilləri ona təhvil-təslim etməməsi və mənzillərin açarlarını təqdim etməməsi ilə mülki hüquq pozuntusu (delikt) törətmişdir. Təhvil-təslim edilməsi və açarlarının təqdim edilməsini tələb etdiyi mənzillər ünvan 1 ünvanında yerləşir. Ona görə də, bu iddia müstəsna aidiyyətdir. İddia ərizəsi üzrə mülki işə ərazi aidiyyətinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh MTK-nın 15.12.2018-ci il tarixli C-120/18 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 5 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C, blokunda 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 m2 yaşayış sahəsi 136.40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət C03 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Müqavilənin 4.2-ci bəndinə əsasən “Payçı” müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiymətinin bir hissəsi olan 198159 manat məbləğində ilkin pay haqqını “Kooperativ”ə ödəyir. Cavabdeh MTK-nın 15.12.2018-ci il tarixli 95 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh MTK-nın ünvan 6 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən, C03 mənzil, ümumi sahəsi 152.43 m2, yaşayış sahəsi 136.40 m2 olan 3 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-120/18 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Cavabdeh MTK-nın kassa mədaxil orderirinin qəzinin surətindən görünür ki, İddiaçı mənzilə görə (müqavilı C-121/14) 198159 manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir. Cavabdeh MTK-nın 15.12.2018-ci il tarixli C-121/14 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 5 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C, blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 m2 yaşayış sahəsi 136.40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət C03 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Müqavilənin 4.2-ci bəndinə əsasən “Payçı” müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiymətinin bir hissəsi olan 198159 manat məbləğində ilkin pay haqqını “Kooperativ”ə ödəyir. Cavabdeh MTK-nın 15.12.2018-ci il tarixli 96 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh MTK-nın ünvan 6 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində C blokunun 14-cü mərtəbəsində yerləşən, C03 mənzil, ümumi sahəsi 152.43 m2, yaşayış sahəsi 136.40 m2 olan 3 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-121/14 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Cavabdeh MTK-nın kassa mədaxil orderinin qəzinin surətindən görünür ki, İddiaçı mənzilə görə (müqavilı C-120/18) 198159 manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir. Cavabdeh MTK-nın 15.12.2018-ci il tarixli C-122/06 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 5 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C, blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 m2 yaşayış sahəsi 87.90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət C04 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Müqavilənin 4.2-ci bəndinə əsasən “Payçı” müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiymətinin bir hissəsi olan 127959 manat məbləğində ilkin pay haqqını “Kooperativ”ə ödəyir. Cavabdeh MTK-nın 15.12.2018-ci il tarixli 97 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh MTK-nın ünvan 6 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində C blokunun 6-cı mərtəbəsində yerləşən, C04 mənzil, ümumi sahəsi 98.43 m2, yaşayış sahəsi 87.90 m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-122/06 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. 26.08.2021-ci il tarixli iddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubların surətindən görünür ki, mənzilləri 10 gün müddətində təhvil-təslim edilməsi və mənzilin açarlarının təqdim edilməsini MTK-ya təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MTK-a MMC-nin hüquqi ünvanı ünvan 7i DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 8A ünvanında qeydiyyatdadır. Cavabdeh MTK-ya ünvanlanmış poçt qəbzindən görünür ki, MTK tərəfindən məktubun alınması imtina edilmiş və bu səbəbdən poçt geri qaytarılmışdır. "xxxx" MMC-nin, Cavabdeh MTK-nın direktoru X4 ünvanlanmış 18.04.2019-cu il tarixli 12/72, 24.06.2019-cu il tarixli 12/79, 10.07.2019-cu il tarixli 12/62 nömrəli bildirişxəbərdarlıqların surətindən görünür ki, "xxxx" MMC ilə Konstra MTK arasında 05.07.2018cı ildə 0507/01-18 saylı müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən BŞİH başçısının 29.12.2015-cı il tarixli 566 saylı sərəncamı və 15.12.2016-cı ildə 539 saylı Nərimanov rayonu, M.Sənani küçəsi 13/15-də 3 girişli, 21 mərtəbəli və 2 səviyyəli zirzəmi mərtəbəsinin tikintisinə icazəsi verilmiş "xxxx" MMC-yə məxsus olan ərazidə tikintiquraşdırma işlərinin 24 ay müddətində başa çatdırılması nəzərdə tutulurdu. Bu müqavilənin bağlandığı vaxtdan indiyədək tikinti quraşdırma işlərinin 30%-dək həcmində yerinə, yetirilmişdir. Tikinti-quraşdırma işlərinin Konstra MTK tərəfindən gecıkdirilməsi ilə bağlı Konstra MTK-da dəfələrlə şifahi xəbərdarlıq edildiyi, 18.04.2019-cu il 12/72 saylı və 24.06.2019-cu ıl 12/73 saylı bildiriş-xəbərdarlıqlar göndərilmişdir. Bu xəbərdarlıqlardan da Cavabdeh MTK heç bir nəticə çıxarmamış və tikinti işlərinin sürətini artırmaq üçün heç bir addım atmamışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq indiyədək Konstra MTK görülən işlər barədə Orxan TİT MMC-yə heç bır rəsmi hesabat verməmişdir. Müqavilənin 9-cu maddəsindəki 9.1, 9.1.1, 9.1.2, 9.1.3 bəndlərinə əsasən "xxxx" MMC şirkətə dəyən zərəri azaltmaq üçün və «C» blokundakı tikinti işlərini Cavabdeh MTK-nın başlaya bilmədiyi üçün «C» blokundakı tikinti-quraşdırma işlərini başa çatdırmaq üçün müqavilə əsasında başqa bir şirkətə verməyi qərara almışdır. Son olaraq Cavabdeh MTK-ya xəbərdarlıq edərək onlara işlərində ciddi dönüş yaratmağı «A» və «B» bloklarında görüləcək işləri sürətləndirməyi, görülən işlər barədə ətraflı rəsmi hesabat vermələrini və tərəfinizdən təqdim olunacaq Forma-2-ləri təsdiq edərək görülmüş işlərin tanınmasına dəvət edildiyi bildirilmişdir. Cavabdeh MTK-nın 30.10.2019-cu il tarixli 03 nömrəli qərarının surətindən görünür ki, 05.10.2019-cu ildə "xxxx" MMC və Cavabdeh MTK arasında bağlanmış razılaşma müqaviləsində 05.07.2018-ci il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsi və ondan irəli gələn 1, 2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıü yalnız “Şəhər incisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Aid olduğu üçün Cavabdeh MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etmişdir. 07.01.2020-ci il tarixli Təhvil-Təslim Aktının surətindən görünür ki, "xxxx" MMC və Cavabdeh MTK təsdiq edirlər ki, aktın predmeti olan və faktiki yerinə yetirilmiş TQİ-nin həcminə və onun hesablanmış dəyərinə dair bir-birilərinə qarşı iddiaları yoxdur. 21.01.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi "xxxx" MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700 kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. "xxxx" MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, hal-hazıradək (15.02.2019-dək) ******* manat dəyərində müştərilərlə alqı-satqı və barter əməliyyatları həyata keçirilmişdir. Konstra şirkəti olaraq öz üzərilərinə öhdəlik kimi onu götürür ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatları sifarişçinin ümumi razılığı olmadan həyata keçirilməyəcəkdir. "xxxx" MMC-nin direktoruna ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 9nşa edilmiş binalardan Cavabdeh MTK-nın icraçı direktoru X10 tərəfindən 152 nəfər vətəndaşlara satılmış mənzillərə dair bağlanmış müqavilələri qeyri-qanuni hesab edildiyi üçün kooperativ tərəfindən 02 dekabr 2019-cu il tarixdə həmin müqavilələrin ləğvi barədə əmr verilmişdir. Sonra müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin müqavilələr kooperativ tərəfindən bir tərəfli qaydada ləğv edilməsi qeyri-qanunidir. Ona görə də 09 dekabr 2019-cu il tarixdə 02 saylı əmrlə 02 dekabr 2019-cu il tarixli 01 saylı əmr qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh 01 və 02 nömrəli, 02,09.12.2019-cu il tarixli əmrlərin surətində qeyd edilmişdir ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh MTK arasında 05.07.2018-ci il tarixdə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 10 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. 29.01.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Dilafir Taryel oğluna etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Etibarnamə 29.01.2023-cü il tarixədək qüvvədədir. Cavabdeh Mənzil Tikitnti Kooperativinin üzvlərinin ümumi yığıncağının yanvar 2018ci il tarixli protokolundan görünür ki, kooperativin pay fondu 100 (bir yüz) manat məbləğində və üzvlərinin pay fondundakı mütləq pay haqları müəyyən edilərək X11 50 manat, 50 pay haqqı, 50%, X15 20 manat, 20 pay haqqı, 20%, X12 5 manat, 5 pay haqqı, 5%, X5 5 manat, 5 pay haqqı, 5%, X16, 20 manat, 20 pay haqqı, 20 % müəyyən edilmişdir. Cavabdeh MTK-nın 25.01.2020-ci il tarixli 023 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" MMC və Cavabdeh MTK 05.07.2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07.01.2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-nın” habelə tərəflər arasında 21.01.2020-ci il tarixdə imzalanmış 62 ədəd, 6700 kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq mənzillərin müvafiq şəxslərin adına rəsimləşdirilməsi xahiş olunmuşdur. 05.07.2018-ci il tarixli №0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 11ət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X6 şəxsində, bundan sonra “sifarişçi” adalandırılacaq və digər tərəfdən Cavabdeh MTK (VÖEN: **********), X7 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 12 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gələrək ehtimal olunan qiymət ******* manatı, ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mənzil Məcəlləsinin 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh MTK-nın icraçı direktoru X3 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X7 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ilə mübahisənin yaranma ehtimalını ehtiva edən mülki hüquq münasibətlərinin mövcudluğu onun hüquqi nəticələrinin həllini müəyyən edən Mülki Məcəllənin 360-cı maddəsi ilə şərtləndirilmişdir. Həmin maddəyə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Sözügedən Məcəllənin 360.2-ci maddəsində o da qeyd edilir ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların MTK tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X7 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyinin də tələblərindən aydın olur ki, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Bundan başqa o da qeyd edilməlidir ki, D.Rəsulova müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alqı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı ilə Dilafər Rəsulov arasında müqavilə bağlanarkən həmin etibarnamə öz hüquqi qüvvəsini itirməmiş, yəni MTK rəhbərliyi tərəfindən etibarnamə ləğv edilməmişdir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iddiaçının iddia ərizələrində qeyd etdiyi ümumi tələblərə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15.12.2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan C03 mənzil və Cavabdeh MTK ilə bağladığı 15.12.2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və mənzillərin açarları Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 5 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və 15 dekabr 2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 5 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzil, bu mənzillərin açarları Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4694/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4694/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver