Məhkəmə qərarları › İş №2(005)-4699/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4699/2024

14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4699/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi AR DİN-in Baş Dövlət Yol Polis İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi AR DİN-in Baş Dövlət Yol Polis İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "Cadillac Escalade" minik markalı, ban nömrəsi: 1GYS4CKT0PR246553 olan nəqliyyat vasitəsinin üzərində Ərizəçi Səflər oğlunun mülkiyyət hüquqlarının- sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi özünə avtomobil almaq üçün avtomobillərlə maraqlanmış və bu məqsədlə X2 Şarja şəhərində yaşayan tanışı Hüseyn adlı şəxslə telefon əlaqəsi saxlayaraq özünə avtomobil almaq istədiyini, əsasən də dizel mühərrikli "Cadillac" markalı avtomobil istədiyini bildirmişdir. Sonra Hüseyn əlaqə saxlayıb "Cadillac Escalade" minik markalı, universal tipli. İGYS1CKT0PR246553 ban nömrəli, qara rəngli. 2022-ci il buraxılışlı avtomobilin şəkillərini ona göndərmişdir. Ərizəçi avtomobili almaq istəyini bildirdikdən sonra Hüseyn avtomobili aparıb müvafiq qurumlarda yoxlatmışdır. Bundan sonra avtomobil sifariş əsasında xx.xx.2024-eü il tarixdə onun adına sənədləşdirilib Azərbaycan Respublikasına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə avtomobil Bakı şəhərinə çatmışdır. xx.xx.2024-cü il tarixdə avtomobil Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə avtomobil qeydiyyat hərəkətləri aparı İnası və dövlət nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim etmişdir. Orada avtomobilin texniki baxışı keçirilib sənədləşmə aparılan zamanı avtomobilin Kanada dövlətində axtarışda olması barədə məlumat verilərək qeydiyyat hərəkətləri aparılmamışdır. xx.xx.2024-cü il tarixçə araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş, faktla bağlı araşdırma aparılaraq "cinayət işi başlanmasının rədd edilməsi haqqında" 15 mart 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli. 24/67 nömrəli tədqiqat haqqında arayışa əsasən "Cadilac Escalade" minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan "İGYS4CK FOPR246553" hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsi (birka) üzərində ban nömrəsini göstərən "İGYS4CK F0PR246553" hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Zavod lövhəsinin üzərində qoruyucu su nişanları müşahidə edilmişdir, avtomobilin qabaq ön şüşəsinin alı hissəsində lövhə üzərində ban nömrəsini göstərən "1GYS4CK FOPR246553" hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir, avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsi mühərrikin detalları ilə qapalı olduğundan həmin hissəyə vizual və "Will Wirelies hodoscope" modelli endoskop vasitəsi ilə baxış keçirmək texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTHRPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cüil tarixli, 3-13-25/2-2965/202-1 nömrəli məktubundan görünür ki. İNTHRPOL-un Baş katibliyinin məlumatına əsasən VİN: İGYS4CKT0PR246553 olan, qara rəngli. "Cadillac Escalade" markalı nəqliyyat vasitəsi Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə "ASF" avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki. "Cadilac Escalade" minik markalı, universal tipli, İGYS4CK TOPR246553 ban nömrəli, qara rəngli. 2022-ci il buraxılışlı avtomobil Azərbaycan Respublikasına ilk dəfədir ki, gətirilmişdir. Avtomobilin göndərildiyi ölkə X1. Avtomobil Ərizəçi adma sənədləşdirilməklə xx.xx.2024cü il tarixçə Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçirilmişdir. xx.xx.2024cü il tarixdə isə avtomobil dövlət qeydiyyatına alınmaqla nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim olunmuşdur. Avtomobilin texniki müayinəsi aparılan zaman avtomobilin VİN nömrəsi göstəricilərinə əsasən Kanada dövlətində axtarışda olması müəyyən edildiyi üçün avtomobilin qeydiyyat hərəkətləri aparılmamışdır Araşdırmanın nəticəsinə görə müəyyən edilmişdir kı. "Cadilac Escalade" ininik markalı, universal tipli. İGS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövləti tərəfindən axtarışa verilməsi ilə Nümayəndə Teyyub oğlunun və qeyrilərinin hərəkətləri arasında hər hansı bir əlaqə yoxdur. Yəni sözügedən halda Nümayəndə Teyyub oğlu və qeyriləri vicdanlı alıcı hesab edilməklə əməllərində "Cadillac Escalade" minik markalı avtomobillə bağlı oğurluq və digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, avtomobil saxlanılmasının təmin olunması üçün Nümayəndə Teyyub oğluna təhvil verilməklə avtomobillə bağlı mübahisəli məsələlərin həlli üçün məhkəməyə müraciət etməsinə dair hüquqları Nümayəndə Teyyub oğluna izah edilməlidir. Bununla belə "Cadilac hscalade" minik markalı, universal tipli, İGYS4CKT0PR246553 ban nömrəli, qara rəngli. 2022-ci il buraxılışlı avtomobilin mübahisəli məsələlər həllini tapanadək Azerbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə cavabdehin üzərinə xəbərdar edilməlidir. Təhqiqatın yekun "Qərar"ına əsasən Nümayəndə Teyyub oğlunun və qeyrilərinin həmin avtomobilin Kanada dövləti ərazisindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsi üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin ərizəçinin müraciətinə əsasən ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, "qeyd olunan "CADİLLAC ESCALADE" markalı, ban nömrəsi: 1GYS4CKT0PR246553 olan nəqliyyat vasitəsi Kanadada oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Bu səbəbdən “CADİLLAC ESCALADE” markalı, ban nömrəsi: 1GYS4CKT0PR246553 olan nəqliyyat vasitəsinin üzərində Ərizəçi mülkiyyət hüquqlarının- sahiblik,istifadə və sərəncam hüquqlarının məhkəmə tərəfindən xüsusi icraat qaydasında tanınması zərurəti yaranmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ərizədən göründüyü kimi ərizəçi yol-nəqliyyat vasitəsinin üzərində sahiblik, istifadə və sərəcam hüquqularının tanınmasını xahiş edir. AR MPM-in 305-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında. 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 7.2-ci maddəsinə əsasən Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Yuxarıda istinad edilən normalardan görnür ki, hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz və ərizə yolverilməz olduğundan icraata qəbulundan imtina edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi AR DİN-in Baş Dövlət Yol Polis İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizəçi tərəfindən ödənilən 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar