Məhkəmə qərarları › İş №2(005)-47/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-47/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-47/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən götürülməsi” tələbinə dair iddia ilkin və iddiaçı Cavabdeh “İddiaçı- 1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təmir xərclərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərdiyi ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və ünvan 1 1-ci mərtəbə, qapı 1, zirzəmi-qapı-1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi və xx xxx 2019-cu il tarixdən qətnamə icra edilən tarixə qədər hər ay üçün 646 (altı yüz qırx altı) manat və eyni zamanda əlavə olaraq hər gün üçün 30 (otuz) manat hesablanılmaqla Cavabdeh tutularaq “İddiaçı- 1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, xx xxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, xx xxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə ünvan 1 1-ci mərtəbə, qapı 1, zirzəmi-qapı-1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Qeyd edilən qeyri-yaşayış sahələri ilə yanaşı olan eyni gözəllik salonunun fəaliyyəti üçün icarəyə verilmişdir. xx xxxxx 2019-cu il tarixdə yəni müqavilə müddətinin bitməsinə 1 ay qalmış icarəyə verən tərəfindən qeyd edilən müqavilənin 6.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehə bildiriş-xəbərdarlıq göndərilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsini bildirmişdir. Sonradan icarəyəverən tərəfindən xx xxx 2019-cu il tarixdə hər iki icarə müqaviləsi üzrə bildiriş göndərilərək müqavilələrə xitam verildiyi, qeyri-yaşayış sahəsinin dərhal boşaldılaraq təhvil verilməsi bildirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər nə icarə obyektləri təhvil verilmiş, nə də icarə haqqları ödənilmişdir. Hazırda icarəci tərəfindən qeyd edilən icarə müqavilələrində göstərilən qeyri-yaşayış sahələrinə qanunsuz olaraq sahiblik edilir. İddia ərizəsinə əlavə edilmiş icarə müqavilələrindən məlum olur ki, icarəyə verən 1 (bir) ay qabaqcadan xəbərdarlıq etməklə müqaviləni birtərəfli qaydada poza bilər. İcarəçi tərəfindən bu zaman əmlak təhvil verilmədiyi təqdirdə icarəçi hər gecikdirilmiş gün üçün icarə haqqının 5% həcmində məsuliyyət daşıyır və bu hal icarəçini icarə haqqını ödəməkdən azad etmir. İcarə müqavilələrinə nəzər saldıqda isə icarə haqqının R000901 nömrəli müqavilə üzrə 321 (üç yüz iyirmi bir) manat, R000759 nömrəli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat təşkil etdiyi məlum olur. Belə olan təqdirdə, cavabdeh tərəfindən icarə obyekti təhvil verilən günə qədər hər iki müqavilə üzrə hər ay 646 (altı yüz qırx altı) manat və gecikdirilmiş hər gün üçün icarə məbləğinin 5%, yəni 32 (otuz iki) manat məbləğində pul ödəməlidir. İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil xx.xx.2021ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərdiyi ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və ünvan 1 1ci mərtəbə, qapı 1, zirzəmi-qapı-1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, icarə haqqının xx xxx 2019-cu il tarixdn xx xxxxxx 2021-ci il tarixə kimi cavabdehdən tutulmasına və eyni zamanda əlavə olaraq hər gün üçün 30 (otuz) manat hesablanılmaqla Cavabdeh tutularaq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təmir xərclərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinin rədd olunması; ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun, 1 -ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsinin və ünvan 1 1-ci mərtəbə, qapı-1, zirzəmi qapı 1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış komleksində 8 nömrəli binanın 8-ci blokun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsinin tam əsaslı təmirinə onun tərəfindən xərclənən 112.200 (bir yüz on iki min iki yüz) manat vəsaitin “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsinə məcbur edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərdiyi ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun, 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və ünvan 1 1-ci mərtəbə, qapı 1, zirzəmi qapı 1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış komleksində 8 nömrəli binanın 8-ci blokun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahələrini boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi və xx xxx 2019-cu il tarixindən qətnamə icra edilən tarixə qədər hər ay üçün 646 (altı yüz qırx altı) manat və əlavə olaraq hər gün üçün 30 (otuz) manat hesablanmaqla Cavabdeh tutularaq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini tam əsassız hesab etdiyindən onu qəbul etmir. Belə ki, sözü gedən qeyri-yaşayış sahələrini satın almaq məqsədi ilə 2016-cı ilin avqust ayında cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilat həmin sahələrin satmaq niyyəti olduğunu, lakin onlara məxsus bütün sahələr bankda girovda olduğu üçün hal-hazırda satışa çıxara bilməyəcəklərini bildirmişdilər. Əgər niyyətinin ciddi olduğunu və həmin sahələri satın almaq istəyirsə başqa şəxsə satmaları üçün öncədən icarə müqaviləsi bağlamalı olduğunu bildirdilər. Satış qiymətini də hər kv.metr üçün 1.200 (bir min iki yüz) manat olduğunu bildirdilər. O, cavabdeh təşkilatla xx xxxxxxxx 2016-cı il tarixdə 1 (bir) il müddətinə ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsinə və 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamışdır. İlk gündən icarəyə götürdüyü sahələri satın almaq məqsədi olduğundan cavabdehə bildirdi ki, ona verdiyi sahələrin döşəməsi linolyum divarları da beton divarın üzərində yapışdırılmış divar kağızı olduğu üçün buranı işlətmək mümkün deyildir. Bu səbəbdən də qeyri-yaşayış sahələrinin əsaslı təmirə ehtiyacı olduğunu bildirmişdir. Cavabdeh təşkilatın nümayəndələri ona bildirdilər ki, onsuz bu yerləri ona satmaq üçün icarə müqaviləsi bağlamışlar, istədiyi kimi təmir etsin. O da öz növbəsində tam əsaslı şəkildə həmin qeyri-yaşayış sahələrini təmir etməyə başlamışdır. Təmir işləri gedə-gedə dəfələrlə cavabdeh təşkilatla əlaqə saxlayıb nə vaxt alqı-satqı müqaviləsini bağlayacaqlarını soruşurdu. Hər dəfə bir bəhanə gətirərək vaxtı uzadırdılar. Bir müddət keçdikdən sonra qiyməti qaldırıb 1.500 (bir min beş yüz) manat olduğunu bildirdilər. Etiraz etməyinə baxmayaraq, sonunda bu qiymətlə də razılaşdı. Alqı-satqı məqamı gəldikdə ona dedilər ki, müdirləri xarici ölkəyə getdiyi üçün alqı-satqı edə bilmirlər. Bir müddət keçdikdən sonra qiyməti yenidən qaldırıb hər kv.metr üçün 1.800 (bir min səkkiz yüz) manat olduğunu bildirdilər. Artıq istifadəsində olan qeyri-yaşayış sahələrini tam əsaslı təmir etdiyi üçün məcbur qalıb qeyd olunan məbləğə də razılaşdı. Cavabdeh təşkilatın nümayəndələri ona telefonla zəng vuraraq alqı-satqı müqaviləsinin bağlamağa dəvət etdilər. Lakin alqı-satqı vaxtı çatdıqda cavabdehin nümayəndələri şirkətləri tərəfindən bütün satışları dayandırıldığını bildirərək alqı-satqı müqaviləsini bağlamaqdan imtina etdilər. Hər dəfə alqı-satqı barədə soruşduqda ona gözləməyini tez bir vaxta həll edəcəklərini bildirirdilər. Buna baxmıyaraq, hər ay vaxtı vaxtında icarə haqqı ödəyirdi. Lakin 2019cu ilin aprel ayında cavabdeh təşkilatın nümayəndələri onu ofislərinə dəvət edərək istifadəsində olan qeyri-yaşayış sahələrinin satın alınması üçün hər kv.metr üçün 3.000 (üç min) manat ödəməli olduğunu bildirdilər. Lakin onlara bu qiymətin real olmadığını və onlarla belə razılaşmadığını bildirmişdir. Cavabdehin nümayəndələri onunla razılaşmayaraq həmin sahəyə müştəriləri olduğunu və 3.000 (üç min) manat ona satacaqlarını və istifadəsində olan qeyri-yaşayış sahələrinin boşaldılmasını tələb etdilər. Həmin vaxtdan icarə ödənişlərini dayandıraraq həmin sahələrə xərclədiyi 112.200 (bir yüz on iki min iki yüz) manat məbləğin ödənilməsini tələb etdi. Sözü gedən qeyri-yaşayış sahələrinin təmiri və yenidən qurma işlərinə xərclədiyi vəsait aşağıda qeyd etdiyi kimidir: ara divarların sökülməsi, daşınması və fəhlənin xərcləri-2.500 (iki min beş yüz) manat; qaz xəttinin texniki şərtinin alınması, çəkilməsi və qaz sayğacının quraşdırılması-4.800 (dörd min səkkiz yüz) manat; 2 ədəd iri çol qapılar-9.000 (doqquz min) manat; kombi, istilik sistemi, döşəmənin istilik sistemi və usta xərcləri-13.000 (qırx üç min) manat; istilik radiatorları aksesuarları ilə-1.200 (bir min iki yüz) manat; elektrik xətləri, ayrıca zirzəmidən xəttin çəkilməsi, daxili və xarici işıqlandırma sistemi, aksesuarlar və usta xərcləri-7.000 (yeddi min) manat; ayrıca zirzəmidən su xəttinin çəkilməsi, daxili su xəttinin çəkilməsi, ariston qoyulması və usta xəcləri-3.200 (üç min iki yüz) manat; qranit döşəmə, hamam, sanitar qovşaq, aksesuarlar və usta xərci-21.800 (iyirmi bir min səkkiz yüz) manat; daxili rəngsaz işləri, mal-material usta xərci-12.000 (on iki min) manat; aaxildə aksesuar və mebellərin yığılması-18.000 (on səkkiz min) manat; divarların güzgülərlə işlənməsi- 4.700 (dörd min yeddi yüz) manat; çöl girişin hər iki tərəfə pilləkanların yığılması, yerə döşəmənin vurulması, divar dekor daşlarla işlənməsi-8.000 (səkkiz min) manat; daxili və çöl kamera sisteminin quraşdırılması və siqnalizasiya qurulması-7.000 (yeddi min) manat. Belə ki, istifadə olunan malmateriallar İspaniya və İtaliya ölkələrinin istehsalıdır. Cəmi 112.200 (bir yüz on iki min iki yüz) manat məbləğində xərci çıxmışdır. Belə ki, həmin ərazidə təmirsiz sahələrin hər kv.metrinin qiyməti 1.200-1.500 manat arasında dəyişir. Təmirli sahələr isə təmirindən aslı olaraq 2.000-2.500 manat civarında satılır. Belə olan halda, cavabdeh təşkilat istifadəsində olan və gələcəkdə almaq məqsədi ilə tərəfindən əsaslı şəkildə tam təmir etdiyi qeyri-yaşayış sahələrini özü təmir etmiş kimi sataraq tərəfindən təmirə xərclədiyi vəsaiti mənimsəmək niyyətindədir. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2017ci il tarixədək 12 ay müddətinə imzalanır. Hesab edir ki, 12 ay müddətinə icarəyə götürülən qeyriyaşayış sahəsinə 112.200 (bir yüz on iki min iki yüz) manat vəsaitin icarə məqsədi ilə istifadə olunacağını bilərək təmirə xərcləmək ağılsızlıq olardı. Açıq aydın göründüyü kimi, qeyd olunan vəsaitin təmir işlərinə xərcləmək məqsədi həmin sahələri satın almaq olduğunu göstərir. Hesab edir ki, qeyd olunan hüquq normasına görə ilk iddia üzrə iddiaçı sözü gedən qeyri-yaşayış sahələrinin əsaslı təmirinə cavabdeh tərəfindən xərclənən vəsaiti ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi, qarşılıqlı iddianı qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini tam əsassız hesab edərək, iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddiasını müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, xx xxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, xx xxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə ünvan 1 1-ci mərtəbə, qapı 1, zirzəmi-qapı-1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. xx xxxxx 2019-cu il tarixdə yəni müqavilə müddətinin bitməsinə 1 ay qalmış icarəyə verən tərəfindən qeyd edilən müqavilənin 6.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehə bildiriş-xəbərdarlıq göndərilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsini bildirmişdir. xx xxx 2019-cu il tarixdə hər iki icarə müqaviləsi üzrə bildiriş göndərilərək müqavilələrə xitam verildiyi, qeyri-yaşayış sahəsinin dərhal boşaldılaraq təhvil verilməsi bildirilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli “icarə obyektinin təhvil verilməsi” haqqında aktdan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyri-yaşayış sahələri Cavabdeh təmirli şəkildə təhvil verilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx xxxx 2020-ci il tarixli 19061 saylı rəyindən görünür ki, ünvan 11-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmin tikinti işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 15,487 (on beş min dörd yüz səksən yeddi) manat olması müəyyən olunur. Məhkəmə ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/1994 saylı rəyindən görünür ki, ünvan 11-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmin tikinti işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 19.605 (on doqquz min altı yüz beş ) manat olması müəyyən olunur. İlkin ekspertiza ilə hazırki təkrar ekspertizaların nəticələri arasında yaranmış fərq (4118 manat) hazırki ekspertiza aparılarkən keçirilmiş baxış zamanı cavabehin verdiyi məlumat əsasında əlavə qapalı tikinti təmir işlərinin görülməsinin müəyyən edilməsi ilə izah olunur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, xx xxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, xx xxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə ünvan 1 1-ci mərtəbə, qapı 1, zirzəmi-qapı-1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyriyaşayış sahəsini “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Qeyd edilən qeyri-yaşayış sahələri ilə yanaşı olan eyni gözəllik salonunun fəaliyyəti üçün icarəyə verilmişdir. Hər iki müqavilə üzrə cəmi 646 manat aylıq icarə haqqı ödənilməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi müddətlərdə icarə ödənişləri etməmişdir. Ona görə də Cavabdeh “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsindən çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməli və Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İlk iddianın “əlavə olaraq hər gün üçün 30 (otuz) manat hesablanılmaqla Cavabdeh tutulması” hissəsi təmin olunmamalıdır. Eyni zamanda məhkəmə qarşılıqlı iddia ilə bağlı aşagıdakıları qeyd edir: İşdə olan aktlardan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyriyaşayış sahələri Cavabdeh təmirli şəkildə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini sonradan əsaslı təmir etmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/1994 saylı rəyindən görünür ki, ünvan 11-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmin tikinti işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 19.605 (on doqquz min altı yüz beş ) manat olması müəyyən olunur. Məhkəmə qeyd edilən rəyə əsasən hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Cavabdeh ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh “Beauty Gözəllik Salonu” kimi fəaliyyət göstərdiyi ünvan 1 1-ci mərtəbə, qapı 1, 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və ünvan 1 1-ci mərtəbə, qapı 1, zirzəmi-qapı-1,2,3 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə ilk iddia təmin olunmasın. Qarşılıqlı iddia qismən təmin olunsun. “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Cavabdeh ödənilsin. Qalan hissədə qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar