Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-471/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin təsdiq edilmə öhdəliyinin qoyulması” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “cavabdehin imtinasının ləğv edilməsi və bağışlama müqaviləsinin təsdiq edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş imtinanın ləgv edilməsi, mənimlə nəvəm X11 arasında bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin həmin notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının payına düşən 7/10 hissəsinin nəvəsi X4 bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13, mənzil 108 ünvanda yerləşən mənzilin mülkiyyətində olan 7/10 hissəsini nəvəsi X4 bağışlamaq istəyir. Bununla əlaqədar 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edib. Notariat Ofisi bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina etdi. İmtina məktubunda göstərilmişdir ki, sizin ünvan 2 ünvanda yerləşən mənzilin 7/10 hissəsini həmin mənzildə daimi qeydiyyatda olan 09,08.1981-ci il təvəllüdlü X3 razılığı olmadan X4 bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Müqavilənin rəsmiləşdirilməsi üçün təqdim eldiyiniz sənədlərə (DƏDRX-dən elektron çıxarış və Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayış) eləcədə tərəfimdən Elektron Notariat İnformasiya sistemi üzrə əldə olunmuş məlumata əsasən siz paylı mülkiyyət hüququ əsasında həmin mənzilin mülkiyyətçilərindənsiniz. Digər mülkiyyətçilər azyaşlı nəvələriniz və xx.xx.1981-ci il təvəllüdlü gəlniniz X5r. O, həmin ünvanda xx.xx.2021-ci il tarixdən daimi yaşayış yeri üzrə qeydiyyatdadır və Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə sərancam verilməsi haqqında müqavilələr təsdiq edilərkən notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olanlar barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı informasiya vasitəsi ilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı alınır. Yuxarıda göstərilənləri nəzərə alaraq J.N.İsmayılovanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi və ya daşınmaz əmlakın naturada bölgüsü olmadığı üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Qeyd olunan mənzillə əlaqədar məhkəmə mübahisələri olmuş, mənzilin 7/10 hissəsinə mənim 3/10 hissəsinə isə onun mülkiyyət hüququ tanınmış, məhkəmə qətnamələri qanuni qüvvəyə minmişdir. X12 bağışlama müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək X13 ilə mənim aramda 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda bağlanmış Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mənə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirəm ki, J.İsmayılova eyni iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə baxışı dövründə məhkəmənin dəftərxanası vasitəsi ilə bir neçə dəfə iddia tələbini dəyişdirmiş, nəticədə iddiaçı X3 azyaşlı övladları ilə birlikdə mübahisəli evin 108 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, X6 övladları ilə birlikdə xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 mənə və 21 saylı notariat kontoruna qarşı azyaşlı övladları ita birlikdə mənzilə mülkiyyət va istifadə hüquqlarının tanınması tələbinə dair iddiası da qismən təmin edilmiş, X3 övladları ila birlikdə mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarinin tanınması, qalan hissədə iddianın təmin edilməməsi mənim iddiamın isə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən Nərimanov rayon məhkəməsinin 2(005)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Məcəllənin müəyyən etdiyi tələblərdən də göründüyü kimi iddiaçı öz payını bağışlamaq hüququna malikdir. Bağışlamaq istədiyi həmin mənzil onun mülkiyyətində olmuş, sonradan məhkəmənin qərarı ilə bölünmüşdür. O, yaşlı qadındır, istəyir həmin mənzildə paya olan hüquqlar nəvəsinə məxsus olsun. Qanunla bağışlama müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olsada, notariat ofisi müqaviləni rəsmiləşdirməkdən qanunsuz olaraq imtina etmişdir. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş imtinanın ləgv edilməsi, iddiaçının nəvəsi X11 arasında bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin həmin notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5878/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı uşaqları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması, İddiaçı cavabdeh İsmayılova Jalə qızına qarşı uşaqları ilə birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizələri üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qətt edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 7/10 hissəsi İddiaçı, 1/10 hissəsi X12, 1/10 hissəsi X10 və 1/10 hissəsi X1 xüsusi mülkiyyətlərindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 91 nömrəli doğum haqqında şəhadətnamdən görünür ki, X13 xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1966-cı il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində 353 nömrə ilə qeydiyyat aparılmışdır. X2, Anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ seriyalı 149846 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X13, Ana qrafasında X7 adı qeyd edilmişdir. Bu barədə dogum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 142 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 398 nömrəli məktubdan görünür ki, Müqavilənin rəsmiləşdirilməsi üçün təqdim etdiyiniz sənədlərə (DƏDRX-dən elektron çıxarış və Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayış) eləcə də tərəfimdən Elektron Notariat İnformasiya Sistemi üzrə əldə olunmuş məlumata əsasən Siz paylı mülkiyyət hüququ əsasında həmin mənzilin mülkiyyətçilərindənsiniz. Digər mülkiyyətçilər azyaşlı nəvələriniz və xx.xx.1981-ci il təvəllüdlü gəlininiz X5r. O həmin ünvanda xx.xx.2021-ci il tarixdən daimi yaşayış yeri üzrə qeydiyyatdadır və Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə sərancam verilməsi haqqında müqavilələr təsdiq edilərkən notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olanlar barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı informasiya vasitəsi ilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvüləriinin razılığı alınır. Yuxarıda göstərilənləri nəzərə alaraq J.N.İsmayılovanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi və ya daşınmaz əmlakın naturada bölgüsü olmadığı üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzilin 7/10 hissəsi iddiaçının mülkiyyətindədir. xx.xx.2002-ci il təvəllüdlü X11 iddiaçının oğlu X8 qızıdır. İddiaçı öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin 7/10 hissəsini bağışlama müqaviləsi əsasında nəvəsi olan X9 bağışlamaq niyyətindədir. Bununla əlaqədar olaraq bağışlama müqaviləsinin X3 razılığı olmadan təsdiq edilməsi üçün cavabdeh 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etsədə sonuncu iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı qeyd olunan mənzilin öz payına düşən hissəsini nəvəsi X4 bağışlamasına dair müqavilənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, hər kəs ona məxsus əmlakdan sərbəst şəkildə davranmaq hüququna malikdir. Hazırda məhkəməyə təqdim olunmuş sübutlardan ünvan 6 ünvanında yerləşən mənzilin 7/10 hissəsi iddiaçının xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Lakin buna baxmayaraq cavabdeh onun mülkiyyətində olan əmlaka dair qanunvericliklə nəzərdə tutulmuş iradə ifadəsinin təmin edilməsindən imtina etmişdir. Bu imtinaya səbəb olaraq cavabdehin müvafiq əsaslandırması Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə sərancam verilməsi haqqında müqavilələr təsdiq edilərkən notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olanlar barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı informasiya vasitəsi ilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvüləriinin razılığı alınması olmuşdur. Bunula razılaşmayan məhkəmə bildirir ki, hazırda iddiaçı ünvan 4 ünvanında yerləşən mənzillin ona məxsus olan 7/10 hissəsini bağışlamaq niyyətindədir. Bu halda həmin ünvanda qeydiyyatda olan digər payşılara münasibətdə hər-hansı pozuntu olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəlləninin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Hazırda iddiaçı tərəfindən məhkəməyə edilmiş müraciətin əsasını daşınmaz əmlaka dair ona məxsus olan hissəsinin bağışlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında onalara məxsus olan əmlakın bağışlama müqaviləsi ilə ötürülməsi hüququ müəyyən edilmişdir. Lakin qeyd olunan hüquqdan istifadə edilməsi müvafiq qaydada şərtləndirilmişdir. Belə ki, hazırda qeyd olunan hüququn təmin edilməsi üçün müvafiq əqdin təsdiqlənməsi müəyyən edildiyindən, iddiaçı bağışlama müqaviləsinin X3 razılığı olmadan təsdiq edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən mənzilin 7/10 hissəsi üzrə bağışlama müqaviləsinin təsdiq edilməsi üçün həmin mənzildə daimi qeydiyyat olan şəxslərin razılıq ərizələrini tələb olunmasını bildirmişdir. Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Qeyd olunan normadan görünür ki, bu qaydalar üzrə nəzərdə tutulmuş hal əmlakın tək mülkiyyətçisi olaraq dövlət qeydiyyatına alınmış əmlakın sahibinin əmlakın ötürülməsi zamanı onun ailə üzvlərinin yəni həmin əmlakda daimi qeydiyyatda olan şəxslərin mənafelərinin təmin edilməsi məqsədini daşıyır. Bu qayda üzrə müəyyən edilmiş tələblərini hazırki tələbə tətbiq edilməsi zamanı müəyyən olunur ki, qeyd olunan mənzilin tam mülkiyyətçisi olaraq yalnız iddiaçı müəyyən edilməmişdir. Belə ki, hazırda iddiaçı yalnız öz payına düşən hissədə payının ötürülməsi üçün bağışlama müqaviləsini bağlamaq niyyətindədir və həmin mənzildə daimi qeydiyyatda olan şəxslərin həmin əmlaka dair payları dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Odur ki, hazırda bağlanması nəzərdə tutulan bağışlama müqaviləsi üzrə həmin mənzildə daimi qeydiyyatda olan X3 qanunla qorunan mənafelərinə toxunmur. Belə ki, həmin mənzilə dair sonuncunun pay hüququ 1/10 hissədə müəyyən edilmişdir. Odur ki, hazırda qaydalar üzrə cavabdeh tərəfindən iddiaçının müraciətinə dair göstərilmiş münasibət qanunsuzdur və iddiaçının ona məxsus olan qanunvericliklə imperativ olaraq müəyyən edilmiş, habelə dövlət tərəfindən qeydiyyata alınmış mükiyyət hüquqlarının yerinə yetirilməsinə əsassız maneə yaratmaqdadır. Belə olan halda məhkəmə hazırda iddiaçının əmlakının ötürülməsi barədə hüququnun təmin edilməsi üçün cavabdeh tərəfindən qanunvericiliklə onun üzərinə qoyulmuş vəziflərini yerinə yetirməsinə dair öhdəliyin qoyulması zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 7 ünvanında yerləşən mənzilin iddiaçının payına düşən 7/10 hissəsinin nəvəsi X4 bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsi cavabdeh 1 saylı Asan Bakı « Asan xidməti» Mərkəzinin Notariat kontoruna həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin ünvan 8 ünvanında yerləşən mənzilin iddiaçının payına düşən 7/10 hissəsinin nəvəsi X4 bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsi cavabdeh 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-471/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-471/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver