Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4722/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh “X9” MMC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər “X9” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra şöbəsinə və X14 qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X9” MMC-yə, Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni yaşamal yaşayış massivində “Safari-N’' MTK tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı təmirli mənzilin satılmasına dair “X9'’ MMC-nin 04 yanvar 2019-cu il tarixli açıq hərracın nəticələrinə dair tərtib etdiyi 006/1 saylı hərracın yekunları barədə protokolunun (nəticəsinin) bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyindən etibarsız hesab edilməsinə və 215 saylı daşınmaz daşınmaz əmlakla bağlı ƏMDK yanında, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, açıq hərracın yekunları barədə 006/1 saylı protokolun, onun nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ƏMDK yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsindəki, qeydiyyatın ləğv edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 2(006)-206/14 saylı 23.01.2014-cü il tarixli icra sənədinə əsasən, borclu “X24" MMC-dən X10 xeyrinə 34.000 (otuz dörd min) manat məbləğində pul vəsaiti tutulmuşdur. Nəsimi rayon İcra və Probasiya şöbəsinin 10775-66498/17-5-7 saylı 24.09.2018-ci il tarixli sifariş məktubu əsasında İddiaçı MMC-nin hüquqi varisi “Safari-N’' MTK-nə məxsus Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasındakı iki otaqlı 78,41 kv.metr sahəsi olan 515 saylı təmirli mənzil bazar qiymətindən kəskin fərqlə aşağı qiymətləndirilərək “X9” MMC tərəfindən keçirilən açıq hərrac vasitəsilə 23.800 (iyirmi üç min səkkiz yüz) manata heç bir qanuni və müqavilə əsası olmadan X2 və hərracın 006/1 saylı yekun protokolu mənzilə çıxarış verilməsi üçün ƏMDK yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsinə göndərilmişdir. “X9” MMC tərəfindən hərracın yekunları barədə tərtib edilmiş 04.01.2019-cu il tarixli 006/1 saylı protokol 14.07.2021-ci il tarixdə bizə təqdim edilmişdir. Hərrac MMC-də müəyyənləşdirilmiş qaydaları pozmaqla İddiaçı MTK-nı məxsus olan mənzillə bağlı keçirildiyindən hərracın nəticələri etibarsız hesab edilməli verilmiş çıxarış isə ləğv edilməlidir. Bakı şəhər icra hakimiyyəti başçısının 27.07.2005-ci il tarixli 203 saylı sərəncamı ilə Yasamal rayonu Yeni Yasamal yaşayış massivində 1 hektar torpaq sahəsi İddiaçı MMC-yə verilmişdir. 21.05.2010-cu ildə istifadəyə verilən torpaq sahəsinə 10/49 saylı ayrıc aktı alınmışdır. 02.10.2007-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə Nəzarət Dövlət Agentliyi Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 8229 saylı rəy alınmışdır. 27.11.2018-ci il tarixdə Ö/002322 saylı aktla bina istismara hazırlığa verilmişdir. 2019-cu ilin dekabr ayının 29-da, 0355 saylı sərancamla İddiaçı MMC tərəfindən bina istismara təhvil verilmişdir. Açıq hərracın keçirilməsi barədə məlumatlandırılmamışlar, iştirakları olmadan tələsik keçirilmiş hərrac nəticəsində İddiaçı MTK- ya məxsus təmirli mənzili yerində baxış keçirilmədən dəyərindən çox ucuz qiymətə qiymətləndirilərək heç bir qanuni əsas olmadan X1. Göründüyü kimi o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarında göstərilmişdir, Yasamal rayon Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasındakı iki otaqlı 515 saylı mənzilin "X24’' MMC-yə məxsus olması barədə heç bir möhtəbər subut mövcud deyil, həmin mənzil İddiaçı MTK-ya məxsusdur. “X13" MMC tərəfindən hərracın keçirilmə və təşkili müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirildiyindən 006/1 saylı protokol və onun nəticələri etibarsız hesab edilməklə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X16 iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində İddiaçı MTK tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı təmirli mənzilin satılmasına dair “X9” MMC-nin 04 yanvar 2019-cu il tarixli açıq hərracın nəticələrinə dair tərtib etdiyi 006/1 saylı hərracın yekunları barədə protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 20.10.2021-ci il tarixli məhkəmə iclasında X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “X9” MMC-nin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda 20.10.2021-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, protokol və müqavilə 04.01.2019-cu il tarixində imzalanmışdır, lakin iddiaçı protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 2 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin binasında keçirilməklə təyin edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu səbəbdən “Safari-N" MTK cavabdehlər “Capitals Auction" MMC, Nəsimi rayon İcra və Probasiya Şöbəsinə, Əmlaka Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsih barədə iddia tələbinə iddia müddəti tətbiq edilsin və iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra şöbəsi və X18 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra şöbəsinin nümayəndəsinin və X10 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, hərracın keçirilərkən qanunvericiliyin tələblərinə riayət edilmiş və mənzil qanuni əsaslarla əldə edilmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 27.07.2005-ci il tarixli, 203 №-li Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Sərancamından görünür: “Özünəməxsus sahədə yaşayış binasının, ofis, kotec tipli evlərin tikintisi və istehsalat sahələrinin yaradılması haqqında 28.Yaşayış binalarının layihələşdirilməsi haqqında 28. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.04.2005-ci il tarixli, 05 saylı müraciətini nəzərə alaraq, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində 1,0 ha torpaq sahəsi yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün həmin MMC-nin icarə əsasında istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ile razılaşdırsın. Layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlonməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və şəhərsalma baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır. Azərbaycan Respublikası «Torpaq Məcəllesi»nin 66,67 vo 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis" müdiriyyəti torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin və sifarişçi Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalıdır. Layihə sənədləri tam həcmdə Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçdikdən sonra tikinti işlərinə başlanmalıdır. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 12.06.2019-cu il tarixli, 8(103)-357/2019 saylı qərardadından görünür ki, qərardadla maraqlarına toxunulan İddiaçı MMC-nin şikayəti təmin edilməsi, Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 8(006)- 23/2018 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasındakı iki otaqdan ibarət 515 saylı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktından görünür ki, İddiaçı MMC-yə Bakı Şəhər İcra Başçısının 12.05.2010-cu il tarixli 174 saylı sərəncamı ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1.1150 hektar torpaq sahəsi yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə verilmişdir. Bu barədə ayrıc aktının qeydiyyat kitabında 10/49 sayla qeydiyyata alınmışdır. 27.11.2018-ci il tarixli, Ö/002322 №-li İstismara hazırlıq Aktından görünür ki, İddiaçı MMC-yə məxsus, ünvan 1 ünvanda 1 ədəd, 2 girişli və 4 ədəd 1 girişli 12 mərtəbəli (D,E, G, F, K və H blokları) (D və G bloklarında 3 səviyyəli Zirzəmi və E, F, K və H bloklarında 2 səviyyəli zirzəmi, texniki mərtəbə) yaşayış binaları nın tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2707.2005-ci il tarixli, 203 nömrəli Sərəncamı ilə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X3 Ekspertiza Baş İdarəsinin rəyinin nəticə hissəsindən görünür ki, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 12 mərtəbəli yaşayış binaları kompleksi” üzrə iş layihəsinin konstruksiya bölməsinə, o cümlədən seysmik normativ tələblərə uyğunluğu hissələrinə bu rəyin 1.1 və 2.1-ci bəndlərində verilən iradlar yerinə yetirilərsə və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilərsə başqa irad yoxdur. “X9” MMC-nin 04 yanvar 2019-cu il tarixli 006/1 nömrəli hərracın yekunları barədə protokolun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzil tam dəyəri 34000 manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 10% endirimlə 30600 manat, 20% endirimlə 27200 manat, 30% endirimlə 23800 manat qiymətə tələbkar X15 təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir; Nəsimi rayon icra və probasiya şöbəsinin “X9” MMC-yə ünvanlanmış 24.09.2018-ci il tarixli, 10775-66498/17-5-7 məktubun məzmunundan görünürki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 206/2014 saylı, 23.01.2014-cü il tarixli icra vərəqəsinə əsasən X18 ilə "X21" MMC arasında bağlanmış 16.07.2007-ci ıl tarixli müqavilə ləğv edilmiş, borclu "X21" MMC-dən X10 Bakı şəhəri Yasamal rayonu. Yeni Yasamal yaşayış massivində inşa ediləcək "F" binasındakı iki otaqdan ibarət olan 515 saylı, ümumi sahəsi 78.41 kv.m olan mənzilə dair ödədiyi 28455 manat, vurulmuş ziyana görə 4260,75 manat, cəmi 32715,75 manat pul, həmçinin 20 manat dövlət rüsumu tutularaq təlobkor X11 xeyrinə ödənilməlidir. Həmin mənzil "Qiymətləndirmə Xidməti Mərəkəzi’ MMC-nin QR- 1568 saylı, 13.09.2018-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən 34000 (otuz dörd min) manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsini rəhbər tutaraq, göstərilən mənzilin satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra şöbəsinin aşağıda göstərilən depozit hesabına köçürülməsini xahiş etmişdir. “X9” MMC-nin açıq hərracın keçirilməsinə dair 14 noyabr 2018-ci il, 04 dekabr 2018-ci il və 20 dekabr 2018-ci il tarixli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzili 34.000 manat - 10% = 30600 manat, 20% endirimli satış qiyməti 27.200 manat, 30% endirimli qiyməti 23800 manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi müvafiq olaraq 29 noyabr 2018-ci il tarixə saat 11:00-a, 17 dekabr 2018-ci il tarixə saat 11:00-a və 04 yanvar 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; İddiaçı MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab K.Həsənova ünvanmış 08.05.2019-cu il tarixli 18№-li məktubdan görünür ki, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış 16.05.2018-ci il tarixli Birgə fəaliyyət müqaviləsinə müvafiq olaraq, Bakı şəhər İcra Hakimiyyətinin 27.07.2D05- ci il tarixli 203 saylı sərəncamı əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, 7- ci Altava küçəsində inşa olunmuş yaşayış kompleksindəki 82, 84, 86, 90 və 92 saylı binalar İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam təmir olunmuş istifadəyə hazır vəziyyətə gətirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binanın istismarına icazə verilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumat göndərilmişdir. O, X12 təsisçisi və sədri olduğu İddiaçı MMC tərəfindən Yasamal rayonu, 7-ci Alatava 82, 84, 86, 90 və 92 ünvanında inşa otdiyimiz yaşayış binalarını (9 ədəd mənzil istisna olmaq şərti ilə: D bloku, mərtəbə -9, 2 otaqlı - 101.2 kv.m.; D bloku , mərtəbə 7, 3 otaqlı - 141.7 kv.m.; K bloku mərtəbə 2, 1 otaqlı - 74.7 kv.m.; K bloku, mərtəbə 5, 2 otaqlı - 103.1 kv.m.; K bloku mansard 14-cü mərtəbə, 2 otaqlı - 67,4 kv.m.; K bloku mansard 14-cü mərtəbə, 2 otaqlı - 81.21 kv.m.; K bloku mansard 14-cü mərtəbə, 2 otaqlı - 62.96 kv.m.; H bloku, mərtəbə 11 , 2 otaqlı - 103.1 kv.m.; H bloku, 14-cü mərtəbə mansard, 2 otaqlı - 67.4 kv.m), həmçinin qeyri yaşayış sahələri, zirzəmi, binalara aid həyətyanı sahə, su anbarı və digər kommunikasiya xəttləri də daxil olmaqla, bütövlükdə 6 ədəd yüksək mərtəbəli yaşayış binalarını qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının mülkiyyətinə əvəzsiz olaraq təqdim edirəm və həmin mənzillərin Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin balansına və ya digər dövlət müəssisəsinin balansına verilməsinə etiraz etmir. X4 02.11.2021-ci il tarixli, 290 №-li rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasında yerləşən, iki otaqlı, müvafiq sənədlər üzrə sahəsi 78,41 kv.metr olan 515 saylı mənzilin bu günki bazar qiyməti ilə təqribi dəyəri 93543,00 manat məbləğində müəyyən edilir. Qeyd: Respublika əmlak bazarlarında mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş orta bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F" binasında yerləşən, iki otaqlı, müvafiq sənədlər üzrə sahəsi 78,41 kv.metr olan 515 saylı mənzilin təmirinə çəkilmiş xərclərin dəyəri təqribən 12829,0 manat məbləğində müəyyən edilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzil Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Ramiz Quliyevin 24.09.2018-ci il tarixli sifariş məktubu əsasında “X9” MMC tərəfindən hərraca çıxarılmışdır. Mülki işin materiallarında olan hərracın yekunları barədə 04.01.2019-cu il tarixli, 006/1 saylı protokolda hərraca çıxarılmış əmlakın mülkiyyətçisi qismində “X28” MMC göstərilmiş, qalib alıcı isə hərrac işi üzrə tələbkar X18 göstərilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmurdur. İlk olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzilin mülkiyyətçisi İddiaçı olduğu halda, mənzil hərraca çıxarılarkən əmlakın sahibi kimi “X28” MMC göstərilmişdir. Mənzilin İddiaçınə məxsus olması Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktı və 27.11.2018-ci il tarixli, Ö/002322 №-li İstismara hazırlıq Aktı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın əsl sahibi İddiaçı mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, satılmış əmlak iddiaçının mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmidir ki, Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə alqı-satqı müqaviləsi ləğv edilmiş mənzil hərracı keçirilmiş mənzildir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 23.01.2014-cü il tarixli, 2(006)- 206/2014 saylı qətnaməsi ilə X18 ilə "X21" MMC arasında bağlanmış 16.07.2007-ci ıl tarixli müqavilə ləğv edilmiş, borclu "X21" MMC-dən X10 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa ediləcək "F" binasındakı iki otaqdan ibarət olan 515 saylı, ümumi sahəsi 78.41 kv.m olan mənzilə dair ödədiyi 28455 manat, vurulmuş ziyana görə 4260,75 manat, cəmi 32715,75 manat pul, həmçinin 20 manat dövlət rüsumu tutularaq tələbkar X11 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi tələbkarın bağladığı müqaviləyə görə ödədiyi məbləğin borcludan alınaraq tələbkara ödənilməsi barədədir. Həmin pul vəsaitinin mənzilin baş tutmayan alqı-satqısına aid olması həmin mənzilin borcluya məxsus olması anlamını daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, hərrac keçirilən zaman İddiaçınə hərrac təşkilatı tərəfindən məlumat verilməmişdir. Hərrac bildirişləri “X28” MMC göndərilmişdir. Beləliklə hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzilin satılmasına dair “X9” MMC-nin hərracın yekunları barədə 04.01.2019-cu il tarixli, 006/1 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzilin satılmasına dair “X9” MMC-nin hərracın yekunları barədə 04.01.2019-cu il tarixli, 006/1 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4722/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4722/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver