Məhkəmə qərarları › İş №2(005)-4777/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4777/2024

10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4777/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; doğum faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “hüquqi faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 xx.xx.1958-ci il tarixdə Qafan rayonunun Gığı kəndində anadan olması faktının müəyyən edilməsi ilə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata adı qrafasında X12, ana adı qrafasında X6 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü X5 doğma atasıdır. X1 anası X13 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Atası xx.xx.2024-cü il sol mədəcik çatışmazlığından vəfat etmişdir. Atası vəfat etdikdən sonra vərəsəlik işinin rəsmiləşdirilməsi və digər sənədləşdirmə işlərinin aparılması üçün atasının doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Yaranmış zərurətlə əlaqədar atasının doğum haqqında akt qeydinin bərpası ilə bağlı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edilmişdir. Lakin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 120№-li cavab məktubu ilə bildirilmişdir ki, X5 vəfat etdiyi üçün ərizənin icrası ilə mümkün deyil Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - İV-СЛ seriyalı 261526 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 28 may 1982-ci il tarixdə anadan olmuşdur, atası X7, anası X8r. - İV-СЛ seriyalı 360759 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1984-cü il tarixdə anadan olmuşdur, atası X7, anası X8r. - İ-СЛ seriyalı 424169 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 01 noyabr 1958-ci il tarixdə Qafan rayonu Gığı kəndində doğulmuş X7 və 10 noyabr 1958-ci il tarixdə anadan olmuş X16 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. -AZ-İİ seriyalı 438158 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 may 2024-cü il tarixdə vəfat etmişdir. -V-ЖГ seriyalı 342194 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 07 sentyabr 1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür. -AZ-İ seriyalı 914849 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 120 №-li məktubdan görünür ki, X5 vəfat etdiyindən ərizənin icra olunmasından imtina edilmiş, ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi X5 xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Gığı kəndində doğulmuşdur. Onun atası X12 anası isə X4r. Ərizəçi atasının doğum faktını təsdiq edən sənədləri (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in: -305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. -307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. -307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: -4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1-ci bəndində qeyd edilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin doğumunun qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi atasının doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi doğum akt qeydinin bərpasından imtina etmişdir. Doğum haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında akt qeydini aparmaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmiş, bu barədə faktının müəyyən olunması üçün ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə araşdırması zamanı şahidlər məhkəmə iclasında dəvət olunmuş və dinlənilmişdirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən 01 iyun 1961-ci il təvəllüdlü X10 bildirmişdir ki, Məmmədov Allahyarın qardaşıdır. Qardaşı özündən 2-3 yaş böyük olmuşdur. Özündən başqa iki qardaşı, iki bacısı da var. Qardaşının ad günü noyabr ayında idi. Onun doğum haqqında şəhadətnaməsi rayondan gələndən olmamışdır. Özü 45 ildir ki, burada – şəhərdə yaşayır, bu səbəbdən öz şəhadətnaməsi var. X15 isə rayondan – Qafan rayonundan gəlmişdir. Bu səbəbdən onun sənədi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən 10 noyabr 1958-ci il təvəllüdlü X13 bildirmişdir ki, özü 10 noyabr 1958-ci il tarixdə anadan olmuşdur. Yoldaşı, Məmmədov Allahyar özündən kiçik – cavan olmuş, hətta oğlundan seçilməmişdir. Onun ad günü 1 noyabrda idi. Yoldaşının doğum haqında şəhadətnaməsi Ermənistandan gələrkən olmamış, orada qalmışdır. Qaçqın düşən zaman yalnız evdə olan sənədləri götürüb gətirmişdirlər. Nikah haqqında şəhadətnamələri də vardır. Köçkün düşən zaman özləri güclə qaçmış, sənədləri fərqli idarələrdə qalmış, onları götürmək mümkün olmamışdır. Məmmədov Allahyarın anasının adı Məmmədova Minarə, atasının adı isə Bayram olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən 28 may 1982-ci il təvəllüdlü X11 bildirmişdir ki, Məmmədov Allahyar atasıdır, ərizəçi isə qardaşıdır. X20 1958-ci il tarixdə anadan olmuşdur, onun ad günü 01 noyabrdadır. Atasının doğum haqqında şəhadətnaməsi rayondan gələndən olmamışdır. Hazıda qeyd olunan sənəd vərəsəlik işi ilə bağlı lazımdır. Bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. Doğum haqqında akt qeydinin bərpası ərizəçinin hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə hazırki halda ərizəçinin tələbi üzrə müəyyən edilməli halların ona məxsus olan hüquq müəyyənedici sənədlər olmasını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları nəzərə alaraq hesab edir ki, ərizəçinin doğum akt qeydi bərpa edilməldir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Bu səbəbdən ərizə təmin edilməli, X3 xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Gığı kəndində doğulması, ata qrafasında “X12”, milliyəti “azərbaycanlı”, ana qrafasında isə “X6”, milliyəti “azərbaycanlı” yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, Ərizəçi atası, mərhum X3 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X5”, “doğum tarixi” qrafasında “xx.xx.1958”, “doğulduğu yer” qrafasında “Ermənistan SSR, Qafan rayonu, Gığı kəndi”, “Atası” qrafasında “X12”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X6”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi X1nun bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası, mərhum X3 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X5”, “doğum tarixi” qrafasında “01 noyabr 1958”, “doğulduğu yer” qrafasında “Ermənistan SSR, Qafan rayonu, Gığı kəndi”, “Atası” qrafasında “X12”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X6”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi X1nun bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar