Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4792/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ləğv edilmiş əmək müqaviləsi üzrə əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidmətinin 02.08.2021-ci il tarixli 216/ k saylı əmrinin müvafiq bəndini qüvvədən düşmüş hesab edərək işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tabeli qurumu olan Şahdağ Milli Parkında 17 oktyabr 2017-ci il tarixdə elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. Qanunvericiliyə uyğun olaraq həmin tarixdən aralarında rəsmi əmək müqaviləsi bağlanmış və 2021-ci ilin avqustun 1-dək bu vəzifədə çalışmışdır. Bütün fəaliyyəti boyu üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, son günədək heç bir intizam tənbehi tədbiri almamışdır. X3 Xidmətinin rəisi Firuddin Əliyevin 02 avqust 2021-ci il tarixli 216/ k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (ştatlar ixtisar edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi xidmətin tabeli qurumlarında ştatların optimallaşdırılması haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 26 iyul tarixli 636/ü saylı əmrinin 3-cü bəndi rəhbər tutulmuşdur. Əmrin onunla bağlı hissəsi ilə razı olmadığı üçün məsələnin hüquqi müstəvidə həll olunmasını qərara almışdır. 22 avqust 2021-ci il tarixində yeni qanunvericiliyə uyğun qaydada yerli Qəbələ rayon Mediasiya Şurasına müraciət etmiş və müvafiq dövlət rüsumunu 52 (əlli iki) manat) ödəmişdir. Şuranın yerli nümayəndəsi X2 moderatorluğu ilə 22 sentyabr 2021-ci il tarixdə gündüz saat 16:00-a təyin olunmuş ilkin Mediasiya sessiyasına cavabdeh tərəf gəlməmiş və bunun üçün heç bir üzürlü səbəb iştirakçılara təqdim olunmamışdır. Çalışdığı Şahdağ Milli Parkının Qəbələ bölməsindən ərazisinə və bioloji müxtəlifliyinə görə xeyli parametrləri ilə kiçik olan digər region bölmələrində belə ştatlar saxlanılmış və ya ixtisarla qismən üzləşmişdir. Belə halda onun ştat ixtisarının aparıldığı keyfiyyət göstəricisinin konkret nəyə əsaslandığı müəyyən deyildir. Əmrin mahiyyəti, ştat ixtisarının aparılmasına imkan verən toplu müddəalar, habelə meyar kimi nəzərdə tutulan şəxsi, əmək, kadr, təhsil və iş stajı kimi vacib kriteriyaların hansı ardıcıllıqla izlənilərək bu qərara gəlindiyi iddiaçıya izah olunmamışdır. Bunlar Xidmət tərəfindən barəsində aparılan ştat ixtisarının qanunsuz olması qənaətini əsaslı şəkildə gücləndirir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə işini hər zaman layiqincə yerinə yetirmiş, heç bir intizam tənbehi tədbiri almamışdır. Onunla bağlanmış əmək müqaviləsinə 02 avqust 2021-ci il tarixli 216/ k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (ştatlar ixtisar edildikdə) əsasən xitam verilmişdir. Bu barədə iddiaçıya öncədən xəbərdarlıq edilməmiş, ona hər hansı yeni iş təklif olunmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 01.07.2013-cü il tarixdən Şahdağ Milli Parkında baş elmi işçi vəzifəsinə təyin olunmuş, lakin Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə Əsasən onunla əmək münasibətlərinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26.07.2021-ci il tarixli, 636/ü saylı X3 Xidmətinin tabeli qurumlarında strukturun optimallaşdırılması tədbirləri haqqında əmrinin 1.1.2 maddəsinə əsasən Şahdağ Milli Parkında elmi işçi – 3 ştat vahidi olaraq müəyyən olunması barədə əmr verilmişdir. Buna görə də, ştat ixtirasarı zərurəti yaranmışdır. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departmenti və (işəgötürən) ilə İddiaçı (işçi) arasında 01.07.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı 01.07.2013-cü il tarixdən 01.10.2013-cü il tarixədək 3 ay sınaq müddətinə Şahdağ Milli Parkının baş elmi işçisi vəzifəsinə işə qəbul edilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departmentinin 01.07.2013-cü il tarixli, 139/k saylı əmrinin surətinə əsasən İddiaçı 01.07.2013-cü il tarixdən Şahdağ Milli Parkında baş elmi işçi vəzifəsinə təyin olunmuşdur; Cavabdeh 02.08.2021-ci il tarixli 216/K saylı Şahdağ Milli Parkında və X9 Qoruğunda struktur dəyişikliyi ilə əlaqədar müvafiq işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə əmri ilə Şahdağ Milli Parkının baş elmi işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02.08.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatlar ixtisar edildikdə) xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26.07.2021-ci il tarixli, 636/ü saylı X3 Xidmətinin tabeli qurumlarında strukturun optimallaşdırılması tədbirləri haqqında əmrinin 1.1.2 maddəsinə əsasən Şahdağ Milli Parkında elmi işçi – 3 ştat vahidi olaraq müəyyən olunması barədə əmr verilmişdir; 22.09.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 52 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsiəmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafeiərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin oiunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -11-ci maddəsinin «ə» bəndinə əsasən bu Məcəilənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölməiəri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Belə ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən, İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə görə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək qanunvericiliyinin tələbindən görünür bu hallar nəzərə alınmalıdır - ilk öncə ixtisar keçirilən əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlandırılsın. Əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalıdır. İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər. İxtirakı işəgötürənin mülahizəsi ilə deyil, real olmalı, ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; İşdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sübütlar, həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, İşçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, Xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), İxtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barəsində cavabdehin əmrinin ləğv edilməsi və işə bərpa olunmasına dair iddia tələbi əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıbİddiaçı əmək müqaviləsinə qanuni və əsaslı olaraq xitam verilməmişdir. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə vəzifəsindən azad edilməsi ilə bağlı iddiaçıya 2 ay əvvəldən xəbərdarlıq edilməmiş, iş axtarmağa imkan yaradılması məqsədi ilə işçiyə vaxt verilməmiş, eləcə də işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsinə aid olub-olmaması araşdırılmamışdır. Digər tərəfdən iddiaçının peşəkarlıq səviyyəsinin hansı əsaslarla müəyyən edilməsi ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, “müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə”. Başqa sözlə, əmək qanunvericiliyi işçinin peşəkarlığının qiymətləndirilməsi səlahiyyətini müstəsna olaraq işəgötürənə aid etmişdir və hazırkı işin hallarından işəgötürən bu səlahiyyətindən istifadə edərək iddiaçıdan daha yüksək peşəkarlığa malik olduqlarını hesab etdiyi digər işçiləri işdə saxlamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilrnəsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində, ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsi təsbit edilmişdir və iddiaçının həmin kateqoriya şəxslərdən olduğu müəyyən olunmamışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edilmədiyindən, onun əmək müqaviləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanuni olmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməsinə baxmayaraq bunun zəruriliyi əsaslandırılmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 02.08.2021-ci il tarixli 216/K saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı Cavabdehndə baş elmi işçi vəzifəsinə bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4792/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4792/2021
04.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver